Aygün Hüseynova

Ginekologiya-hamiləlik.az saytında dərc olunan bütün məqalələr Azərbaycan Tibb Universitetinin məzunu Aygün Hüseynova tərəfindən yazılmışdır. O, rus, türk və ingilis dilində tibbi ədəbiyyatlardan istifadə edərək, qadınları maraqlandıran məqamlara hər kəsin anlayacağı şəkildə aydınlıq gətirmişdir.

Hamilə qadınların əksər məsələlərdə həssas olduğunu nəzərə alaraq, A.Hüseynova saytın böyük bir hissəsini onlara həsr etmişdir. Hamiləlik testi, təqvimi, cinsiyyətin hesablanması, qidalanma, tonus və s. kimi aktual mövzularda xanımlara faydalı məsləhətlər vermişdir.

Son zamanlarda sonsuzluq probleminə tez-tez təsadüf edildiyindən müəllif aşılama, süni mayalanma barədə insanların axtardığı suallara öz məqalələrində ətraflı cavab vermişdir.

Saytın digər bölməsində A.Hüseynova cinsi yolla keçən infeksiyalar, onların səbəb olduğu ağırlaşmalar, müalicə üsulları ilə qadınları tanış etmişdir. Fibroma, polip, yumurtalıq kistaları, uşaqlıq boynunun eroziyası mövzusunda gərəkli məlumatlar hazırlamışdır.

Müəllif aybaşı pozğunluğu, onun gecikmə səbəbləri və belə hallarda tətbiq olunan müalicə metodları haqqında çoxsaylı məqalələr tərtib etmişdir. O, bu yolla qadınları maarifləndirərək, baş verə biləcək fəsadların qarşısını almağa çalışmışdır.