Aybaşı olmaq üçün dərman

17 Oktyabr 2019 Kateqoriya: Aybaşı gecikməsi Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 89117
Aybaşı olmaq üçün dərman foto
4.9/5 - (123 votes)

Menstruasiya gecikməsi zamanı qadınlar bu problemi həll etmək məqsədilə bir çox vasitələrə əl atırlar. Apteklərdə müxtəlif ad və formalarda aybaşı olmaq üçün dərman satılır. Bu dərmanların nizamsız qəbulu ən yüngül halda uşaqlıq qanaxmaları ilə nəticələnir.

Aybaşı olmaq üçün dərman adları

Progesteron

Aybaşı üçün dərman kateqoriyasında ən məşhur vasitədir. 5-10 günlük kurs şəklində gündəlik və ya bir gündən bir inyeksiya formasında istifadə olunur. İnyeksiya əzələdaxili və ya dərialtına vurulur. Preparat 1%-li və ya 2.5%-li məhlul şəklində buraxılır. Özbaşına istifadə etmək qadağandır, çünki dərman dozalanması fərdi qaydadır. Onun çəki artımı, tüklənmə, menstrual tsiklin pozulması kimi mənfi təsirləri var. İnyeksiyalardan 3-7 gün sonra menstruasiya başlayır. Hamiləliyin erkən dövrlərində preparat dölün inkişafına mane olmur. Bu səbəbdən hamiləliyə şübhə yarandıqda da rahat şəkildə tətbiq oluna bilər. Preparatın effekti çox sürətlidir. Onun istifadəsinə əks-göstərişlər aşağıdakılardır:

  • süd vəzilərində törəmə;
  • vaginal qanaxma;
  • qaraciyər çatışmazlığı.

Dyufaston

Yalnız progesteron çatışmazlığı olanlara uyğundur. Tərkibində progesteronun süni analoqu didrogesteron mövcuddur. Vaxtında aybaşı gəlməsi üçün tsiklin 11-ci günündən 25-ci gününə qədər 1 tabletdən gündə 2 dəfə içilir. Hamiləlikdə və düşük təhlükəsi halında da təyin olunur. Dyufaston optimal progesteron səviyyəsi yaradaraq, hamiləliyi daşımağa kömək edir. Ancaq bu üsul aybaşı gecikməsi problemini həll etmir, sadəcə süni şəkildə hormon səviyyəsini dəstəkləyir.

Aybaşı olmaq üçün dərman foto 1

Aybaşı olmaq üçün dərman – dyufaston ilə tsikl müddətini dəyişmək olarmı?

İstənilən hormonal preparat kimi dyufastonu da kontrolsuz qəbul etmək olmaz. Qadınların bir çoxu düşünür ki, əgər normal tsikldə dyufaston içsələr aybaşı gecikəcək. Bu fikir yalnışdır.

Aybaşı üçün dərman sonrası axıntı necə olur?

Dyufastondan sonra aybaşı qəhvəyi rəngdə və az miqdarda gəlir. Belə hal ovulyasiya pozulduqda preparatın 2-3 tsikl müddətində içilməsi zamanı müşahidə olunur. Mütəxəssislər bu əlaməti uşaqlığın daxili qatı -endometriumun tam bərpa olunmaması ilə izah edirlər. Bəzən dərman qəbulu əsnasında kurs bitmədən menstruasiya başlayır. Bu zaman preparatın istifadəsini davam etdirməyi həkimdən soruşmaq lazımdır.

Aybaşı olmaq üçün dərman sayılan dyufastonun əks göstərişi varmı?

Süd verən analara və dəri allergiyası olan qadınlara preparat əks göstərişdir. Bundan əlavə aybaşı gecikməsi halında hamiləlik testi etmədən dyufaston içmək olmaz. Hərçənd ki, bu preparat hamiləlik zamanı progesteron çatışmazlığında də təyin olunur. Əgər qadında normal hormonal balans fonunda hamiləlik baş veribsə, dərman disbalans törədə bilər.

Norkolut

Aybaşı olmaq üçün dərman sırasına daxil preparatlardan biridir. Tərkibinə noretisteron daxildir. Preparatın mənfi təsirlərinə menstruasiya pozğunluğunu aid etmək olar. Aybaşı olmaq üçün dərman qutusundakı instruksiyanı oxumaq kifayətdir. 5 gün ərzində sutkada 2 tablet qəbul etmək lazımdır. Norkolutun təsir mexanizmi ovulyasiyanı əngəlləmə və uşaqlıq tonusunun azaldılmasına əsaslanır. Onun əsas komponenti hipofizdə hormon ifrazını tormozlayır. Dərman qəbulu bitdikdə aybaşı başlayır. Ancaq Norkolutun əks göstərişləri mövcuddur:

  • kiçik çanaq orqanlarında və süd vəzilərində törəmə;
  • qaraciyər xəstəliyi;
  • qeyri-müəyyən xarakterli qanaxma;
  • epilepsiya;
  • şəkərli diabet;
  • hipertoniya;
  • böyrək çatışmazlığı.

Aybaşı olmaq üçün dərman şəkil 2

E vitamini

Əksər hallarda dərinin cavanlaşması və saçların möhkəmlənməsi məqsədilə istifadə edilir. Bununla yanaşı aybaşı gecikmələri zamanı da faydalıdır. Tərkibində E vitamini olan preparatlar aybaşı üçün dərman qismində hormonal pozğunluq və endometriumun normal yetişməməsi, qalınlaşmaması zamanı içilir. Tsiklin 16-cı günündən başlayaraq, təxmin olunan tarixə qədər səhər saatlarında 2 kapsul qəbul edilir. Daha sonra kurs bir daha təkrarlanır.

Utrojestan

Təsir mexanizmi estrogenin fəaliyyətinin azaldılmasına və progesteron sintezinin stimulyasiyasına yönəlmişdir. Preparat endometriumun qalınlaşmasını da təmin edir. Aybaşı olmaq üçün tsiklin 16-cı günündən 25-ci gününə qədər təyin olunur. Oral və ya vaginal kapsul şəklində buraxılır. Dərman qəbulunu kəsdikdən 3-4 sutka sonra aybaşı başlanır. Vaginal kapsul şəklində olması preparatın üstünlüyüdür. Onun istifadəsinə əks göstərişlər aşağıdakılardır:

  • süd vəziləri və cinsi orqanların onkoloji xəstəlikləri;
  • vaginal qanaxmalar;
  • tromblaşmaya meyllik;
  • bronxial astma;
  • epilepsiya.

Aybaşı olmaq üçün dərman foto 4

Non ovlon

21 gün ərzində gündə 1 draje qəbul edildikdə kontraseptiv (hamiləlik əleyhinə) təsir göstərir. Aybaşı olmaq üçün dərman qismində Non ovlonu 2-3 gün 12 saat intervalla 2 tablet içmək lazımdır. Tərkibində estrogen və gestagen vardır. Preparat hipotalamo-hipofizar sistemin fəaliyyətini tormozlayır. Follikulstimuləedici və lüteinləşdirici hormonun sintezini dayandırır. Əksər hallarda hamiləliyə şübhə yarandıqda təcili aybaşı olmaq üçün istifadə edilir. Preparatın əks-göstərişləri çoxdur:

  • laktasiya (südvermə) dövrü;
  • ürək-damar sistemi problemləri (ateroskleroz, ürəyin işemik xəstəliyi, hipertoniya);
  • şiş xəstəlikləri;
  • öd kisəsi və qaraciyər xəstəliyi;
  • dağınıq skleroz və epilepsiya.

Aybaşı olmaq üçün dərman şəkil 6

Mifeqin

Hamiləlik pozan dərmanlar sırasına daxildir. Uşaqlıq əzələsinin yığılmasını intensivləşdirir. Aktiv maddəsi mifepriston cinsi hormonların antaqonistidir. Arzuolunmaz hamiləliyi pozmaq məqsədilə və aybaşı gecikməsi zamanı qəbul edilir. Preparat çox təhlükəlidir, ciddi mənfi təsirləri vardır. Onun özbaşına istifadəsi qadağandır.

Aybaşı olmaq üçün dərman istifadəsindən sonra ağırlaşmaların yaranmaması məqsədilə preparatları qəbul etməzdən əvvəl ginekoloqla məsləhətləşin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.9/5 - (123 votes)