skip to Main Content

Ginekologiya-hamiləlik.az – qadın xəstəlikləri, sonsuzluq və hamiləlik mövzusuna həsr olunmuş saytdır. Burada aybaşı pozğunluqları, cinsi infeksiyalar, onların törətdiyi ağırlaşmalar və müasir müalicə üsulları barəsində dolğun məlumat verilmişdir. Saytda həmçinin hər bir qadının həyatında önəmli və məsuliyyətli dövr sayılan hamiləliyə böyük yer ayrılmışdır. Doğuş vaxtının, hamiləlik həftəsinin və ən başlıcası uşağın cinsiyyətinin hesablanma qaydası geniş formada izah edilmişdir.

Bundan əlavə saytda qadınların əksəriyyətini narahat edən fibroma, polip, kista, uşaqlıq boynunun eroziyası kimi vacib məqamlara aydınlıq gətirilmişdir. Bu məqalələri oxumaqla, Siz problemin qısa zaman ərzində həlli yolları ilə tanış ola bilərsiniz.  

Bir çox insanların maraq dairəsində olan süni mayalanma, aşılama mövzuları da diqqətimizdən kənarda qalmamışdır. Bu cür ciddi prosedurlara hazırlıq, istifadə olunan dərmanlar, mayalanmadan sonra baş verən ağrılar və həyat tərzi ilə bağlı axtardığınız suallara burada cavab tapa bilərsiniz.    

Onu da vurğulayaq ki, sayta daxil olan hər bir oxucunun vaxtı dəyərləndirildiyindən, mətnlər ayrı-ayrı bölmələr şəklində dərc edilmişdir. İstənilən mövzunun tez bir zamanda tapılması üçün söz üzrə axtarış etmək imkanı yaradılmışdır. 

Sonda unutmayaq ki, hər bir cəmiyyətin əsasını möhkəm ailə təşkil edir. Qadının vəzifəsi sağlam uşaqlar dünyaya gətirmək, kişinin borcu isə onları cəmiyyətə layiqli şəkildə yetişdirməkdir. Bu səbəbdən hər bir qadın öz sağlamlığının qayğısına qalmalıdır. Çünki o, ana olmaqla yanaşı, həm də öz ocağının qoruyucusudur. 

 

Back To Top