Hamiləlik təqvimi

9 aylıq hamiləlik ərzində gələcək anaların tez-tez verdiyi suallara bunlar aiddir: indi hansı həftədəyəm? Hamiləlik təqvimi necə qura bilərəm? Hamiləlik cədvəli nədir? Hər həftədə uşaqda hansı dəyişikliklər baş verir və s. Bu məqalədə hamiləlik təqvimi və kalkulyator təqdim edilmişdir. Kalkulyator vasitəsilə hansı həftədə olduğunuzu hesablayıb, təqvimi istifadə edə bilərsiniz.
| Aybaşı14.02.2026 |
Aybaşının ilk günü |
| Mayalanma28.02.2026 |
|
| Hamiləliyin 1-ci həftəsi21.02.2026 |
Mamalıq təqviminə görə bu hamiləliyin 1-ci həftəsi sayılsa da, əslində hələ hamiləlik baş vermir. Orqanizm sadəcə bu prosesə hazırlaşır. |
| Hamiləliyin 2-ci həftəsi28.02.2026 |
Qadın adətən tsiklin ortasında, yəni 14-cü gün hamilə qalır. |
| Hamiləliyin 3-cü həftəsi07.03.2026 |
Mayalanmadan bir neçə gün sonra döl yumurtası uşaqlıq divarına yapışır. Artıq Siz rəsmən hamilə sayılırsınız. Körpənin baş beyninin və sinir sisteminin əsası qoyulur. Kiçik ürəyi döyünür. |
| 4-cü həftə14.03.2026 |
|
| 5-ci həftə21.03.2026 |
|
| 6-cı həftə28.03.2026 |
|
| 7-ci həftə04.04.2026 |
|
| 8-ci həftə11.04.2026 |
|
| 9-cu həftə18.04.2026 |
|
| 10-cu həftə25.04.2026 |
Uşaqlığın ölçüləri 2 dəfə böyüyüb. Hormonların yüksək səviyyəsi əhval-ruhiyyəyə təsir göstərir. Qıcıqlanma, emosionallıq müşahidə olunur. Çəki artır, qalxanvari vəz bir qədər böyüyür, damaqlar həssaslaşır. Döl alnını qırışdırır, bir qədər tərpənir. |
| 11-ci həftə02.05.2026 |
|
| 12-ci həftə09.05.2026 |
|
| 13-cü həftə16.05.2026 |
Hal-hazırda qanınızda kifayət miqdarda hamiləlik hormonları mövcuddur. Tezliklə toksikoz itəcək. Narahatlıq hissi azalacaq. Bu dövrdə virus xəstəliklərinə qarşı ehtiyatlı davranın. Uşağın sağlamlığını qoruyan cift böyüməyə davam edir. Dölün çəkisi təxminən 28 qramdır. |
| 14-cü həftə23.05.2026 |
Artıq Siz özünüzü daha yaxşı hiss edirsiniz, enerjiniz get-gedə artır, uşaqlıq hər həftə böyüyür. Qarnınız yuxarı qalxmağa başlayır. Dölün mədəaltı vəzisi insulin sintez edir. Cinsi orqanları formalaşır. Ürəyi gündə 24 litr qanı dövran edir. |
| 15-ci həftə30.05.2026 |
|
| 16-cı həftə06.06.2026 |
|
| 17-ci həftə13.06.2026 |
Döl və cift sürətli şəkildə inkişaf edir. Siz artıq onun hərəkətini yavaş-yavaş hiss edirsiniz. |
| 18-ci həftə20.06.2026 |
|
| 19-cu həftə27.06.2026 |
Döldə baş beyin inkişafı aktivdir. O, sizin səsinizi eşitdiyindən körpənizlə danışmağa çalışın. |
| 20-ci həftə04.07.2026 |
Qarnınız artıq bilinir. Yatarkən dönməkdə bir qədər çətinlik çəkirsiniz. Siz artıq körpənizin yuxuda və ya ayıq olmasından xəbər tuta bilirsiniz. |
| 21-ci həftə11.07.2026 |
Körpənizin qanında kifayət qədər eritrosit mövcuddur. Həmçinin leykositlər əmələ gəlir. Dilində dad məməcikləri inkişaf edib. O, dölyanı mayeni içdikdə marçıldayır. Uşağın həzm sistemi formalaşıb. |
| 22-ci həftə18.07.2026 |
Körpə öz bədənini öyrənməyə çalışır, əli ilə ayaqlarını tutur. Sizdə isə bu dövrdə anemiya yarana bilər. Ona görə qidalanma rasionunuza diqqət yetirin. |
| 23-cü həftə25.07.2026 |
Körpənin dərialtı qatına sürətlə piy toplanır. Buna baxmayaraq, onun dərisi hələ də qırmızı və bir qədər büzüşmüş görünür. Bu periodda döl çox aktivdir və bu isə Sizi narahat edə bilər. |
| 24-cü həftə01.08.2026 |
Çəkiniz get-gedə artır, baş ağrıları, tez-tez sidiyə çıxma, ayaqlarınızda ağırlıq və yorğunluq hissi yaranır. Körpənin piy və tər vəziləri fəaliyyət göstərir. Üz cizgiləri tam formalaşıb, kirpikləri və saçları inkişafını davam etdirir. |
| 25-ci həftə08.08.2026 |
Uşaqlığınız futbol topu böyüklüyündə olub, diafraqmaya təzyiq edir. Körpə yumruğunu sıxır, barmaqlarını oynadır. |
| 26-cı həftə15.08.2026 |
Körpənin hərəkətini evdəkilər də hiss edir. O, hələki mavi olan və irəlidə rəngini dəyişəcək gözlərini açıb yumur. |
| 27-ci həftə22.08.2026 |
Bu həftədən etibarən vaxtından əvvəl doğuş olarsa, körpənin sağ qalma ehtimalı 85%-dir. |
| 28-ci həftə29.08.2026 |
Əgər körpə bu həftə doğulsa, hüquqi olaraq qeydiyyata düşür. Onun baş beyin qabığı və şırımları daha da inkişaf edir. Çəkisi 1 kiloqramdan azacıq çox olur. |
| 29-cu həftə05.09.2026 |
Körpəniz yavaş yavaş doğulmağa və bətnxarici həyata hazırlaşır. O, artıq bədən temperaturunu idarə etməyi bacarır. Dərialtında piy qatı toplanır. |
| 30-cu həftə12.09.2026 |
Otağın işıqlanması yüksək olduqda, körpə oradakı rəngləri seçir. Ailə üzvlərinin səsini tanıyır. Uşaqlıqda yeri dar olduğundan tərpənişləri azalıb. Sizdə isə bel ağrıları artıb. Məsləhətimiz budur ki, yataqdan durmazdan öncə yana fırlanın, sonra qalxın. |
| 31-ci həftə19.09.2026 |
|
| 32-ci həftə26.09.2026 |
Körpə ətrafda baş verənləri çox gözəl eşidir. O, Sizin ürək döyüntülərinizi duyur. Axşamlar uşağınıza mahnı oxuyun, nağıl danışın. O, artıq hər şeyi başa düşür. |
| 33-cü həftə03.10.2026 |
Döldə doğuşdan sonra ona rahat nəfəs almağa kömək edəcək xüsusi maddə – surfaktant əmələ gəlir. Bu dövrdə körpə artıq başı aşağı dayanaraq, doğulmağa hazırlaşır. |
| 34-cü həftə10.10.2026 |
Körpə yediyiniz qidaların dadına alışır. Onun dad hissiyatı kifayət qədər inkişaf edib. Sizin qarın nahiyənizdə arabir tutmaşəkilli sancılar başlayır. |
| 35-ci həftə17.10.2026 |
|
| 36-cı həftə24.10.2026 |
Körpənin üzü ovaldır. Toppuş yanaqları əmələ gəlib. Döl barmaqlarını sorur. Sizdə isə ara-sıra sancılar artır. |
| 37-ci həftə31.10.2026 |
Körpənin başı çanağa enir. O, tənəffüs hərəkətlərini edə bilir. Çəkisi 2 kq 400 qrama çatır. |
| 38-ci həftə07.11.2026 |
Axırıncı həftələrdə körpənin bağırsaqlarında qaramtıl-yaşıl rəngli nəcis yığılır. |
| 39-cu həftə14.11.2026 |
Uşaqlıq boynu qısalır və genişlənir. Sidik kisəsinə təzyiq artır. Körpə hər gün 28-30 qram artır. Doğuş vaxtının yaxınlaşması ilə əlaqədar Sizdə nevroz yarana bilər. |
| 40-cı həftə21.11.2026 |
Doğuş vaxtını gözləyərkən əsla həyəcanlanmayın. Tutmalar başladıqda düzgün tərzdə nəfəs alıb-verin. Doğuş çantanızı yoxlayın. |
| 41-ci həftə28.11.2026 |
Əgər körpə hələ də doğulmayıbsa bu artıq onun bətndə normadan çox qaldığının əlamətidir. |
| 42-ci həftə 05.12.2026 |
Hamilələrin yalnız 10%-i bu həftəyə qalır. Ola bilər ki, hamiləlik müddətiniz düzgün hesablanmayıb. Həkiminizlə danışın, doğuşu stimulyasiya etdirin. |
| 43-cü həftə12.12.2026 |
Vaxtından keçmiş hamiləlik |
| 44-cü həftə19.12.2026 |
|


Mayalanmanın baş verdiyi tarix
Hamiləlik testindən istifadə etmək olar. Lakin müddət kiçik olduğundan test dəqiq nəticə göstərmir. Dölün əzələ sistemi və onurğası tədricən formalaşır. Gözlər, qulaqlar və əllər formalaşır.
Aybaşı gecikdiyindən hamiləliyə şübhə yaranır. Test və ya hamiləlik analizi aparmaq mümkündür.
Hamiləlik əlamətləri
Toksikoz daha kəskinləşir. Dölün üzü formalaşır, kiçik burnu, quyruğu, gözləri, ağızı artıq bilinir. Onun uzunluğu 7-9 mm olur.
Uşaqlıq böyüyür və tədricən genişlənir. Bu, ginekoloji baxışda müəyyən olunur. Geyimlər bir qədər dar gəlir. Süd vəziləri böyüyür. Döldə süd dişlərinin mayası qoyulur. Onun çəkisi artıq 4 qramdır.
Bədən quruluşundan hamilə olduğunuz bilinmir. Qanda xorionik qonadotropin o qədər də yüksək deyil. Dəri daha hamar və parlaqdır. Üzdə sızanaqlar yarana bilər. Döl artıq əl barmaqlarını bükə bilir.
Hamiləlikdən əvvəlki vaxtla müqayisədə maddələr mübadiləsi artıb, qan dövranı sürətlənib, susuzluq hiss edirsiniz. Dölün orqanlarının əksəriyyəti artıq formalaşıb. Bu həftədə o, işığa, istiyə reaksiya verir.
Uşaqlığınızın eni 10 sm böyüyüb. Uşaqlıq qarın boşluğuna tərəf qalxmağa başlayır. Ultrasəs vasitəsilə təxmini doğum tarixini dəqiqləşdirmək mümkündür. Dölün əl və ayaqların kiçik dırnaqları əmələ gəlir. Əmmə refleksi yarandığından o, barmaqlarını sorur. Bu periodda döl çox aktivdir. 
Uşaqlığınız get-gedə genişlənir. Dölyanı mayenin miqdarı 250 ml-dir. Döl ağzını açmağı, mimika göstərməyi bacarır. Sizin ürək döyüntülərinizi eşidir.
Dölün hərəkəti intensivləşir. Dölün çəkisi təqribən 200 qram, uzunluğu isə 20,5 sm olur. O, xaricdən gələn səslərə reaksiya verir.
Bel ağrılarınız çox şiddətlənib. Körpənin çəkisi isə təqribən 1.5 kq-dır. Körpə özünə sərbəst yer açmaq məqsədilə başı aşağı dönməyə çalışır. Bu isə Sizin üçün o qədər də xoşagələn hissiyyat deyil.
Bu həftədə körpənin dırnaqları barmaq uclarına qədər inkişaf edib. Doğulduğu gün dırnaqların təsirindən üzündə çırılmalar ola bilər. Onun çəkisi orta hesabla 2 kq 200 qr-dır.
Təxmini doğuş vaxtı