İkincili sonsuzluq

21 Sentyabr 2019 Kateqoriya: Sonsuzluq Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 1880
İkincili sonsuzluq şəkil
Rate this post

İkincili sonsuzluq əvvəllər hamiləlik keçirmiş qadının kontraseptivlərdən istifadə etmədən müntəzəm cinsi həyat yaşadığı halda yenidən ana ola bilməməsidir. Buna abort, düşük, uşaqlıqdankənar hamiləlik və s. kimi faktorlar səbəb olur.                      

İkincili sonsuzluq və sosial-ekonomik vəziyyət

Çox vaxt qadınlar şəxsi və ya sosial-ekonomik səbəblərdən (məsələn, təkrari nigah, karyera, maddi çətinliklər, imiqrasiya, təhsil və s.) ikinci uşağın doğulmasını gecikdirirlər. Uğurla başa çatan birinci hamiləlikdən sonra heç bir problem olmadan təkrarən hamilə qalacaqlarını düşünürlər. Ancaq bəzən bütün cəhdlərə baxmayaraq hamiləlik baş tutmur. 

Onu da qeyd edək ki, ikincili sonsuzluq həm qadınlarda, həm də kişilərdə rast gəlinir. Ortaq, yəni hər 2 cinsə xas səbəblər aşağıdakılardır: 

  • qeyri-sağlam həyat tərzi; 
  • düzgün olmayan qidalanma;
  • spirtli içkilərdən və siqaretdən istifadə; 
  • xroniki stress;
  • yaş faktoru;
  • piylənmə və s. 

İkincili sonsuzluq şəkil 1

Qadınlarda ikincili sonsuzluq 

Hamilə qalmaq üçün ən optimal dövr 17-30 yaş arasıdır. 30 yaşdan sonra orqanizmdə bir çox hormonal dəyişikliklər baş verir ki, bu da bəzi hallarda sonsuzluq üçün şərait yaradır. Lakin belə pozğunluqlar ikincili sonsuzluğun əsas səbəbi hesab olunmur.   

İkincili sonsuzluq: yaranma səbəbləri

– ginekoloji cərrahi müdaxilələrin ağırlaşmaları; 

– uşaqlığın daxili qatının (endometrium) zədələnməsi ilə nəticələnən qeyri-peşəkar səviyyədə aparılan abort; 

– endometriumun həssaslığının itməsi və çapıqlaşma (uşaqlığın qaşınmasından sonra);

– hormonal fonun pozulması (endokrin və autoimmun xəstəliklər – qalxanabənzər vəzin hiper və hipofunksiyası, böyrəküstü vəz və yumurtalıqların disfunksiyası, autoimmun tireoidit zamanı);  

– qadın cinsiyyət orqanı xəstəlikləri (cinsi yolla keçən infeksiyalar, iltihabi xəstəliklər – endometrioz, uşaqlığın miomafibroması, yumurtalıqların polikistozu, xlamidioz, ureaplazmoz); 

– cütlüklərin (cinsi partnyorlar) bioloji uyğunsuzluğu; 

– erkən klimaks. 

İkincili sonsuzluq şəkil 3

Kişilərdə ikincili sonsuzluq 

Kişilərdə ikincili sonsuzluq əvvəllər hamiləlik keçirən qadınla qorunma vasitələrindən istifadə etmədən cinsi həyat yaşayarkən 6 aydan çox müddətdə onu mayalandırmağın mümkün olmamasıdır. 

Kişilərdə ikincili sonsuzluq nədən yaranır? 

  • Sidik-cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatit, uretrit, epididimit). Prostatit – prostat vəzinin, uretrit -sidik yollarının, epididimit isə xaya artımının iltihabıdır. 
  • Varikosele (toxum ciyəsi venalarının varikoz genişlənməsi); 
  • Xayalar üzərində icra olunan cərrahi müdaxilədən və ya travmalardan sonra ağırlaşmalar. 

İkincili sonsuzluq şəkikl 5

Bütün bu hallar dəqiq diaqnostika və kompleks müalicə tələb edir. İkincili sonsuzluğun etiologiyası aşkarlandıqda, düzgün müalicə aparıldıqda 90% qadınlarda hamiləlik qeydə alınır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post