Hamiləlikdə cinsiyyət testi
Hər bir valideyni hamiləlikdə maraqlandıran məqamlardan bir də uşağın cinsiyyətidir. Hamiləlikdə cinsiyyət testi ilə bağlı bəzi nüanslara nəzər yetirək.
Hamiləlikdə cinsiyyət testi – 7-ci həftə
DNT testi vasitəsilə artıq 7-ci hamiləlik həftəsində dölün cinsi təyin edilə bilər. Əgər X xromosumu çıxarsa qız, Y xromosomu aşkarlanarsa oğlan deməkdir. Lakin bu metod 100% dəqiq deyil.
Hamiləlikdə cinsiyyət testi – 9-cu həftə
9-cu həftədə gender testi ilə dölün cinsi müəyyən edilə bilər. İndikatorun rənginə əsasən cinsiyyət aydınlaşdılır: narıncı rəng – qız, yaşıl rəng – oğlan mənasındadır.
Hamiləlikdə cinsiyyət testi – 10-cu həftə
10-cu həftədə dölün ürəkdöyünmələri aydın şəkildə eşidilir. Ritmik döyüntülərin sayına görə cinsiyyət təxmin edilə bilər. Vurğuların sayı 1 dəqiqədə 140-dan çoxdursa qız, 140-dan azdırsa oğlandır.
14-cü həftə – USM
14-cü həftədən etibarən Ultrasəs müayinəsində uşağın cinsi bilinir. 15-ci həftədə isə cinsiyyət barədə daha dəqiq məlumat verilir.
Dölün cinsinin təyini– amniopunksiya
Dölyanı mayenin genetik müayinəsi, yəni xorionun biopsiyası amniopunksiya ilə hamiləlikdə cinsiyyət testi 100% düzgün nəticə verir. Ancaq amniopunksiya hər kəsə göstəriş deyil. Genetik patologiyaya şübhə yarandıqda bu metoddan istifadə edilir.
Hamiləlikdə cinsiyyət planlama – ovulyasiyaya görə
Uşağın cinsi atadan asılıdır. Belə ki, anada ancaq X xromosomu mövcuddur. Y xromosomu daşıyıcısı olan spermatozoidlər X xromosomu daşıyıcılarından daha sürətli olsa da, yaşama qabiliyyətləri zəifdir.
Əgər ovulyasiya tarixi məlumdursa və təqvim tutulursa, oğlan (Y) spermatozoidlərin daha sürətlə yumurtahüceyrəni mayalandırmasını nəzərə alaraq, uşağın cinsi planlanlaşdırıla bilər. Cinsi akt ovulyasiyanın sonlarına yaxın baş verərsə, qız uşağının doğulma ehtimalı yüksək olur.
Qan qrupuna görə cinsiyyət testi
2 üsul mövcuddur:
- qan qrupu və rezus faktora görə
- qanın yenilənməsinə əsasən
Qan qrupu |
Ata | |||
Ana |
I | II | III | IV |
I |
Q | O | Q | O |
II | O | Q | O |
Q |
III | Q | O | O |
O |
IV | O | Q | O |
O |
REZUS – faktor |
ATA | |
ANA |
+ |
– |
+ | Q | O |
– | O |
Q |
Bu cədvəllərdə Q – qız, O – oğlan deməkdir.
Qanın yenilənməsinə görə cinsiyyətin təyini
Hesab edilir ki, qan yenilənmə xüsusiyyətinə malikdir. Bu proses qadınlarda hər 3 ildən, kişilərdə isə 4 ildən bir baş verir.
Məsələn, kişinin 36, qadının isə 32 yaşı varsa:
36/4=9
32/3=10 (qalıq 2-dir)
Kişinin qanının daha cavan olması oğlan uşağının dünyaya gələcəyindən xəbər verir. Son olaraq nəzərinizə çatdıraq ki, önəmli olan uşağın cinsi deyil, onun sağlam doğulmasıdır.