Aybaşı gecikməsi zamanı nə etməli?

17 Oktyabr 2019 Kateqoriya: Aybaşı gecikməsi Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 19350
Aybaşı gecikməsi zamanı nə etməli? foto
3.9/5 - (59 votes)

Menstruasiya qadın orqanizmində neyroendokrin mexanizmlə tənzim olunan mürəkkəb və çoxşaxəli proseslərin nəticəsidir. O, dövrü xarakter daşıyır. Menstrual gecikmənin bir çox səbəbləri vardır. Bunlardan ən önəmlisi hamiləlikdir. Digər hallarda isə gecikmə patoloji və fizioloji faktorlardan qaynaqlanır.

Bir çox qadın tsikl pozğunluğunun səbəbini aydınlaşdırmadan aybaşı gecikməsi zamanı nə etməli olduğunu araşdırır. Lakin aybaşı gecikməsi zamanı ilk növbədə müayinə aparılmalıdır.

Aybaşı gecikirsə nə etməli – diaqnostika üsulları

  • ginekoloji kresloda baxış;
  • cinsi yolla keçən infeksiyaların analizi;
  • böyrəküstü və qalxanabənzər vəzlərin, kiçik çanaq orqanlarının ultrasəs müayinəsi;
  • kompüter tomoqrafiya, rentgenoqrafiya, ensefaloqrafiya, MRT – hipofizin müayinəsi məqsədilə;
  • cinsi hormonların yoxlanılması.

Aybaş gecikməsi zamanı nə etməli  – bu barədə daha ətraflı

Tsikl pozulmasını yaradan səbəb aydınlaşdırıldıqdan və onun neqativ təsirləri aradan qaldırıldıqdan sonra adətən aybaşı tsikli özbaşına bərpa olunur. Bəzi qadınlar Dinoprost və Mifepriston kimi preparatları aybaşı olmaq üçün dərman qismində qəbul edir.

Ancaq bu preparatların davamlı istifadəsi hormonal fonun pozulmasına və vəziyyətin irəlidə daha da gərginləşməsinə səbəb olur. Buna görə aybaşının olmaması zamanı həmin dərmanları özbaşına içmək icazəli deyil.

Aybaşı gecikməsi zamanı nə etməli? şəkil 1

Aybaşı gecikməsi zamanı nə etməli  – daha təhlükəsiz metodlar

Menstruasiyanı tezləşdirmək üçün nisbətən təhlükəsiz üsullar mövcuddur. Bunlara aşağıdakılar aid edilir:

  • isti vanna qəbul edin. Suyun temperaturu yüksək olmalıdır. Prosedurun müddəti maksimum 20-30 dəqiqədir.
  • cinsi aktların tezliyini artırın.
  • aktiv fiziki məşqlər edin.

Aybaşı gecikməsi zamanı nə etməli – xalq təbabəti reseptləri

  • gündə 4 dəfə yarım dəstə cəfəri yeyin. Udmadan öncə yaxşıca çeynəyin.
  • suya 150 qram cəfəri əlavə edib, 10 dəqiqə qaynadın. Gündə ½ stəkan olmaqla 2 dəfə için. Bu resepti təxmini aybaşı vaxtına qədər 1 həftə ərzində müntəzəm tətbiq etsəniz daha effektiv nəticə alacaqsınız.
  • 1 stəkan baş soğan qabığını 3 stəkan qaynar su ilə qarışdırıb, 1 saat gözləyin. 200 ml tünd rəngli dəmləmə alınmalıdır. Bu qarışığı ertəsi gün də içə bilərsiniz.
  • 4 qaşıq çobanyastığını (romaşka) 3 qaşıq pişikotu (valerian) və 3 qaşıq nanə ilə qarışdırıb, üzərinə 2 stəkan su əlavə edin. 10-15 dəqiqə qaynadın. Soyutduqdan sonra gündə 2 dəfə 100 ml qəbul edin. Müalicə kursu 1 aydır.

Aybaşı gecikməsi zamanı nə etməli? şəkil 2

Aybaşı gecikməsi zamanı nə etməli – dərman preparatları

Aybaşı gecikməsi zamanı yalnız həkim məsləhəti ilə aşağıdakı preparatlardan istifadə edə bilərsiniz.

  • «Pulsatilla». Homeopatik qranuldur. 3 gün ərzində dilatına 5 qranul qoymaqla istifadə olunur
  • «Dyufaston». 2 tabletdən 5 gün qəbul edilir.

6 aydan çox aybaşı gecikməsi zamanı nə etməli?

Menstruasiya 6 aydan artıq gecikirsə, bu artıq amenoreyadır. Onu yüngül patologiya saymaq düzgün deyil. Həmçinin amenoreya zamanı özbaşına müalicə qadağandır. İlk öncə səbəb aydınlaşdırılmalıdır. Çünki amenoreya aşağıdakı xəstəliklərlə müşayiət oluna bilər:

  • sonsuzluq;
  • onkologiya;
  • şəkərli diabet;
  • ürək-damar sisteminin patologiyaları.

Həmçinin sümüklərdə osteoporoz riski də arta bilər. Osteoporoz sümük toxumasının kövrəkləşməsi və sınığa meylliyi ilə xarakterizə olunur.

Amenoreyanın müalicəsi digər hallarda olduğu kimi yalnız diaqnostikadan sonra aparılmalıdır.

Amenoreyanın profilaktikası məqsədilə nə etməli?

  • ildə 2 dəfə ginekoloq baxışından keçmək;
  • ildə 1 dəfə endokrinoloqa getmək;
  • zərərli vərdişlərdən imtina  etmək;
  • idmanla məşğul olmaq və aktiv həyat tərzinə keçmək;
  • iltihabi xəstəlikləri vaxtında müalicə etmək;
  • bədən çəkisini nəzarətdə saxlamaq;
  • stressdən uzaq durmaq;
  • müntəzəm cinsi həyat sürmək;
  • hamiləlik planlama;
  • kontraseptiv vasitələri yalnız həkim göstərişi ilə qəbul etmək.

Sonda qeyd edək ki, əgər Sizdə də aybaşı 7 gündən artıq gecikirsə, mütləq ginekoloqun qəbuluna yazılın.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.9/5 - (59 votes)