Hamiləlikdə doğum hesablama

20 Sentyabr 2019 Kateqoriya: Hamiləlik hesablama Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 2485
Hamiləlikdə doğum hesablama şəkil
2/5 - (2 votes)

Hamiləlik – sevincli və həyəcanlı bir dövrdür. Hamilə qalan qadını maraqlandıran suallardan əsası doğuşun nə zaman baş verəcəyidir. Hamiləlikdə doğum vaxtını hesablama üçün 4 üsul mövcuddur:

  • Mamalıq metodu – axırıncı aybaşı vaxtına əsasən; 
  • Embrional metod (ovulyasiyaya görə);
  • Hamilə olduğunu bilib həkimə getdiyi tarix nəzərən; 
  • Ultrasəs müayinəsi ilə.

Hamiləlikdə doğum hesablama – Mamalıq metodu 

Hamiləlikdə ən çox istifadə olunan variantdır. Metod Neqel düsturu ilə hesablanılır. Bu formul əsasında mamalıq təqvimi qurulur. Neqel düsturu: axırıncı aybaşının 1-ci günündən 3 ay çıxılır və üzərinə 7 gün əlavə edilir. Yəni sonuncu aybaşının 1 ci gününə 40 gün əlavə edilir.

Məsələn: axırıncı aybaşının 1-ci günü 1 avqustdursa, onun üzərinə 7 gün əlavə etdikdə 8 avqust alınır. Bu tarixdən 3 ay çıxdıqda, yəni geriyə hesabaladıqda 8 may alınır. Demək ki, təxmini doğum tarixi 8 maya təsüdüf edir. Bu metod ginekoloqlar tərəfindən geniş tətbiq edilən üsul olsa da, bir o qədər dəqiq deyil. 

Hamiləlikdə doğum hesablama şəkil 1

Hamiləlikdə doğum hesablama – embrional metod 

Bu üsulu hamiləlik təqvimi də adlandırırlar. Onunla doğum vaxtını hesablama zamanı ovulyasiya tarixi əsas götürülür. Ovulyasiya dövrü, yəni yumurtahüceyrənin yumurtalıqdan çıxması mayalanma üçün ən optimal vaxtdır. 28 günlük aybaşı tsiklində ovulyasiya adətən 14-cü günə düşür.

Tsikl qısa (21-25 gün) və ya uzun olduqda (31-35 gün) hesablama xüsusi cədvəl üzrə aparılır. Təəssüflər olsun ki, ovulyasiya günündə olan cinsi əlaqənin tarixini dəqiq bildikdə belə mayalanma vaxtını tam arxayınlıqla demək mümkün deyil. Çünki  kişi cinsi hüceyrələri – spermatozoidlər orta hesabla 3-5, maksimum 7 gün, qadın cinsi hüseyrəsi – yumurtahüceyrə isə 48 saat yaşayır.

Embrional metodla hamiləlikdə doğum hesablama düsturu belədir: ovulyasiya tarixinə 38 həftə əlavə edilir. Daha aydın olması üçün eyni tarixi götürək. Menstrual tsikl 28 gündür. Tsiklin 1-ci günü 1 avqust tarixidir. Cinsi akt 9 avqustda baş verib, ovulyasiya isə 14-15 avqusta təsadüf edib.

Hesablama cinsi aktın olduğu gündən deyil, ovulyasiya tarixindən sayıldığından üzərinə 38 həftə əlavə edirik. Nəticədə 7-8 may alınır. Göründüyü kimi bu tarix Neqel düsturu ilə hesablanmış tarixdən fərqlənmir. Lakin bu üsul aybaşı tsikli 28-30 günlük olduqda keçərlidir. 

Hamiləlikdə doğum hesablama şəkil 2

Hamiləlikdə doğum hesablama – qadının ilk dəfə həkim məsləhətinə getdiyi tarixə əsasən

Qadın hamilə olduğunu text vasitəsilə yəqinləşdirdikdən sonra ginekoloqa müraciət edir. Həkim müayinə aparır və bəzi göstəricilər əsasında: uşaqlığın ölçüsü, qarnın həcmi və s. müəyyən fikir bildirir. Bu metod doğum hesablama aparılmadan instrumental müayinələrin tətbiqi ilə əvvəlki zamanlarda tətbiq edilirdi. 

Hamiləlikdə doğum hesablama – ultrasəs müayinəsi metodu 

Sadalanan üsullar arasında ən dəqiqi USM-dir. Hər bir USM aparatı dölün ölçülərinə görə hamiləlik həftəsini təyin edir. Həkim aparata sonuncu aybaşının ilk gününün tarixini qeyd etdikdə, cihaz avtomatik olaraq təxmini doğum tarixini hesablayır. Lakin bu tarix ±15 gün xəta payı ilə verilir. Yəni doğuşun bu tarixdən 15 gün əvvəl və ya sonra baş verməsi mümkündür. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
2/5 - (2 votes)