Aybaşı olmaq üçün bitkilər
Aybaşı pozğunluğu üçün dərman preparatları mütləq ginekoloq tərəfindən təyin olunmalıdır. Xalq təbabətində aybaşı olmaq üçün bitkilər əsasında müxtəlif reseptlərdən istifadə edilir. Lakin qeyd edək ki, xalq təbabəti metodlarının effektivliyi hər kəsdə eyni şəkildə təzahür etmir. Bitki reseptlərinin də əks göstəriləri və əlavə təsirləri çoxdur.
Aybaşı olmaq üçün bitkilərin növləri – resept №1
Aptekdən çobanyastığı, pişikotu kökü və nanə alın. 4 xörək qaşığı çobanyastığı (romaşka), 4 xör.qaş. nanə, 3 xör.qaş. pişikotunu 1 stəkan qaynar su ilə qarışıdırıb dəmləyin. İsti şəkildə gündə ½ stəkan olmaqla, səhər və axşam saatlarında için.
Aybaşı olmaq üçün bitkilər – resept №2
Hərəsindən 2 xörək qaşığı olmaqla, adi qaraqınıq, itburnu meyvələri, andız, gicitkan yarpaqları, adi boymadərən, quş qırxbuğumu, rodiola köklərini 1 litr qaynar su ilə qarışdırın. 12 saat saxlayın. ½ stəkan həcmində hər gün için. Səhər təzəsini hazırlayın.
Menstruasiya olmaq üçün faydalı bitkilər – resept №3
Andız kökləri aybaşı gecikmələrində effektiv sayılır. Lakin 50 qram andız kökündən çox qəbul etmək olmaz. Əks halda uşaqlıq qanaxmaları baş verə bilər.
Aybaşı olmaq üçün bitkilər – resept №4
2-3 gün ərzində çox miqdarda şüyüd və kərəviz yemək aybaşı ilə nəticələnə bilər. Həmçinin gündə 2 dəfə ½ stəkan olmaqla, 3-4 gün ərzində kərəviz dəmləməsi qəbul edilə bilər.
Aybaşı olmaq üçün bitkilərdən hazırlanılan resept №5
1/2 xörək qaşığı kərəviz toxumlarını əzib, üzərinə otaq temperaturunda 2 stəkan su qatın. 8 saat saxlayın. Çay hazır olduqdan sonra toxumlarla birlikdə gündə 3 dəfə yarım stəkan həcmində qəbul edin.
Xülasə
Menstruasiya gecikməsi ilə qarşılaşdıqda yuxarıda sadalanan reseptlərə başlamazdan əvvəl hamiləlik testi etməyiniz məsləhətdir. Çünki hamilə olduğunuz halda bu reseptlərin qəbulu vəziyyətinizi pisləşdirəcəkdir. Hamiləlik olmadıqda isə bəzi bitkilərə qarşı allergiyanız varsa, həmin reseptləri qətiyyən istifadə etməyin.