Hamiləlik çantasında nələr olmalı?

Doğuş çox vacib və məsuliyyətli prosesdur. Buna görə də öncədən hazırlaşmaq, gərəkli əşyaları toplamaq zəruridir. İlk dəfə hamilə olan qadınları ən çox maraqlandıran suallardan biri budur: hamiləlik çantasında nələr olmalı? Doğuşa necə hazırlanmalı? Gəlin bu məsləyə aydınlıq gətirək.
Hamiləlik çantası necə olmalı?
Çanta ilə bağlı əsas tövsiyələr aşağıdakılardır:
- Çantaya ən zəruri əşyaları yığmaq lazımdır. Özünüzlə bir neçə xalat dəsti və ya çoxlu kosmetik vasitələr götürməyin mənası yoxdur.
- Çanta orta böyüklükdə və daşınması rahat olmalıdır.
- Çanta vacib olsa da, onu düzgün doldurmaq daha önəmlidir.
Hamiləlik çantasında nələr olmalı – əsas elementlər
Lazımlı əşyaları unutmamaq üçün siyahı tutun. Və çantanı bir neçə hissəyə bölün:
- sənədlər, pul, telefon;
- ananın əşyaları (doğuşdan öncə və sonra üçün);
- körpənin əşyaları
İndi isə bu bəndlərə daha ətraflı nəzər yetirək.
Çantada ən vacib əşyalar
Ən mühüm vasitələr sırasına ilk növbədə sənədlər daxildir. Onları əsla unutmaq olmaz. Bunun üçün sənədləri əvvəlcədən qovluqa yığmaq məsləhətdir. Pul və telefon da hamiləlik çantasında olmalıdır.
Hamiləlik çantasında nələr olmalı – ananın əşyaları
Hamilə qadın çantaya doğuşa qədər lazım olan aşağıdakı vasitələri yığmalıdır:
- ev tərlikləri (tapoçka);
- dəyişik paltar, gecə köynəyi;
- mineral su;
- şəxsi gigiyena vasitələri;
- dəsmal.
Hamiləlik çantasında nələr olmalı – doğuşdan sonra istifadə ediləcək əşyalar
- alt paltarı (dar olmasın);
- gigiyenik bezlər;
- laktasiya üçün büstqalter;
- büstqalter üçün bez;
- corab;
- həkimin məsləhət gördüyü dərmanlar;
- doğuş sonrası bandaj.
Hamiləlik çantasında nələr olmalı – körpənin əşyaları
- bir neçə dəst geyim;
- yenidoğulmuş üçün bez (25-30 ədəd).
Evə yazılmaq üçün əşyalar
- evə buraxılanda geyinmək üçün paltar. Hamiləlik geyimi bu halda yararsızdır. Qadın hamilə qalmadan öncə geyindiyi paltarı və ya yenisini götürməlidir.
- ayaqqabı;
- kosmetika;
- yenidоğulmuşun daşınma zərfi.
Çantanı necə düzgün yığmalı
- əşyaların siyahısına əvvəlcədən hər şeyi yazın.
- evə yazılan gün lazım olacaq əşyaları digər kiçik çantaya yığın.
Hamiləlik çantasında olması gərəkən əşyaları yuxarıda sadaladıq. Düşünürük ki, məlumat Sizə faydalı olacaqdır.