Aybaşı zamanı nə etmək olmaz?

07 Oktyabr 2019 Kateqoriya: Aybaşı Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 11377
Aybaşı zamanı nə etmək olmaz? şəkil
4.4/5 - (20 votes)

Menstruasiya dövrü ilə əlaqəli bəzi qadağalar vardır. Yəni normal vaxtda gündəlik iş və bəzi fəaliyyətlərin aybaşı günlərində icazəli olmamasıdır. Aşağıda bu qadağaları sadalamaqla nə qədər doğru və əsaslı olduqlarını aydınlaşdıracağıq.

İdman

Bəzi qadınların fikrincə aybaşı vaxtı idman eləmək olmaz. Əslində isə olar. Sadəcə aybaşı qanaxması zamanı ağır atletika, kardio, fitnes kimi gərgin hərəki fəaliyyətlər ifrazatların miqdarını artırmaqla sağlamlığa ziyan gətirə bilər.

Aybaşı zamanı nə etmək olmaz – ağırlıq qaldırma

Burada neçə kiloqramlıq yükün qaldırılması böyük rol oynayır. Əslində nəinki menstruasiya günlərində, digər vaxtlarda da qadın 5-8 kiloqramdan artıq yük daşımamalıdır. Əks təqdirdə zamanla uşaqlıq yolunun sallanması, daha sonra isə uşaqlığın, bağırsaqların enməsi müşahidə olunur.

Aybaşı dövründə orqanizmin həssaslığının artması, çanaq bağlarının gərilməsi fonunda ağır fiziki işlər yuxarıda qeyd olunan patologiyalarla bərabər, qanaxmanın güclənməsinə gətirib çıxarır.

Aybaşı zamanı nə etmək olmaz? şəkil 1

Aybaşı zamanı nə etmək olmaz – vanna qəbulu

Menstruasiya zamanı vanna qəbulundan imtina etmək məsləhətdir. Çünki İsti suyun təsirindən damarlar genişlənir, qan dövranı sürətlənir, ifraz olunan qanın miqdarı artır. Həmçinin aybaşı vaxtı uşaqlığın daxili dəliyi açıq olduğundan bakteriya və digər mikroorqanizmlərin orqanizmə keçməsi asanlaşır. Bu da iltihabla nəticələnir.

Aybaşı zamanı nə etmək olmaz – cinsi əlaqə

Əslində menstruasiya vaxtı cinsi əlaqə tibbi nöqteyi-nəzərdən qadağa sayılmır. Belə hallarda mütləq prezervativdən istifadə olunmalıdır. Digər tərəfdən yaxşı olar ki, menstruasiya vaxtı intim yaxınlıqdan çəkinəsiniz. Bu həm fiziki, həm də psixoloji diskomfortdur. Gigiyenik cəhətdən də arzuolunmazdır.

Aybaşı zamanı nə etmək olmaz? şəkil 2

Aybaşı zamanı nə etmək olmaz – qidalanma

Menstruasiya yaxınlaşdıqca və aybaşının 1 və 2-ci günlərində qadınlarda şirniyyat, qızardılmış qidalar, turşu, duzlu, hisə verilmiş məhsullara qarşı iştah yüksəlir. Bu ərzaqların bir çoxu orqanizmdə suyun ləngiməsini və piylənməni artırır. Nəticədə qadın sürətlə çəki alır. Qarın səviyyəsində piylənməyə şərait yaranır.

Sonda nəzərinizə çatdıraq ki, menstruasiya günlərində nə etmək olmaz sualının cavabı bir qədər fərdi xarakter daşıyır. Biz məqalədə ümumi məqamlara aydınlıq gətirdik. Ancaq hər orqanizmin özünə xas xüsusiyyətləri vardır. Bu baxımdan qadın instinktiv olaraq nəyin onun vəziyyətini, rifahını, səhhətini pisləşdirə biləcəyini qabaqcadan hiss edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.4/5 - (20 votes)