Hamiləlik əlamətləri nə vaxt başlayır?

17 Oktyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 175
Hamiləlik əlamətləri nə vaxt başlayır foto

Hamiləliyə şübhə yarandıqda qadınları maraqlandıran ən önəmli sual budur: ilkin hamiləlik əlamətləri nə vaxt başlayır? Belə bir vəziyyətdə aybaşı gecikməsini və ya qarnın böyüməyə başlamasını gözləmək çox üzücüdür. Bəs qadın hamilə qaldığını necə anlaya bilər?

Əslində hamiləliyin əlamətləri hər bir qadında fərqli şəkildə təzahür edir. Çünki hormonal fonun dəyişməsi müxtəlif reaksiyalara səbəb olur. Bəzi əlamətlər daha tez, hətta aybaşı gecikməsinə qədərki dövrdə özünü büruzə verir.

Hamiləlik testi nə zaman düzgün nəticə göstərir?

Mayalanmadan etibarən hamiləlik hormonu sintez olunmağa başlayır. Hamiləliyin 14-cü günündə onun səviyyəsi xeyli yüksəlir və hamiləlik testi pozitiv göstərir.

Hamiləlik əlamətləri nə vaxt başlayır – implantasion qanaxma

İmplantasion və ya embrional qanaxma erkən simptomlardan biridir. Ovulyasiya zamanı partlamış follikuldan xaric olan yumurtahüceyrə yumurtalıqdan uşaqlıq borusuna düşür. Orda spermatozoidlə birləşərək, uşaqlığa doğru hərəkət edir. Bu proses 2 həftə çəkir.

Mayalanmış yumurtahüceyrə uşaqlığa yapışdıqda endometriumu zədələyir. O isə qanla birlikdə orqanizmdən xaricə atılır. Buna implantasion qanaxma deyilir. Bu əlamət mayalanmadan 6-12 gün sonra müşahidə olunur. Qeyd edək ki, qadınların sadəcə 30%-də belə qanaxma nəzərə çarpır.

Hamiləlik əlamətləri nə vaxt başlayır foto 1

Hamiləlik əlamətləri nə vaxt başlayır – süd vəzilərində dəyişikliklər

İmplantasion qanaxmadan savayı ilkin əlamətlər sırasında həm də süd vəzilərinin böyüməsi, həssaslaşması qeydə alınır. 2-ci hamiləlik həftəsində süd vəziləri bərkiyir, böyüyür, ağrılı olur.

Hamiləlik əlamətləri nə vaxt başlayır – erkən toksikoz    

Toksikoz – adətən səhər saatlarında ürəkbulanma və qusma ilə müşahidə olunan haldır. Hamiləlik xəstəlik və ya patologiya sayılmasa da, unutmayın ki, başlanğıcda körpə qadın orqanizmi tərəfindən yad cisim kimi qarşılanır.

Orqanizmin buna reaksiyası özünü müdafiə hesab olunur. Hamiləliyin normal gedişatında toksikoz dad zövqünün dəyişməsi, qoxu hissiyatının artması ilə təzahür edir.

Hamiləlik əlamətləri nə vaxt başlayır – emosional dəyişiklik

Hormonal sıçrayışın yaratdığı hamiləlik əlamətlərinə yuxululuq, əzginlik, səbəbsiz ağlağanlıq, istək və arzuların həmçinin əhval-ruhiyyənin ani dəyişikliyi aiddir. Bəzi qadınlarda belə vəziyyət doğuşa qədər davam edir.

Hamiləlik əlamətləri nə vaxt başlayır foto 3

Hamiləlik əlamətləri nə zaman başlayır – uşaqlıq yolunun dəyişməsi

Mayalanmadan sonra qadın orqanizmi doğuşa hazırlaşır. İlk həftələrdə uşaqlıq yolunun rəngi açıq-çəhrayıdan göyümtül çalara keçir. Orqanın divarları elastikliyini itirərək yumşalır. Bu isə onun divarlarına qan axını ilə əlaqəlidir.

Hamiləlik əlamətləri nə vaxt başlayır – sidik ifrazının tezləşməsi

Tezləşmiş sidik ifrazı iltihabi proseslər və ya sidikqovucu qəbulu ilə bağlı deyilsə, bunu hamiləliyin ilkin əlaməti hesab etmək olar. Progesteron homonunun səviyyəsinin dəyişməsi uşaqlığın böyüməsinə və sidik kisəsinin sıxılmasına səbəb olur.

Qarnın aşağısında spazmlar

Embrion uşaqlıq divarına yapışdıqdan sonra bu orqan genişlənməyə başlayır. Uşaqlığın böyüməsi onu saxlayan bağ və əzələlərinin dartılması deməkdir. Bu zaman qarnın aşağı hissəsində spazm şəklində ağrılar müşahidə oluna bilər.

Əgər aybaşı gecikməsi fonunda sadalanan əlamətlərlə qarşılaşmısınıza və hamiləlik testi də pozitiv göstərirsə, ginekoloqla əlaqə saxlamağınız məsləhətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.