Hamiləlik testi pozitiv
Hamiləlik testi pozitiv göstərdikdə bəzi qadınlar bu hala sevinir, digərləri ilə panikaya düşür. Ancaq hər kəsin ağlında bir sual yaranır: daha sonra nələr olacaq? Belə vəziyyətdə nə etməli olduğunuzu addım-addım təqdim edirik.
1-ci addım – sakitləşin
Hamiləlik Sizin üçün sevindirici və ya üzücü olsa da qətiyyən stressə düşməyin. Dərindən 10 dəfə nəfəs alıb verin. Cinsi partnyorunuzla danışmağı planlaşdırın.
Hamiləlik testi pozitiv göstərdikdə: 2-ci addım – testi təkrar yoxlayın
Sakitləşdikdən sonra təkrarən test etmək və ya ən yaxşısı klinikaya gedib hamiləlik analizi vermək lazımdır. Test ilə yoxlamağı qərara gəlsəniz başqa marka test alın. İstifadə qaydalarını mütləq oxuyun. Bəs hamiləlik testi səhv göstərə bilərmi? Onsuz da hamısı eynidir deyə düşünməyin. İstifadə qaydasına əməl etməsəniz yalnış nəticə ilə qarşılaşa bilərsiniz. Aşağıdakı səbəblərdən səhvən hamiləlik testi pozitiv göstərə bilər:
- Bir müddət öncə keçirilmiş abort və ya düşük;
- Uşaqlıqdan kənar hamiləlik;
- Testin üzərinə yad cismin düşməsi;
- Hormonal preparatlarla müalicə;
- Klimaks;
- Onkoloji xəstəlik;
- Mioma və kistaların bəzi növləri.
2-3 gün sonra təkrar yoxladığınızda iki xətt daha parlaqdırsa, hamilə qalma ehtimalınız yüksəkdir.
Hamiləlik testi pozitiv olduqda: 3-cü addım – ananızla danışın
Təkcə mənəvi dəstək və sevincinizi bölüşmək üçün deyil, məlumat almaq üçün də ananız və ya ətrafınızda daha öncə hamiləlik keçirmiş yaşca böyük qadınlardan bəzi məlumatlar ala bilərsiniz. Lakin biz yenə də ginekoloqunuza zəng etməyi tövsiyə edirik. Çünki ən dəqiq məlumatı yalnız o verə bilər.
Hamiləlik testi pozitiv: 4-cü addım – həkim qəbuluna yazılın
Təcrübələr göstərir ki, qadınların əksəriyyəti bu addımı gecikdirirlər. Gələcək ana ginekoloqun qəbuluna nə qədər tez düşərsə, bu bir o qədər faydalı olar. Çünki patologiyalar varsa, müayinədən sonra aydınlaşar və erkən vaxtda korreksiya edilər.
4.1 Ginekoloq ilkin konsultasiyada hansı tədbirləri görür?
Hamiləlik həftəsi kiçik olduqda, həkim qadını laborator analizə yönləndirir.
4.2. Diaqnostika
Əlavə olaraq, sidik və qanın ümumi analizi, qalxanvari vəzin ultrasəs müayinəsi aparılır. Bundan başqa terapevt, lor, okulist qəbuluna da gedəcəksiniz. Ümumiyyətlə, hamiləlik boyu tez-tez analiz verəcəksiniz. Buna hazır olun.
4.3. Həkim tövsiyələri
Hemoqlobinin aşağı səviyyəsi, zəif immunitet, hormonal sıçrayışlar və diskomfort aşkarlandıqda, ginekoloq Sizə vitamin-mineral kompleksi yazacaqdır.
4.4. Ultrasəs müayinəsi
İlk ultrasəs müayinəsi uşaqlıqdan kənar hamiləlik faktını inkar etmək və embrion kisəsi barədə məlumat almaq üçün çox önəmlidir. Bundan başqa müayinə prosesində sarı cismin inkişafına da baxılır. Sarı cisim yoxdursa və ya kiçikdirsə, progesteron çatışmazlığı riski yüksək olur. Bu zaman hormonal müalicəyə ehtiyac yaranır.
4.5. Həkimlə müayinə qrafikini dəqiqləşdirin
Bəzi aylarda bir neçə dəfə həkimə getməyiniz lazım gələcək. Sizdən başqa digər xəstələrin də olduğunu nəzərə alsaq, müayinələrə tənzimlənmiş qrafiklə getməyiniz məsləhətdir.
Hamiləlik testi pozitiv olduqda: 5-ci addım – bu mövzuda informasiya topla
Kitablar, internet saytları, hamilələr üçün kurslar və digər informasiya toplama vasitələrindən istifadə edərək, vəziyyətinizi ətraflı öyrənin.
6-cı addım: təmkinli və pozitiv olun
Toksikoz, ağrılar, diskomfort, hormonal sıçrayışlar psixoloji narahatlıq keçirməyinizə səbəb olacaqdır. Təmkinli olun, gözəl yerlərə gedin, xoş insanlarla ünsiyyət qurun. Kəskin dəyişikliklər etməyin. Məsələn, əvvəllər fast-fud yeyirdinizsə və ya davamlı idmanla məşğul olurdunuzsa, alışqanlıqlarınızı və vərdişlərinizi anidən dəyişdirməyin, tədricən azaldın.
Xülasə
Hamiləlik testi pozitiv göstərdikdə bu anın dəyərini bilin. Yalan-yalnış xəbərlərə uyub, səhv addımlar atmayın. Mütləq ginekoloqla əlaqə saxlayın.