Hamiləlik əleyhinə dərman 

20 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 13734
Hamiləlik əleyhinə dərman şəkil
4.1/5 - (10 votes)

Hamiləlik əksər qadınların həyatında sevindirici hal hesab olunur. Ancaq bəzən müxtəlif səbəblərdən (maddi imkansızlıq, karyera, uşaqların çoxluğu) hamilə qalmaq arzuolunmaz vəziyyət kimi qəbul edilir.

Hamiləlik əleyhinə dərman, yəni kontraseptivlərin seçimi məsuliyyətli bir addımdır. Bu səbəbdən dərman preparatları yalnız ginekoloq tərəfindən təyin edilməlidir. 

Hamiləlik əleyhinə dərman seçimində diqqət olunası məqamlar   

  • Yaş     
  • Doğuşların sayı    
  • Orqanizmin fərdi xüsusiyyətləri və hormonal fon
  • Cinsi həyatın aktivliyi   

Hazırda hər yaş dövrünə uyğun hamiləlik əleyhinə dərman mövcuddur.      

20 yaşa qədər 

Bu, ən məsuliyyətli dövrdür. Belə yaşlarda hamiləlik əleyhinə dərman seçiminə çox ciddi yanaşmaq lazımdır. Çünki yanlış dərman seçimi orqanizmin bundan sonrakı inkişafına mənfi təsir edə bilər.

Boyu 160 sm-dən alçaq, ilk dəfə 2 il əvvəl menstruasiya tsikli başlamış, aktiv intim həyatı olmayan qızlara kontraseptiv dərman məsləhət görülmür. Bu preparatların tərkibində kiçik dozalarda estrogen vardır:                                              

  • Logest
  • Marvelon
  • Femolen
  • Djes

Hamiləlik əleyhinə dərman şəkil 1

20-30 yaş 

Bu yaş kateqoriyasında qadın orqanizmi artıq tam formalaşmış hesab olunur. Yüksəkdozalı kontraseptivlərdən istifadə tövsiyə edilir. Kiçikdozalı preparatları yalnız progesteron səviyyəsi yüksək olan qadınlar içə bilər. 

31-35 yaş    

1 və ya bir neçə doğuş keçirmiş qadınlar üçün kiçikdozalı preparatlar optimal variantdır. Onlara həmçinin təkfazalı kontraseptivlər də təyin oluna bilər. 

36-40 yaş 

Bu yaşlarda hormonların səviyyəsi azalır, hormonal disbalans yaranır. Belə qadınlara mikrodozalı kontraseptivlərdən istifadə uyğun görülür. 

40 yaşdan yuxarı 

Kontrasepsiya, yəni qorunma bu dövr üçün vacib amildir. Çünki döldə inkişaf qüsurları, dölün inkişafdan qalması, tələf olması ən çox 40 yaşdan sonra hamiləlik keçirdikdə təsadüf edilir. 

Hamiləlik əleyhinə dərman şəkil 2

Hamiləlik əleyhinə dərman preparatları: hormonal və qeyri-hormonal  

Qeyri-hormonal preparatlar 

Qeyri-hormonal vasitələr uşaqlıq yoluna daxil etmək üçün nəzərdə tutulmuşdur. Bunlara vaginal tabletlər və şamlar aiddir. Onların bakterisid təsiri uşaqlığın daxili qatını infeksiyalardan qoruyur. 

Hormonal preparatlar 

Hormonal tərkibli hamiləlik əleyhinə dərman vasitələri oral kontraseptivlər adlanır. Məhz bu preparatlar arzuolunmaz hamiləlik əleyhinə maksimal səviyyədə etibarlıdır. Onlar həmçinin hormon çatışmazlığı olan qadınlarda antiandrogen (kişi cinsi hormonlarının səviyyəsinin azalması) təsir göstərir, hormonal fonu normallaşdırır.   

Hormonal kontraseptivlər 2 qrupa bölünür:

Kombinəolunmuş kontraseptivlər (KOK) və mini-kapsullar 

Hamiləlik əleyhinə kombinəolunmuş dərman 2 hormondan ibarətdir: ovulyasiya prosesində mühüm rol oynayan progesteron və estrogenin sintetik analoqu. KOK-lar mikro, kiçik və yüksək dozalarda istehsal edilir.    

Mini-kapsullar hamiləlik əleyhinə dərman növü olub, tərkibində minimal dozada hormonun mövcudluğu ilə fərqlənir. 

Hamiləlik əleyhinə dərman şəkil 5

Hamiləlik əleyhinə dərman – əlavə təsirləri 

  • Süd vəzilərində şişkinlik;
  • Baş ağrıları;
  • Başgicəllənmə; 
  • İştahın azalması;
  • Ürəkbulanma; 
  • Ayaqlarda şişkinlik;
  • Arterial təzyiqin enməsi; 
  • Dəridə səpkilər.  

Hamiləlik əleyhinə dərman – əks göstərişlər 

  • Doğuşdan sonra 1.5 ay ərzində;
  • Hamiləlik və laktasiya (südvermə) dövrü;
  • Qaraciyər və böyrək patologiyaları;
  • Ürək-damar xəstəlikləri;
  • 2 və ya 3-cü dərəcəli hipertoniya (yüksək qan təzyiqi);
  • Naməlum mənşəli vaginal qanaxmalar;    
  • Süd vəzilərin şiş xəstəlikləri;
  • Baş beyin damarlarının patologiyası; 
  • Cinsi və endokrin sistemin şişləri; 
  • Şəkərli diabetin ağırlaşmış mərhələsi;
  • Damarlarda tromboz.    

Hamiləlik əleyhinə dərman şəkil 6

Hamiləlik əleyhinə ən yaxşı dərman sıralaması 

9-cu yer: Yarina 

Antiandrogen effektə malik aşağıdozalı oral kontraseptivdir. Preparatın əsas komponentləri ovulyasiyanı zəiflədən – etinilestradiol və drospirenondur. Qutudakı həb sayı 21-dir. Onları ardıcıl olmaqla 3 həftə müddətində hər gün eyni vaxtda qəbul etmək lazımdır.

Üstünlükləri 

  • aybaşı tsiklini normallaşdırır;
  • aybaşı ağrılarını azaldır; 
  • bədən kütləsini artırmır;
  • üz və başın dərisini yaxşılaşdırır;
  • qiyməti sərfəlidir.

Hamiləlik əleyhinə dərman şəkil 7

Çatışmazlıqları

  • halsızlıq, yuxululuq törədir;
  • cinsi istəyi azaldır;
  • süd vəzilərində ağrıya səbəb olur.

8-ci yer: Silest 

Yüksəkdozalı kombinəolunmuş kontraseptivdir. Preparat 3 həftə ərzində hər gün içilməlidir. 16-18 yaşlı qızlara onun istifadəsi əks göstərişdir.

Üstünlükləri 

  • hormonal fonu normallaşdırır;
  • ağrısız menstruasiyanı təmin edir; 
  • orqanizm tərəfindən yaxşı mənimsənilir;
  • sızanaqları aradan qaldırır;
  • üz dərisini təravətləndirir;
  • qiyməti münasibdir.

Hamiləlik əleyhinə dərman şəkil 8

Çatışmazlıqları 

  • qanlı vaginal axıntı ola bilər; 
  • cinsi istəyi azaldır;
  • bütün apteklərdə tapılmır.

7-ci yer: Marvelon 

Aşağıdozalı hormonlardan ibarət kombinəolunmuş preparatdır. Aktiv maddələri estrogen və progesterondur. 35 yaşdan yuxarı qadınlar üçün optimal variantdır. Preparatın effektivliyi 80% təşkil edir. 

Üstün cəhətləri 

  • menstrual tsikli normallaşdırır; 
  • cinsi istəyi artırır;
  • hormonal fonu normallaşdırır; 
  • çəkiyə təsir etmir;   
  • qiyməti baha deyil.

Hamiləlik əleyhinə dərman şəkil 9

Çatışmazlıqları 

  • qanı qatılaşdırır; 
  • süd vəzilərində ağrı və həssaslıq törədir;
  • ürəkbulanma və diareyaya (ishal)səbəb olur;
  • istifadəsinə əks göstərişlər çoxdur; 
  • üzdə sızanaq əmələ gətirir. 

6-cı yer: Siluet 

Klimakterik vasitə və effektiv kontraseptivdir. Aktiv komponentləri dienogest və etinilestradioldur.  

Üstünlükləri 

  • aybaşı tsiklinin müntəzəmliyini bərpa edir;    
  • menstruasiya zamanı ağrıları azaldır; 
  • bədən kütləsini artırmır;
  • qiyməti münasibdir. 

Hamiləlik əleyhinə dərman şəkil 10

Çatışmazlıqları 

  • ürəkbulanma yaradır; 
  • süd vəzilərində ağrılara səbəb olur;
  • çox saylı əks göstərişləri vardır.

5-ci yer: Trikvilar 

Draje şəklində oral kontraseptivdir. Tərkibində yüksək dozada levonorgestral və etinilestradiol olması ilə fərqlənir.  

Üstünlükləri 

  • hamiləlikdən qorunma maksimal səviyyədə olur;  
  • menstrual ağrıları aradan qaldırır;
  • qiyməti sərfəlidir.

Hamiləlik əleyhinə dərman şəkil 11

Çatışmazlıqları

  • miqren (şiddətli baş ağrıları) törədir;
  • bədən kütləsini artırır; 
  • istifadəsinə əks-göstərişlər çoxdur. 

4-cu yer: Janin 

Dienogest və etinilestradioldan ibarət kombinəolunmuş oral kontraseptivdir. Uzun müddət içilə bilən effektiv, təhlükəsiz preparatdır. 

3 təsir mexanizminə malikdir: 

– ovulyasiyanı zəiflədir;

– servikal ifrazatın xarakterini dəyişir;

– mayalanmanın qarşısını alır.

Üstünlükləri 

  • etibarlı kontrasepsiya yaradır;
  • təhlükəsizdir; 
  • üz dərisini yaxşlaşdırır; 
  • saçların yağlanmasını azaldır;
  • bədən kütləsini artırmır. 

Hamiləlik əleyhinə dərman şəkil 12

Çatışmazlıqları 

  • cinsi istəyi azaldır;
  • qiyməti digər preparatlara nisbətən yüksəkdir. 

3-cu yer: Laktinet

Siqaret çəkən və orta yaşlı qadınlar üçün ideal preparatdır. Laktasiya dövründə da istifadə edə bilər. Həb şəklində buraxılır. Yanaşı təsirləri demək olar ki, yoxdur. Effektivliyi yüksəkdir.   

Üstünlükləri 

  • süd verən analar qəbul edə bilər;   
  • damar pozğunluqları riski minimaldır;   
  • piylənmədən əziyyət çəkən qadınlar və şəkərli diabet xəstələri üçün ideal vasitədir; 
  • çəkini artırmır;   
  • təhlükəsizdir. 

Hamiləlik əleyhinə dərman şəkil 13

Çatışmazlıqları 

  • ürəkbulanma törədir;
  • qanaxma ehtimalı olur;  
  • depressiya yarada bilər;
  • əks-göstərişləri çoxdur         

2-ci yer: Klayra 

Tərkibində təbii qadın hormonlarının ən optimal analoqu olan valeratestradiol mövcuddur. Effektiv preparat sayılır. 

Üstün cəhətləri 

  • yeni texnologiya ilə buraxılmış müasir dərman vasitəsidir; 
  • hamiləlik əleyhinə dərman kimi çox etibarlıdır;
  • aybaşı tsiklini bərpa edir;
  • üz dərisini yaxşılaşırır; 
  • bədən çəkisini artırmır. 

Hamiləlik əleyhinə dərman şəkil 14

Çatışmazlıqları 

  • qiyməti yüksəkdir;
  • baş ağrıları və qarında şişkinlik əmələ gətirir. 

1-ci yer: Djes 

Bu siyahıda 1 nömrəli hamiləlik əleyhinə dərman kimi qiymətləndirilir. Ovulyasiyanı tam zəiflədən kombinəolunmuş kontraseptivdir. İstifadəsi çox asandır. 

Üstünlükləri 

  • arzuolunmaz hamiləlik əleyhinə dərman kimi çox etibarlıdır;
  • aybaşı zamanı ağrıları aradan qaldırır; 
  • hormonal fonu normallaşdırır;
  • dərini təravətləndirir;
  • ödem (şişkinlik) yaratmır; 
  • sızanaqları müalicə edir; 
  • yanaşı təsirləri çox azdır; 
  • bədən kütləsini artırmır. 

Hamiləlik əleyhinə dərman şəkil 15

Çatışmazlıqları 

  • cinsi istəyi azaldır; 
  • asılılıq yaradır;
  • qiyməti bir qədər bahadır.

Son olaraq qeyd edək ki, əgər arzuolunmaz hamiləlik keçirmək istəmirsinizsə, özbaşına deyil, həkim məsləhəti ilə kontraseptiv dərman seçməyiniz lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.1/5 - (10 votes)