Menstruasiya

29 Sentyabr 2019 Kateqoriya: Aybaşı Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 6640
Menstruasiya şəkil
3/5 - (15 votes)

Menstruasiya özünəməxsus dövrülüyü olan və sağlam qadının orqanizmində hər ay gedən prosesdir. Qadınların bir çoxunun menstruasiya haqqında kifayət qədər məlumatı yoxdur.

Bu məqalədə əksər qadınların menstruasiya haqqında verdikləri suallara cavab verilmişdir.

  1. Aybaşı zamanı hamilə qalmaq olarmı?

Bəli. Əslində hamiləliyin baş tutma ehtimalı menstruasiya tsiklinin 11-14-cü günü daha yüksək olur. Ancaq bu, 28-30 günlük requlyar tsikli olan qadınlara aiddir. 24-25 günlük tsikl zamanı menstruasiya vaxtı hamilə qalma riski mövcuddur.

  1. Menstruasiya olanda qarnım ağrıyır, bu normaldırmı?

Xeyr. Aybaşı diskomfort yaradan prosesdir. Lakin bu narahatlıqlar həyat keyfiyyətinə mane olmamalıdır. Sancı və tutma şəkilli şiddətli aybaşı ağrıları təhlükə siqnalıdır.

Menstruasiya şəkil 1

  1. Aybaşı əsnasında idman etmək olarmı?

Olar. Sadəcə aerobika, piyada gəzintisi, üzgüçülük, zumba, pilates kimi idman növlərinə üstünlük verməyiniz məsləhətdir. Çünki ağır fiziki məşqlər qanaxmanı artıra bilər.

  1. Aybaşı vaxtı açıq su hövzələrində, dənizdə üzmək olarmı?

Əgər tampondan istifadə edirsinizsə, olar. Kritik günlərdə gigiyenik bezlə açıq su hövzələrində üzmək icazəli deyil.

  1. Suda menstruasiya kəsilir. Bu fikir doğrudurmu?

Xeyr. Vanna qəbul etdikdə və ya dənizdə üzdükdə uşaqlıq öz ritmi ilə yığılmağa davam edir. Yalnız 1 nüans vardır ki, su qanın xaricə çıxmasına mane olur. Bu səbəbdən proses ləngiyir. Sudan çıxan anda uşaqlıq yolunda yığılmış qan sürətlə xaricə tökülür.

  1. Bir tamponu nə qədər gəzdirə bilərəm?

Həkimlər tamponları hər 4-6 saatdan bir dəyişməyi məsləhət görür. Qanaxma intensiv olduqda bu müddət qısaldılmalıdır.

Menstruasiya şəkil 2

  1. Menstruasiya zamanı nə qədər qan xaric olur?

Aybaşı dövründə orta hesabla 50-100 ml (5 xörək qaşığı) qan axını normaldır.

  1. Menstruasiya zamanı məndən çox qan gəlir, bu normaldır?

Xeyr. Aybaşı zamanı güclü qanaxma patologiya əlamətidir. Əgər 100 ml-dən çox qan axarsa, bu hipermenoreya adlanır. Belə ki:

  • 1 saat ərzində bir neçə gigiyenik bez dəyişdirirsinizsə;
  • Qanaxma 7 gündən çox davam edirsə;
  • Menstruasiya ağrıları şiddətlidirsə;
  • Başgicəllənmə, bayılma halları varsa mütləq ginekoloqa getməyiniz lazımdır.
  1. Laxtaların gəlməsi normaldır?

Bəli. Laxtalar – uşaqlığın soyulan selikli qişasının hissəcikləridir. Əgər laxtanın diamteri 2-2.5 sm-dən böyük deyilsə, narahat olmağa dəyməz.

  1. Əgər hamiləlik testi pozitiv göstərirsə, amma sonradan qan gəlirsə, bu düşük hesab olunur?

Şübhəli məsələdir. Burda bir neçə variant mövcud olduğundan suala cavab vermək üçün müayinə vacib sayılır.

  1. Menstruasiyanın olmaması hamilə qalmağıma işarədir?

Aktiv cinsi həyat sürən sağlam qadınsınızsa, hamiləlik ola bilər. Məsələni dəqiqləşdirmək üçün test alıb yoxlayın və ya hamiləlik analizi verin.

Menstruasiya şəkil 4

  1. Əgər gecikmədən sonra aybaşı başlayırsa, demək ki, 100% hamilə deyiləm?

Praktik olaraq bəli. Axıntılarınız əvvəlki qaydadadırsa, çox güman ki, hamilə deyilsiniz. Ancaq yenə də test ilə yoxlamaq lazımdır.

  1. Aybaşı qanının iyi necə olmalıdır?

Normada heç bir iy olmamalıdır. Əgər o qanı çox yaxından iyləsəniz, yüngül dəmir qoxusu hiss edə bilərsiniz. Kəskin və pis qoxu infeksiyadan xəbər verir.

  1. Menstruasiya zamanı məndə bəzən öskürək və təngənəfəslik olur? Bu normaldır?

Bəli. Aybaşı estrogenlərin azalması ilə müşayiət olunur. Bu da, ağciyərlərdə yüngül bronxial spazma səbəb ola bilər. Ancaq belə hallar hər kəsdə baş vermir.

  1. Menstruasiya başlamasını səsə əsasən müəyyən etmək olarmı?

2011-ci ildə aparılmış araşdırmalara görə aybaşı zamanı qadınların səs tembri dəyişir. Ovulyasiyadan əvvəl səs daha melodik və yüksək tembrli olur, nitq tezləşir. Aybaşı günləri isə temp və tembr enir.

  1. Menstruasiya öncəsi qadınlar çox əsəbi olur, doğrudur?

Əsəbi deyil, impulsiv və emosional desək daha doğru olar. Bu əlamət hormonların fəaliyyəti ilə bağlıdır.

Menstruasiya şəkil 6

  1. Deyilənə görə menstruasiya günlərində stomatoloq müayinəsi, lazer xidmətləri və depilyasiya üçün müraciət etmək olmaz. Bu doğrudur?

Bəli. Ancaq bu, əks-göstəriş olduğuna görə deyil, aybaşı vaxtı ağrı sərhəddinin azalmasına görə tövsiyə edilmir. Çünki aybaşı dövründə qadınlarda ağrıya həssaslıq artır, dözümlülük azalır. Həmin prosedurlar zamanı adi günlərlə müqayisədə daha çox ağrı hiss olunur.

  1. Menstruasiya vaxtı analiz vermək olarmı?

Bu, analizin növündən asılıdır. Məsələn, aybaşı günlərində hemoqlobin miqdarı qan itkisinə görə az, xolesterin isə əksinə, çox çıxacaqdır. Və bu nəticələr yanlış olacaqdır. O üzdən təcili olmadıqda analizi aybaşıdan sonra vermək məsləhətdir.

  1. Menstruasiya zamanı vaginal şam qoymaq olarmı?

Qoymaq olar, ancaq nəzərə alın ki, qan axını preparatı dərman təsir etmədən əvvəl yuyub aparır. Nəticədə müalicənin effektivliyi azalır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3/5 - (15 votes)