Hamiləlikdə ishal

19 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 3867
Hamiləlikdə ishal şəkil
Rate this post

İshal (diareya) – bağırsaq yığılmalarının sürətlənməsi nəticəsində tez-tez təkrarlanan sulu mövtəviyyatlı defekasiya (nəcis ifrazı) aktıdır. Hamiləlikdə ishal fizioloji və patoloji fonda müşahidə edilə bilər.

Fizioloji ishal hamiləlik zamanı hormonal fonun dəyişməsi ilə əlaqəli olub, qısa müddət davam edir. Patoloji forma orqanizmdə gedən pozğunluqların əlaməti kimi meydana çıxır. 

 

Hamiləlikdə ishal – səbəbləri 

Diareya sərbəst xəstəlik sayılmır. İshal müxtəlif patologiyaların fonunda təzahür edir. Bu xəstəliklərə aşağıdakılar aiddir: 

  • Disbakterioz (bağırsaq mikroflorasının pozulması);
  • Xolestatik hepatoz (öd durğunluğu fonunda qaraciyər parenximasının dəyişilməsi);
  • Hipoasid qastrit (turşuluğun azalması səbəbindən mədənin selikli qişasında iltihabi dəyişikliklərin baş verməsi);
  • Xroniki pankreatit (mədəaltı vəzin iltihabi xəstəliyi);
  • Xoralı kolit (yoğun bağırsaq divarının xoralı iltihabı);
  • Bağırsağın bədxassəli şişləri. 

Bundan başqa hamiləlikdə ishal qeyri-düzgün qidalanma ilə əlaqəli olur. Qidalanma rasionunda kofeinli içkilər, şirniyyat, acılı və yağlı xörəklər üstünlük təşkil etməsi ishala səbəb ola bilər. 

Hamiləlikdə ishal şəkil 1

Həmçinin, hamiləlikdə ishal müxtəlif qida komponentlərinə qarşı allergiya və hipovitaminoz, sonuncu trimestrdə (3 aylıqda) neyropatiya, emosional vəziyyətin pozulması, qıcıqlanmış bağırsaq sindromu fonunda meydana çıxa bilər.

Bağırsağın bakterial, virus, protozoy infeksiyaları və ya qrip hamiləlikdə ishal törədə bilər.  

Bəzi dərman preparatlarının və bioloji aktiv maddələrin həkim nəzarəti olmadan qəbulu da bir sıra hallarda ishal ilə nəticələnir. 

Hamiləlikdə ishal – əlamətləri

Diareyanın əlamətləri birbaşa olaraq onu yaradan səbəblə bağlıdır. Məsələn: 

  • Enteritlərdə (nazik bağırsağın iltihabı) çox miqdarda və qaz qarışıqlı sulu nəcis ifraz edilir. 
  • Kolit zamanı düz bağırsaq nahiyəsində dartıcı, yandırıcı, kəsici xarakterli ağrılar, ishal sonrası halsızlıq, zəiflik, bəzi hallarda hətta nəcisdə qan müşahidə edilir. Belə qadınlarda çəki itkisi qeydə alınır.     
  • Sekretor diareya (bağırsaqda su və elektrolitlərin güclənməsi zamanı) qidalanma ilə əlaqəli olmayıb, çox miqdarda açıq rəngli sulu nəcis kütlələri ilə özünü büruzə verir. Bu zaman nəcisdə həzm edilməmiş qida qalıqları nəzərə çarpır. 
  • Eksudativ ishal (yoğun bağırsağın iltihabı və xoralaşması ilə bağlı) zamanı nəcis irinli-qanlı olur. 
  • Hiperkinetik diareyada (bağırsaq yığılmaları sürətləndikdə) sarı və ya yaşıl nəcis ifrazı aşkarlanır.

Hamiləlikdə ishal şəkil 2

Bundan başqa diareya fonunda taxikardiya, tərləmə,intensiv, hamiləlik zamanı qarında ağrılar ola bilər. 

Hamiləlikdə ishal – diaqnostika    

Diaqnozun qoyulması üçün bağırsaq pozulmasının səbəbi aydınlaşdırılmalıdır. Həkim anamnez topladıqdan sonra fiziki müayinə aparır. Bir sıra xəstələrdə əlavə instrumental müayinələr tələb oluna bilər. Nəcisin ümumi və bakterioloji, qanın ümumi və biokimyəvi analizi, rektoromanoskopiya, duodenal zondlama standart müayinələrdən sayılır. 

Hamiləlikdə ishal – müalicəsi 

Yüngül dərəcəli diareya zamanı simptomatik və etiotrop müalicə, intoksikasiyanı aradan qaldırmaq və su-elektrolit balansını normallaşdırmaq üçün preparatlar təyin edilir. Hamilə qadınlara xüsusi pəhriz saxlamaq məsləhət görülür. Orta ağır və ağır dərəcəli diareyada isə əsas xəstəliyi müalicə etmək üçün tədbirlər həyata keçirilir.  

Hamiləlikdə ishal –  profilaktika   

Hamiləlik planlama mərhələsində olan qadınlar xroniki xəstəliklərin aşkarlanıb müalicə edilməsi üçün ətraflı müayinədən keçməlidirlər. Hamiləlikdə qidalanma düzgün və balanslaşdırılmış olmalı, dərman preparatları isə yalnız həkim tövsiyəsi ilə qəbul edilməlidir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post