Hamiləlik pozan dərmanlar 

18 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 109797
Hamiləlik pozan dərmanlar şəkil
3.7/5 - (56 votes)

Hamiləlik əksər qadınlar üçün arzuolunan haldır. Lakin bəzən müəyyən səbəblərdən onun sonlandırılması qaçılmaz olur. Qadınların bir çoxu hamiləlik pozan dərmanlar qəbul etməyə meyllidir. Bu üsul tibbdə medikamentoz abort adlanır. 

Hamiləlik pozan dərmanlar nə kimi üstünlüklərə malikdir?

Bu preparatların üstün cəhəti ondan ibarətdir ki, həmin dərmanları aptekdən asanlıqla əldə etmək mümkündür. Belə hallarda çox zaman cərrahi müdaxilə və ya vakum-aspirasiyaya ehtiyac yaranmır. Həm də hamiləlik pozan dərmanlar qiymət baxımından qadınlar üçün daha sərfəlidir.

 

Medikamentoz abort üçün əsas qayda

Medikamentoz abort yalnız çox erkən hamiləlik həftəsi üçün keçərlidir. Dərmanla hamiləlik pozmaq istəyən qadın axırıncı menstruasiya vaxtını dəqiq bilməlidir. Hamiləlik testi pozitiv çıxdıqdan sonra həkimə gedərək qanda XQ (xorionik qonadotropin) analizi verməli, həmçinin uşaqlığın ultrasəs müayinəsindən keçməlidir.   

Hamiləlik pozan dərmanlar şəkil 1

Hamiləlik pozan dərmanlar aşağıdakılardır: 

Progesteronun antoqonistləri (antiprogestinlər)

Bu qrupa Mifepriston, Mifolian və Mifeqin aiddir. Preparatların təsir mexanizmi bir-birindən fərqlənir. Belə ki, Mifeqin qadın cinsi hormonu – progesteronun sintezini dayandırır. Nəticədə döl yumurtası inkişaf edə bilmədiyindən tələf olur.

Mifepriston isə uşaqlığın tonusunu və yığılmalarını gücləndirməklə, hamiləlik pozulmasını stimulə edir.

Sintetik prostaqlandinlər                         

Mizoprostol və ya Mirolyut hamiləliyin erkən dövrlərində düşüyə səbəb olan preparatlardır. Onlar tablet şəklində buraxılır.  

Sintetik prostaqlandinlər uşaqlığın yığılmasını təmin edərək, uşaqlıq boynunu genişləndirir. Bu tip dərmanları qəbul etdikdə döl yumurtası uşaqlıqdan xaric olur – düşük baş verir. Mirolyut və Mizoprostol təbii doğuşlarda tətbiq olunan Oksitosin kimi təsir edir. 

Hamiləlik pozan dərmanlar nə vaxt qəbul edilə bilər?

Belə dərmanlar axırinci aybaşıdan sonra 49 gün ərzində istifadə oluna bilər.

Hamiləlik pozan dərmanlar şəkil 2

Hamiləlik pozan dərmanlar: istifadəsinə əks-göstərişlər 

  • Uşaqlıqdan kənar hamiləlik; 
  • Xroniki böyrək çatışmazlığı;          
  • Qadının yaşının 18-dən az olması; 
  • Hormonal pozğunluqlar;    
  • Cinsiyyət orqanlarının xəstəlikləri; 
  • Preparatın tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq. 

Hamiləliyi pozan dərmanların fəsadları  

Ümumiyyətlə, abort təbii proses olmadığından orqanizm üçün zərərli hesab edilir. Bu müdaxilə aşağıdakı fəsadlarla nəticələnə bilər: 

Əlbəttə ki, bütün abort halları yuxarıdakı fəsadlarla nəticələnmir. Sadəcə belə qadınlarda ağırlaşma riski mövcud olur.

DİQQƏT: Həbləri qəbul etdikdən sonra qanlı ifrazatın miqdarına diqqət yetirin. Əgər 1 saat ərzində dəyişilən bezlərin sayı, ifrazatın həcmi artarsa, o zaman həkimə müraciət edin. Normada axıntı tədricən azalmaqla 7-10 gün davam edir.

Hamiləlik pozan dərmanlar şəkil 4

Medikamentoz abortdan sonra əlavə təsirlər

Onlara ürəkbulanma, ishal, qusma, baş gicəllənmə və zəiflik aiddir. Belə hallarda əlamətləri aradan qaldıran vasitələrdən istifadə edilməlidir. 

Hamiləliyin dərmanla pozulması niyə təhlükəli sayılır? 

  • Hamiləlik pozan dərmanlar qəbul etdikdə düşük natamam ola bilər. Natamam abort – uşaqlıqda döl yumurtası və dölyanı kisənin qalıqlarının ləngiməsi ilə xarakterizə edilir. Bu da öz növbəsində qanaxmalara səbəb olur. Qalıqlar iltihablaşdıqda vəziyyət daha da ağırlaşır. Abortun qalıqlarını təmizləmək üçün küretaj edilir, uşaqlığın divarları qaşınır. 
  • Bundan əlavə preparatların qəbulundan sonra qarnın aşağı hissəsində kəskin ağrı və qanaxma baş verə bilər. Uşaqlıqdan kənar hamiləliklərdə qadın özbaşına hamiləlik pozan dərmanlar qəbul edərsə, belə hallar daxili qanaxma, borunun cırılması, hətta ölümlə nəticələnə bilər. 

Belə fəsadlara yol verməmək üçün hamiləliyi dayandıqmaq istəyən qadın ilk növbədə həkim-ginekoloqla məsləhətləşməli və yalnız onun tövsiyə etdiyi üsuldan istifadə etməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.7/5 - (56 votes)