Hamiləlik hesablama

Qadın hamilə olduğunu öyrəndikdən sonra onu bir neçə sual maraqlandırır. Ən önəmliləri: hamiləlik müddəti neçə ay və neçə həftəlikdir? Doğuş təxmini hansı tarixə düşür? Bu kimi suallara cavab vermək üçün hamiləlik hesablama metodları mövcuddur. 

Dünyaya gələnə qədər körpə ana bətnində 38-40 həftə qalır. Ancaq mayalanma vaxtı qadına dəqiq məlum olsa da, doğuş tarixi haqqında yanıla bilər. Çünki spermatozoidlər uşaqlıq borusunda bir neçə gün qalaraq, öz həyat qabiliyyətini saxlaya bilir. O üzdən mayalanma cinsi əlaqə gününə təsadüf etməyə bilər.

Hamiləlik hesablanması         

Hələ keçmiş zamanlarda akuşerlər hamiləlik həftəsini təxmini hesablamağı bacarırdılar. Bu metodların təkmilləşmiş forması indiki zamanda da ginekoloqlar tərəfindən istifadə edilir. 

Hamiləlik hesablama şəkil

  • Sonuncu aybaşının 1-ci günündən 9 təqvim ayı geriyə hesablanıb, üzərinə 7 gün əlavə edilir.                       
  • Hesablama nöqtəsi olaraq sonuncu aybaşının 1-ci günü götürülür və bu tarixə 280 sutka əlavə edilir.
  • Müntəzəm və 28-30 günlük aybaşıda hamiləlik hesablama zamanı başlanğıc nöqtə kimi ovulyasiya tarixi götürülür. Sonuncu menstruasuyanın üzərinə 2 həftə əlavə edib, ovulyasiya günü dəqiqləşdirilir. Bu tarixdən 38 həftə geriyə sayılır. 
  • Qadın özündə dölün hərəkətini hiss etdiyi günü yadında saxlayır. İlkin hamiləlik zamanı bu tarixə 20 təqvim həftəsi əlavə edilir. Təkrar hamiləlik keçirdikdə doğum tarixinin hesablanması üçün bu tarixin üzərinə 22 həftə gəlinir. 

Yuxarıda sadalanan metodlar yalnız ideal aybaşı tsikli olan qadınlara uyğun gəlir. Endokrin pozğunluqlar və digər patologiyalar nəticəsində menstruasiya gecikməsi və ya vaxtından əvvəl aybaşı hallarında hamiləlik hesablama üçün fərqli üsullar tətbiq edilir. 

Hamiləlik hesablama 1 şəkil

Hamiləlik ayı hesablama             

Qadın məsləhətxanasının pasientləri adətən 4-cü ayın sonlanmasına baxmayaraq, qeydiyyat vərəqəsində həkim tərəfindən niyə 22 həftə yazıldığını anlamırlar. Məsələ burasındadır ki ginekoloqlar ilk həftəni saymırlar. Hesablama 2-ci həftədən aparılır və həkim onu ilk həftə hesab edir. Bundan əlavə təqvimə nəzər saldıqda əksər ayların 4 həftə və 2-3 gündən ibarət olduğunu görürük. Ginekologiyada hamiləlik ayı hesablama 28 sutkaya bərabərdir.                  

Doğum hesablama isə hamiləlik hesablama metodundan asılıdır. Sonuncu aybaşının birinci günündən 40 həftə, ovulyasiya tarixindən isə 38 həftə geriyə sayılır. Hesablama ay təqvimi ilə aparılır – 28 günlük olmaqla 10 ay. 

12 həftəyə qədər aparılmış Ultrasəs müayinəsi həkimə həftəni və təxmini doğuş tarixini cihazda 10-15 gün xəta payı ilə dəqiqləşdirməyə imkan verir.