Sonsuzluq haqqında

05 Oktyabr 2019 Kateqoriya: Sonsuzluq Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1101
Sonsuzluq haqqında şəkil 1
Rate this post

Sonsuzluq – 1-1.5 il ərzində aktiv cinsi həyat sürən cütlüyün ovlad sahibi ola bilməməsidir. Belə hallarda kişi subfertilliyə (dölləndirmə qabiliyyətinin aşağı düşməsi) görə müayinədən keçməlidir. Qadınlarda isə məsələ bir qədər fərqlidir. Onlarda sonsuzluq müxtəlif səbəblərdən baş verir.

Sonsuzluq haqqında daha ətraflı

Sonsuzluq dedikdə əsasən qadın cinsiyyət orqanı xəstəlikləri başa düşülür. Əslində isə yalnız cinsiyyət sisteminin xəstəlikləri deyil, digər patologiyalar da sonsuzluq törədə bilir.

Birincili sonsuzluq haqqında

Sonsuzluğun bu forması mayalanma, hamiləliyin davam etdirilməsi və sağlam uşaq doğma qabiliyyətinin olmaması ilə xarakterizə olunur. Elmi dildə birincili sterillik adlanır. Onun 3 növü mövcuddur:

  • Cinsiyyət orqanlarının anomaliyaları ilə əlaqəli;
  • Ginekoloji, funksional və endokrin patologiyalarla bağlı;
  • Şərti sonsuzluq.

Axırıncı forma hamilə qalıb ama sona çatdıra bilməyən, bir neçə spontan abort (düşük) keçirdən qadınlarda qeydə alınır.

Sonsuzluq haqqında şəkil

İkincili sonsuzluq haqqında

İkincili sonsuzluq əvvəllər normal hamiləlik keçirən qadında yenidən hamilə qalma, dölü daşıma və canlı uşaq doğma qabiliyyətinin olmamasıdır. Belə ki, ilk uşağını problemsiz dünyaya gətirən qadınlar sonradan düşük, ölü doğuş, dölün inkişafdan qalması ilə rastlaşırlarsa, bu vəziyyət ikincili sterillik olaraq qiymətləndirilir.

Sonsuzluq haqqında – kliniki göstəricilər

Sonsuzluğa gətirib çıxaran bir çox faktor mövcuddur. Onların əksəriyyətinin kliniki göstəriciləri fərqlidir.

  • Aybaşı pozğunluğu – oliqomenoreya, amenoreya, hipomenoreya, dismenoreya, hipermenoreya;
  • Endokrin patologiyalar – yumurtalıqların polikistozu, hiperandrogenemiya;
  • Tubal okklüziya – uşaqlıq borularının keçməməzliyi;
  • Genital ageneziya və hipoplaziya – cinsi orqanlardan bir və ya bir neçəsinin anadangəlmə inkişaf etməməsi və ya normal ölçülərdə olmaması;
  • Hipotalamo-hipofizar disfunksiya – neyroendokrin patologiya.

Sonsuzluq haqqında şəkil 2

Qeyd:

  • oliqomenoreya – aybaşılararası intervalın uzun (2-4 ay) olmasıdır. Amenoreya – 6 aydan artıq zaman ərzində menstruasiyanın baş verməməsidir. Hipomenoraya – aybaşı qanının normadan az, hipermenoreya normadan çox gəlməsidir. Dismenoreya – ağrılı aybaşıdır.
  • Genital ageneziya – uşaqlıq, yumurtalıq və uşaqlıq borularının anadangəlmə inkişaf etməməsidir.
  • Genital hipoplaziya – uşaqlıq və yumurtalıqların anadangəlmə normadan kiçik olmasıdır. Uşaqlığın çox kiçik forması isə infantilizm adlanır.

Sonsuzluq haqqında – sterillik diaqnozu necə qoyulur?

Ginekoloq xəstədən anamnez topladıqdan sonra bəzi nüansları dəqiqləşdirmək və diaqnoz qoymaq üçün müəyyən müayinə üsullarının aparılmasına ehtiyac duyur:

  • Kiçik çanaq orqanları, qalxanabənzər və süd vəzilərinin ultrasəs müayinəsi;
  • Qanın ümumi analizi, qanda şəkər və insulinin səviyyəsinin təyini;
  • Cinsi hormonlar spektri (aybaşının günlərinə görə analiz verilir);
  • Tiroid hormonların yoxlanılması;
  • Histerosalpinqoqrafiya (uşaqlıq borularının rentgen müayinəsi);
  • Birincili sonsuzluq zamanı türk yəhərinin rentgenoloji müayinəsi;
  • Bəzi cinsi yolla keçən infeksiyaların (xlamidiya, ureaplazmoz və s.) yoxlanılması;

Sonsuzluq haqqında – bu diaqnozun müalicəsi varmı?

Sonsuzluğun səbəbi üzə çıxarıldıqdan sonra müvafiq müalicə sxemi seçilir. İlk öncə konservativ (dərman) müalicədən başlanılır. Ehtiyac yarandıqda cərrahi manipulyasiyalar icra edilir.

Sonsuzluğun müalicəsi yoxdursa, nə etməli?

Son çarə olaraq süni mayalanma və aşılama metodları aparılır. Aşılamanın maliyyəti süni mayalanma ilə müqayisədə qat-qat aşağıdır. Aşılamanın effekt vermədiyi hallarda süni mayalanma metodu tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post