Oğlanlarda aybaşı

14 Oktyabr 2019 Kateqoriya: Aybaşı Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 24804
Oğlanlarda aybaşı foto
2.6/5 - (65 votes)

Kişilər çox vaxt qadınların menstruasiyadan əvvəl isterik hərəkətləri və emosional davranışlarından şikayətlənirlər. Bəs belə bir hal qarşı cinsdə də müşahidə edilirmi? Oğlanlarda aybaşı olurmu?

Oğlanlarda kritik günlər

İnsanın ümumi əhval ruhiyyəsi, sağlamlıq vəziyyəti onun hormonal fonundan asılıdır. Xüsusilə cinsi hormonların təsiri danılmaz bir faktdır.

Oğlanlarda nə zamansa aybaşı olurmu?

Oğlanlarda kişi cinsi hormonu sayılan testosteronun sintezi gah yüksək, gah da aşağı olur. Bu dalğavari proses aylar, hətta illərlə davam edir. Və əlbəttə ki, testosteron səviyyəsinin enməsi və ya yüksəlməsi kişinin xasiyyəti, eləcə də davranışında öz əksini tapır.

Oğlanlarda aybaşı – testosteron və fiziki göstəricilər

Testosteron orqanizmdə bir çox mübadilə proseslərini tənzimləyir, piylərin parçalanması, spermatogenez (spermatozoidlərin əmələ gəlməsi), cinsi istək və eyakulyasiya qabiliyyətini (sperma ifrazı) təmin edir.

Oğlanlarda aybaşı foto 1

Oğlanlarda aybaşı – testosteron və mənəvi göstəricilər

Yaşından asılı olmayaraq bütün kişilərdə testosteron sakitlik, özünə inam, qərarlılıq, cəsarət kimi mənəvi və psixoloji parametrləri formalaşdırır. Belə bir kişi (oğlan) aqressiv və isterik hərəkətlər nümayiş etdirmir, qorxaq və kompleksli olmur.

Oğlanlarda aybaşı ömrün yarısına bərabərdir

Təəssüf ki, testosteron səviyyəsi 30 yaşdan sonra enməyə başlayır və ildə tədricən 2% azalır. Bəzi kişilərdə bu itki daha sürətlə gedir. Stress, zərərli vərdişlər, piylənmə testosteron səviyyəsinin azalmasını daha da sürətləndirir. Kişilərin xasiyyətində kəskin dəyişikliklər baş verir. Aqressivlik, emosional cəhətdən qeyri-stabillik, özünə qapanma, laqeydlik və tənbəllik meydana çıxır.

50 yaşdan sonra isə qadınlarda klimaks dövrünə analoji olan andropauza başlayır. Cinsi zəiflik yaranır, anidən cavanlaşma cəhdləri, yaşına uyğun olmayan hərəkət və düşüncələr, bəzi kişilərin özündən yaşca çox kiçik qadınlara meyl etməsi, geyim tərzində radikal dəyişiklik müşahidə olunur.

Çox az faiz kişilər 70 yaşında belə testosteron səviyyəsini qoruyub saxlayır. Onlarda həyat sevinci, fertillik (dölləndirmə qabiliyyəti) ahıl yaşda övlad sahibi olmağa imkan verir.

Oğlanlarda aybaşı foto 2

Yeniyetməlik dövründə oğlanlarda aybaşı

Məlum olduğu kimi qızlarda ilk aybaşı 12-15 yaşlarda müşahidə olunur. Hormonların təsiri altında davranış və hərəkətlərdə bəzi dəyişikliklər nəzərə çarpır. Yeniyetmə oğlanlarda isə bu dövrdə sözün hərfi mənasında aybaşı olmasa da, buna oxşar dəyişiklikləri görmək mümkündür.

Testosteron səviyyəsinin 10 dəfə artması yersiz aqressiya, dikbaşlılıq, cinsi istəyin daim yüksəlməsi, itaətsizlik, diqqət və konsentrasiya pozğunluğu, hiperaktivlik, qeyri-adekvat reaksiyalara səbəb olur. Həmçinin fiziki olaraq üzdə sızanaqlar, sifət, qasıq və qoltuqaltı nahiyədə tüklənmə, səsin dəyişməsi meydana çıxır. Məhz buna görə də yeniyetməlik oğlanlarda ən çətin dövr hesab olunur.

Beləliklə, qadınlar kimi kişilər də hormonal fondan asılı varlıqlardır. Onlarda da aybaşı və menopauza kimi qeyri-rasional hallar olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
2.6/5 - (65 votes)