Hamiləlik kalkulyatoru

24 Sentyabr 2019 Kateqoriya: Hamiləlik hesablama Müəllif:
Oxuma vaxtı: 1 dəq Oxunma sayı: 261602
Hamiləlik kalkulyatoru şəkil
4.1/5 - (154 votes)

Hamiləlik kalkulyatoru vasitəsilə hamiləlik həftəsi və təxmini doğum tarixini hesablaya bilərsiniz. Bunun üçün aşağıdakı cədvələ sonuncu aybaşının başlanğıc tarixini daxil etmək kifayətdir. Həmçinin burada hər bir hamiləlik həftəsində hansı müayinələrin aparılması barədə ətraflı məlumat verilmişdir.

Öz şəxsi nəticənizi hesablayın:
Sizin nəticəniz:
Təxmini doğum tarixi: 19.10.2025
Doğuş bu tarixlərdə ola bilər: 03.10.2025 - 31.10.2025
Analıq məzuniyyətinin tarixi: 08.08.2025
Mayalanmanın baş verdiyi təxmini vaxt: 24.01.2025
Hamiləlik müddəti: 32 gün (5 həftə)
Hamiləliyinizin gedişi:
21.03.2025 - 11.04.2025
10-13 həftə
Bu periodda qadın məsləhətxanasında qeydiyyata yazılmaq, ginekoloq müayinəsində olmaq, ilk USM və digər tibbi müayinələrdən keçmək lazımdır.
  • İlkin müayinədə mama-ginekoloq təbii doğuşun uyğun olub-olmadığını təyin etmək üçün çanağı ölçür.
  • Bədən çəkisi yoxlanılır. Hamiləlik boyu sürətli çəki artımi böyrəklərin fəaliyətinin pozulmasından xəbər verir.
  • Hər müayinədə nəbz və arterial təzyiq ölçülür.
  • Uşaqlıq yolundan yaxma götürülüb analizə göndərilir.
  • Bundan başqa qan və sidiyin ümumi analizi, qanda şəkərin miqdarı, SPİD (HİV), sifilis, hepatit B və C testləri yoxlanılır.
  • Ehtiyac yarandıqda ilkin müayinədə ginekoloq Sizi digər mütəxəssislərə – stomatoloq, otolarinqoloq (LOR), okulist (göz həkimi) və terapevt qəbuluna yönləndirə bilər.
  • Ultrasəs müayinəsi və EKQ
  • XQ analizi
  • Daun sindromunun təyini üçün USM (xüsusilə NB və NT ölçülür). NB-dölün burun sümüyü, NT-boynun arxasındakı yaxalıq diametridir.
  • PAPP-A. A plazma zülalıdır. Daun və Edvards sindromları, dölün hipotrofiyası zamanı normadan aşağı olur.
18.04.2025 - 30.05.2025
14-20 həftə

Bu müddətdə Daun sindromu və sinir sistemi anomaliyalarını aşkarlamaq üçün üçlü test aparılır. USM və test nəticəsinə görə lazım gəldikdə amniosentez və kordosentez icra edilir.

02.05.2025 - 16.05.2025
16-18 həftə
AFP+XQ+E3
  • Qanda AFP(alfa fetoprotein) yoxlanılır. Bu müayinə döldə inkişaf qüsurlarını aşkarlamaq üçündür.
  • XQ (xorionik qonadotropin) hamiləlik boyu izlənilir.
  • Sərbəst estriol estrogen qrupundan cinsi hormondur. Dölün inkişaf qüsurlarının təyinində mühüm rol oynayır.
  • USM – Doppler ilə
16.05.2025
18-ci həftə

Ginekoloqun qəbulundan öncə qan və sidiyin ümumi analizi verilir. Ginekoloq müayinəsində çəki, arterial təzyiq, nəbz ölçülür. Dölün ürək döyüntülərinə qulaq asılır. Qarnın diametri ölçülür. Bu dövrdə təkrar doğan qadınlar dölün hərəkətini hiss edir.

08.08.2025
20-ci həftə
  • Həkim qəbulundan öncə qan və sidiyin ümumi analizi.
  • Daha sonra ginekoloqun qəbulu
  • Çəki, arterial təzyiqin ölçülməsi
  • Qarın ölçülərinin qeyd edilməsi, dölün ürək döyüntülərinin auskultasiyası (qulaq asılması).
  • Bu periodda ilk dəfə hamiləlik keçirən qadın dölün hərəkətlərini hiss edir.
13.06.2025
22-ci həftə
Təkrari USM

22-ci həftədə dölün göstəricilərinin dəyərləndirilməsi, orqanlarının inkişafının yoxlanılması, dölyanı mayenin miqdarının ölçülməsi məqsədilə təkrari Ultrasəs müayinəsi aparılır. Həmçinin qan və sidiyin ümumi analizi təyin edilir.

27.06.2025.
24-cü həftə
Plasentar qan dövranının doppler müayinəsi

30 həftəyə qədər ginekoloq baxışından əvvəl hər 2 həftədən bir qan və sidiyin ümumi analizi verilir. 24-cü həftədə plasentar çatışmazlıq təhlükəsini inkar etmək üçün doppler müayinəsi aparılır. Əgər cift qan dövranında hər hansı pozğunluq olarsa, ginekoloq bu vəziyyəti aradan qaldırmaq üçün xüsusi müalicə təyin edir.

11.07.2025
26-cı həftə
  • D-dimerin yoxlanılması. D-dimer zülal fraqmentidir. Sistem şəkilli patologiyaları, xroniki xəstəliklərin kəskinləşməsini aşkar etmək üçün vacib analiz sayılır.
  • Sidiyin ümumi analizində zülal izlənildikdə böyrək sınaqları yoxlanılır. Böyrək çatışmazlığı və ya preeklampsiyaya şübhə yarandıqda qadın hospitalizasiya edilir.
  • Qanın ümümi analizi
  • Qanda dəmirin miqdarının təyini
25.07.2025
28-ci həftə
İkinci trimestrin sonu
  • Dölün ölçüləri böyük olur. Ananın ayaqlarında ödem, çəki artımı, qarnın böyüməsi intensivləşir.
  • Qan və sidiyin ümumi analizi
  • Qanda şəkəri və kreatinin ölçülməsi
08.08.2025
30-cu həftə
Doğuşa qədər məzuniyyət
  • Okulist, terapevt, LOR, stomatoloq baxışı
  • Doğuşa qədər 70 günlük məzuniyyət
  • Bu həftədən etibarən hər 10 gündən bir ginekoloq qəbulu və sidik, qanın ümumi analizi, şəkərin ölçülməsi.
  • Pediatr konsultasiyası
05.09.2025 - 19.09.2025
34-36-cı həftə
Təkrari USM
  • Ultrasəs müayinəsində dölün vəziyyəti, onun ürək döyüntüləri, tənəffüs hərəkətləri, dölyanı maye və ananın uşaqlıq boynu dəyərləndirilir.
  • Anada kardiotokoqrafik EKQ – xroniki ürək xəstəliklərinin təyini üçün.
  • Qan və sidiyin ümumi analizi
  • Kreatinin və şəkər
  • Koaquloqramma
  • SPİD (HİV), sifilis, Hepatit B və C analizi
  • Uşaqlıq yolundan yaxmanın müayinəsi
03.10.2025
38-ci həftə

Ana orqanizmi və körpə doğuşa hazırdır. Qan və sidiyin ümumi analizi verilir. Bu dövrdə həkim anaya qeydiyyat vərəqəsini təqdim edir. Həmin kitabçada hamiləlik boyu göstəriciləriniz və digər həkimlərin rəyləri yazılı şəkildə əks olunur. Bu vərəqə doğuş evində lazım olur. Hər ehtimala qarşı onu çantanızda gəzdirmək tövsiyə edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.1/5 - (154 votes)