Aybaşı zamanı hamilə qalmaq olarmı?

05 Oktyabr 2019 Kateqoriya: Aybaşı Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 46008
Aybaşı zamanı hamilə qalmaq olarmı? şəkil
4/5 - (30 votes)

Qadınların əksəriyyəti elə düşünür ki, menstruasiyadan bir qədər əvvəl və ondan 2-3 gün sonra cinsi əlaqəyə girdikdə hamilə qalmaq təhlükəsi yaranmır. Amma bu tamamən yanlış fikirdir. Çünki tsiklin klassik sxem üzrə gedişi indiki zamanda çox nadir haldır. Məqaləni oxumaqla aybaşı zamanı hamilə qalmaq olarmı sualına ətraflı cavab alacaqsınız.

Əvvəllər elm hesab edirdi ki, menstrual tsikl 28 gün davam edir və yumurtahüceyrə tsiklin ortasında mayalanmaya tam hazır vəziyyətə gəlir. Yəni tsiklin 13, 14, 15-ci günləri istisna olmaqla, digər vaxtlarda intim yaxınlıqdan sonra hamilə qalmaq mümkün deyil. Ancaq müasir dövrdə statistika sübut etdi ki, tsikl fərdi xarakter daşıyaraq, orta hesabla 23-32 gün arasında dəyişir.

Aybaşı vaxtı hamilə qalmaq olarmı?

Qadınlarda menstruasiya gecikməsi, vaxtından əvvəl aybaşı olmaq, qeyri-müntəzəm tsikl kimi bir çox pozğunluqlar mövcuddur. Bu pozulmalar ildən-ilə artır. Digər sözlə yumurtahüceyrənin yetişməsi gec və ya tez baş verə bilər. Məsələn, yumurtahüceyrə klassik sxemin nəzərdə tutduğu kimi tsiklin 15-ci sutkası deyil, 21-29-cu günü (lütein fazada) və ya menstrasiyadan dərhal sonra 7-9-cu gün yetişə bilər.

Digər tərəfdən isə, qadınlarda bəzən təsadüfi oosit adlanan – aybaşı vaxtı qarın boşluğuna atılan, mayalanmaya hazır yumurtahüceyrə mövcud olur. O, 24 saat müddətində öz həyat qabiliyyətini qoruyub saxlayır. Spermatozoidlərin də 3-5 gün canlı olduğunu nəzərə alsaq, aybaşı zamanı hamilə qalmaq ehtimalı artır.

Aybaşı zamanı hamilə qalmaq olarmı? şəkil 2

Aybaşı zamanı cinsi əlaqə niyə arzuolunmazdır?

Yalnız hamiləlik faktoruna görə deyil, həm də aşağıdakı nüanslara əsasən aybaşı zamanı cinsi akt tövsiyə edilmir.

  • Gigiyeniya qaydaları pozulur
  • Menstruasiya qanının uşaqlıqdan uşaqlıq borularına sıçrayaraq, iltihab törətmə riski yaranır

Xülasə

Yuxarıda sadalanan bütün ehtimal və nüansları nəzərə alaraq, qadınlara aybaşı zamanı cinsi əlaqədən imtina etmək məsləhət görülür. Ən önəmlisi isə menstruasiya hesablama ilə tsiklinizin uzunluğunu dəqiqləşdirməyi, daha sonra instrumental diaqnostika (follikulometriya) və ya müalicə həkiminizlə şifahi yolla ovulyasiya günlərinizi aydınlaşdırmağı tövsiyə edirik.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4/5 - (30 votes)