Hamiləlik ayları 

20 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 4214
Hamiləlik ayları şəkil
3.6/5 - (7 votes)

Hamiləlik müddəti 38-40 həftə təşkil edir. Son araşdırmalara əsasən hamiləlik əvvəllər qeyd olunduğu kimi 9 deyil, 10 akuşer ayı davam edir. Bu müddət ərzində qadın və döl orqanizmində hər ay bir sıra dəyişikliklər baş verir. Həmin dəyişikliklərə qısaca nəzər yetirək: 

Hamiləlik ayları – I ay (0-4 həftə) 

Axırıncı aybaşının 1-ci günündən başlayaraq, 4 həftə sürür. Menstruasiya sonrası 2 həftə ərzində mayalanma baş verir, embrion əmələ gəlir. Ay sonu embrion 2 həftəlik, ölçüsü isə sancaq başı boyda olur. 

Hamiləlik ayları şəkil 2

Hamiləlik ayları – II ay (5-8 həftə)  

4 həftə davam edir. Ay sonu embrionun uzunluğu 1,5 sm olur. Embrionun kiçik əlləri və ayaqlarının əsasları formalaşır. Ürək, göz qapaqları, burun, qulaqlar, sinir sistemi, onurğa sütunu, göbək ciyəsi inkişaf etməyə başlayır. 

Hamiləlik ayları şəkil 3 

Hamiləlik ayları – III ay (9-12 həftə)  

Ayın sonunda dölün uzunluğu təxminən 9 sm, çəkisi isə 20 qrama bərabər olur. Ürək ritmləri aydın eşidilir. Döl rahat şəkildə kisədə – dölyanı mayedə üzür və göbək ciyəsi vasitəsilə qida maddələrini qəbul edir. Dölün alt və üst çənəsi artıq inkişaf etmiş olur. Dil və dişlərin əsası qoyulur.  

Hamiləlik ayları şəkil 4

Hamiləlik ayları – IV ay (13-16 həftə)                             

Ay sonu dölün uzunluğu 16 sm, çəkisi 100 qram olur. Uşaqlıq yumruq ölçüsünə çatır. Dölün başı ümumi uzunluğunun 50%-ni təşkil edir. Üz cizgiləri formalaşmağa başlayır. Qulaqlar və cinsi orqanlar inkişaf edir.

Döl nəfəs almağa səy göstərir. Ayaqları ilə itələnir, əl və ayaq barmaqlarını tərpədir, başını yanlara çevirir. Lakin ana bu hərəkətləri hələlik hiss etmir. 

Hamiləlik ayları şəkil 5

Hamiləlik ayları – V ay (17-20 həftə) 

Ay sonu dölün uzunluğu 25-27 sm, çəkisi 250-300 qrama çatır. Dölün özünə xas qan dövranı formalaşır. Ürəyi yetkin insanla müqayisədə 2 dəfə sürətlə döyünməyə başlayır. Dölün dərisi doğuşa yaxın yox olan tüklərlə örtülür. Qaşları əmələ gəlir.

Bu mərhələdə plasenta (cift) döl ilə təxminən eyni ölçüdə olub, onu zərərli hissəciklərdən qoruyur. Filtr funksiyasını yerinə yetirir. Ana dölün hərəkətlərini hiss etməyə başlayır.

Hamiləlik ayları şəkil 6

Hamiləlik ayları – VI ay (21-24 həftə) 

Dölün uzunluğu 30 sm, çəkisi 400-600 qram olur. Hərəkətləri ana tərəfindən aydın hiss edilir. Ay sonu uşaqlığın dibi göbək səviyyəsinə qalxır. Döl baş barmağını sormağa cəhd edir. Beləliklə, əmmə refleksini inkişaf etdirir.

Əl, ayaq, saç və dırnaqları uzanır. Qoruyucu örtük dəriyə çevrilir. Döl günün çox hissəsini yatsa da, bəzən xaricdən gələn silkələnmə və ya səsin təsirindən oyanır. 

Hamiləlik ayları şəkil 7

Hamiləlik ayları – VII ay (25-28 həftə) 

Dölün uzunluğu 35 sm, çəkisi isə 1000 qrama çatır. Döl hərəkətli olur, çevrilir, ayaqları ilə kisəni itələyir. Gözlərini açıb-bağlayır, əllərini bükür. Uşaqlıq göbək səviyyəsinə çatır. Uşalığın ilk yığılmaları hiss edilir, qarın bir neçə saniyəlik bərkiyir. 

Hamiləlik ayları şəkil 8

Hamiləlik ayları – VIII ay (29-32 həftə) 

Dölün uzunluğu 40 sm, çəkisi 1500 qram olur. Xarici görünüşcə yenidoğulmuş uşağa bənzəyir. Lakin ağciyərləri və digər orqanları sona qədər formalaşmır. Tam inkişaf etmiş döldəki anticisimlər (immunoqlobulinlər) onda olmur. 

Hamiləlik ayları şəkil 9

Hamiləlik ayları – IX ay (33-36 həftə)

Dölün uzunluğu 47 sm, çəkisi təxminən 2700 qrama çatır. Çəki sürətlə artır. Döl əvvəlkinə nisbətən daha az hərəkət edir. Onun baş hissəsi aşağıda yerləşir, ayaq hissəsi isə göbək tərəfə baxır. Dəri səthində yağlı qat əmələ gəlir. Uşaqlıq maksimal hündürlüyə – qabırğalara qədər qalxır.

Hamiləlik ayları şəkil 10

Hamiləlik ayları – X ay (37-40 həftə) 

Uşaqlıq aşağı enir, dölün başı kiçik çanağa doğru irəliləyir. Uşaqlıq yığılmaları artır, intensivləşir. Dölün uzunluğu 49-52 sm, çəkisi orta hesabla 3000-4000 qrama bərabər olur. Ayın ortası və ya sonunda doğuş baş verir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.6/5 - (7 votes)