Hamiləlik necə bilinir?
Hamiləlik əksər qadınların həyatında sevincli bir dövrdür. Mayalanma baş verdikdən sonra hamiləlik necə bilinir? Qadın övlad sahibi olmaq istədikdə hamiləlikdən xəbər verən işarələr axtarır.
Qədim dövrlərdə hamiləliyi necə aşkar edirdilər?
1000 il əvvəl qədim insanlar bəzi əlamətlərdən hamiləliyi anlamağı bacarırdı. Qədim misirlilər qadının xüsusi vəziyyətini müəyyənləşdirmək üçün ona sınaq içkisi düzəldib verirdilər. Bu içki spesifik otlardan və oğlan uşağına süd vermiş ananın südündən ibarət idi. Əgər qadın onu içdikdən sonra ürəyi bulanırdısa, hamiləlik təsdiq edilirdi.
Müasir dövrdə hamiləlik necə bilinir?
Qadının hamilə olmasını təsdiq və ya inkar etmək üçün hamiləlik analizi ən dəqiq üsuldur. Bu analizin cavabı qanda XQ (xorionik qonadotropin) hormonunun səviyyəsinə görə müəyyənləşdirilir. Digər metod ultrasəs müayinəsidir.
Hamiləlik nə vaxt bilinir?
Xorionik qonadotropin hormonunun səviyyəsi mayalanmadan 10 həftə sonra qanda aktiv şəkildə yüksəlir. 5-6-cı hamiləlik həftəsində isə ultrasəs müayinəsində döl kisəsi aşkar olunur.
Erkən vaxtlarda hamiləlik necə bilinir?
Qadın alt paltarında qəhvəyiyə çalan axıntı görə bilər. Bu nə ilə bağlıdır? Mayalanmış yumurtahüceyrə uşaqlıq divarına yapışmağa başladıqda kiçik kapilyarlar zədələnərək, az miqdarda qanaxma törədir. Qanlı ifrazat hamiləliyin ilk nişanəsidir. Həmçinin daimi yorğunluq və yuxululuq erkən əlamətlərdən sayılır.
Hamiləlik nə zaman bilinir?
Mayalanmadan 14 gün sonra süd vəzilərində həssaslıq yaranır, döş gilələri tündləşir. Kiçik bir toxunuşda belə döşlərdə ağrı və şişkinlik qadının hamilə qalmasından xəbər verə bilər. Həmçinin mayalanmadan 2 həftə sonra hormonal fonun dəyişməsi, uşaqlığın böyuyərək sidik kisəsini bir qədər sıxması nəticəsində sidik ifrazı tezləşir.
Hamiləlik necə bilinir – ən önəmli əlamət
Bel və oma səviyyəsində ağrılar, qarında köp və şişkinlik ilk əlamətlərdəndir. Bundan əlavə mayalanmadan 3-8 həftə sonra qoxulara həssaslıq və ürəkbulanma meydana çıxır. Ən önəmli əlamət isə aybaşı gecikməsidir. Tsikl daimi və müntəzəmdirsə, 10 gündən artıq gecikmə hamiləliyə şübhə doğurur.
Sonda qeyd edək ki, əgər yuxarıda sadalanan nişanələrdən bir neçəsi ilə qarşılaşmısınızsa, aptekdən test almağınız və ya ən yaxşısı XQ analizi verməyiniz məsləhətdir.