Hamiləlik nə zaman bəlli olur?

Bəzi qadınlarda ilk hamiləlik əlamətləri mayalanmadan 1 həftə sonra bilinir. Digərlərində isə əlamətlər bir neçə həftə gec bəlli olur. Bu məqamı bir qədər aydınlaşdıraq.
Hamiləlik nə zaman bilinir?
Mayalanmanın təqribən 6-12-ci günləri embrion uşaqlıq divarına birləşir. Mayalanmış yumurtahüceyrənin uşaqlığa yapışması nəticəsində baş verən cüzi qanaxmalar hamiləliyin ən erkən əlamətlərindən sayılır.
Aybaşı gecikməsində hamiləlik nə zaman bəlli olur?
Menstruasiya gecikməsi qadını test etməyə vadar edən ən önəmli faktordur. Gecikmədən 7-10 gün sonra hamiləlik testi pozitiv göstərə bilər. Ancaq ən dəqiq nəticə gecikmədən 2 həftə sonra bəlli olur.
Süd vəzilərinin böyüməsinə əsasən hamiləlik nə zaman bəlli olur?
Mayalanmadan 1-2 həftə sonra süd vəziləri böyüyür və həssaslaşır. Qadın döşlərinin ölçüsünün dəyişməsinə, toxunduqda ağrılı olmasına diqqət yetirir.
Hamiləliyin baş tutması nə vaxt bəlli olur?
Mayalanmanın 2-ci həftəsi qəfil yorğunluq, daimi yuxululuq, halsızlıq, depressiya ilə müşahidə olunur. Bu əlamətlər hormonal dəyişikliklərlə əlaqədar baş verir.
Hamiləliyin erkən əlamətərindən biri – toksikoz
Ürəkbulanma/toksikoz – hamiləliyin 2-8-ci həftələrində ortaya çıxan simptomlardandır. Əksər qadınlarda bu əlamət ilk trimestrdən sonra bitir, bəzilərində isə doğuşa qədər davam edir.
Hamiləlik faktı nə zaman bilinir?
Bel və baş ağrıları erkən həftələrdə hiss olunur və bütün hamiləlik boyu müşahidə edilir. Həmçinin mayalanmadan 6-8 həftə sonra uşaqlıq böyüdükcə sidik ifrazı tezləşir.
Qadınlarda iştahın, yemək zövqünün dəyişməsi, başgicəllənmələr, qıcıqlanma kimi əlamətlər mayalanmadan 3-5 həftə sonra başlayır. İlk trimestrin sonunda bu dəyişikliklər tədricən azalaraq itir.
Ultrasəs müayinəsində hamiləlik nə zaman bəlli olur?
Hamiləliyin 5-6-cı həftəsində uşaqlıq daxilində yerləşən embrion və onun ürək döyüntüləri zəif formada izlənilir. 7-8-ci həftədə isə ürək vurğularını asanlıqla hesablamaq mümkündür.
Ümumiyyətlə, təkrar hamiləlik keçirən analar təcrübəsiz qadınlarla müqayisədə erkən əlamətləri daha tez duyur. Bu da onların təcrübəli olmasından irəli gəlir.