Hamiləlik təqvimi

9 aylıq hamiləlik ərzində gələcək anaların tez-tez verdiyi suallara bunlar aiddir: indi hansı həftədəyəm? Hamiləlik təqvimi necə qura bilərəm? Hamiləlik cədvəli nədir? Hər həftədə uşaqda hansı dəyişikliklər baş verir və s. Bu məqalədə hamiləlik təqvimi və kalkulyator təqdim edilmişdir. Kalkulyator vasitəsilə hansı həftədə olduğunuzu hesablayıb, təqvimi istifadə edə bilərsiniz.
Aybaşı20.12.2025 |
Aybaşının ilk günü |
Mayalanma03.01.2026 |
|
Hamiləliyin 1-ci həftəsi27.12.2025 |
Mamalıq təqviminə görə bu hamiləliyin 1-ci həftəsi sayılsa da, əslində hələ hamiləlik baş vermir. Orqanizm sadəcə bu prosesə hazırlaşır. |
Hamiləliyin 2-ci həftəsi03.01.2026 |
Qadın adətən tsiklin ortasında, yəni 14-cü gün hamilə qalır. |
Hamiləliyin 3-cü həftəsi10.01.2026 |
Mayalanmadan bir neçə gün sonra döl yumurtası uşaqlıq divarına yapışır. Artıq Siz rəsmən hamilə sayılırsınız. Körpənin baş beyninin və sinir sisteminin əsası qoyulur. Kiçik ürəyi döyünür. |
4-cü həftə17.01.2026 |
|
5-ci həftə24.01.2026 |
|
6-cı həftə31.01.2026 |
|
7-ci həftə07.02.2026 |
|
8-ci həftə14.02.2026 |
|
9-cu həftə21.02.2026 |
|
10-cu həftə28.02.2026 |
Uşaqlığın ölçüləri 2 dəfə böyüyüb. Hormonların yüksək səviyyəsi əhval-ruhiyyəyə təsir göstərir. Qıcıqlanma, emosionallıq müşahidə olunur. Çəki artır, qalxanvari vəz bir qədər böyüyür, damaqlar həssaslaşır. Döl alnını qırışdırır, bir qədər tərpənir. |
11-ci həftə07.03.2026 |
|
12-ci həftə14.03.2026 |
|
13-cü həftə21.03.2026 |
Hal-hazırda qanınızda kifayət miqdarda hamiləlik hormonları mövcuddur. Tezliklə toksikoz itəcək. Narahatlıq hissi azalacaq. Bu dövrdə virus xəstəliklərinə qarşı ehtiyatlı davranın. Uşağın sağlamlığını qoruyan cift böyüməyə davam edir. Dölün çəkisi təxminən 28 qramdır. |
14-cü həftə28.03.2026 |
Artıq Siz özünüzü daha yaxşı hiss edirsiniz, enerjiniz get-gedə artır, uşaqlıq hər həftə böyüyür. Qarnınız yuxarı qalxmağa başlayır. Dölün mədəaltı vəzisi insulin sintez edir. Cinsi orqanları formalaşır. Ürəyi gündə 24 litr qanı dövran edir. |
15-ci həftə04.04.2026 |
|
16-cı həftə11.04.2026 |
|
17-ci həftə18.04.2026 |
Döl və cift sürətli şəkildə inkişaf edir. Siz artıq onun hərəkətini yavaş-yavaş hiss edirsiniz. |
18-ci həftə25.04.2026 |
|
19-cu həftə02.05.2026 |
Döldə baş beyin inkişafı aktivdir. O, sizin səsinizi eşitdiyindən körpənizlə danışmağa çalışın. |
20-ci həftə09.05.2026 |
Qarnınız artıq bilinir. Yatarkən dönməkdə bir qədər çətinlik çəkirsiniz. Siz artıq körpənizin yuxuda və ya ayıq olmasından xəbər tuta bilirsiniz. |
21-ci həftə16.05.2026 |
Körpənizin qanında kifayət qədər eritrosit mövcuddur. Həmçinin leykositlər əmələ gəlir. Dilində dad məməcikləri inkişaf edib. O, dölyanı mayeni içdikdə marçıldayır. Uşağın həzm sistemi formalaşıb. |
22-ci həftə23.05.2026 |
Körpə öz bədənini öyrənməyə çalışır, əli ilə ayaqlarını tutur. Sizdə isə bu dövrdə anemiya yarana bilər. Ona görə qidalanma rasionunuza diqqət yetirin. |
23-cü həftə30.05.2026 |
Körpənin dərialtı qatına sürətlə piy toplanır. Buna baxmayaraq, onun dərisi hələ də qırmızı və bir qədər büzüşmüş görünür. Bu periodda döl çox aktivdir və bu isə Sizi narahat edə bilər. |
24-cü həftə06.06.2026 |
Çəkiniz get-gedə artır, baş ağrıları, tez-tez sidiyə çıxma, ayaqlarınızda ağırlıq və yorğunluq hissi yaranır. Körpənin piy və tər vəziləri fəaliyyət göstərir. Üz cizgiləri tam formalaşıb, kirpikləri və saçları inkişafını davam etdirir. |
25-ci həftə13.06.2026 |
Uşaqlığınız futbol topu böyüklüyündə olub, diafraqmaya təzyiq edir. Körpə yumruğunu sıxır, barmaqlarını oynadır. |
26-cı həftə20.06.2026 |
Körpənin hərəkətini evdəkilər də hiss edir. O, hələki mavi olan və irəlidə rəngini dəyişəcək gözlərini açıb yumur. |
27-ci həftə27.06.2026 |
Bu həftədən etibarən vaxtından əvvəl doğuş olarsa, körpənin sağ qalma ehtimalı 85%-dir. |
28-ci həftə04.07.2026 |
Əgər körpə bu həftə doğulsa, hüquqi olaraq qeydiyyata düşür. Onun baş beyin qabığı və şırımları daha da inkişaf edir. Çəkisi 1 kiloqramdan azacıq çox olur. |
29-cu həftə11.07.2026 |
Körpəniz yavaş yavaş doğulmağa və bətnxarici həyata hazırlaşır. O, artıq bədən temperaturunu idarə etməyi bacarır. Dərialtında piy qatı toplanır. |
30-cu həftə18.07.2026 |
Otağın işıqlanması yüksək olduqda, körpə oradakı rəngləri seçir. Ailə üzvlərinin səsini tanıyır. Uşaqlıqda yeri dar olduğundan tərpənişləri azalıb. Sizdə isə bel ağrıları artıb. Məsləhətimiz budur ki, yataqdan durmazdan öncə yana fırlanın, sonra qalxın. |
31-ci həftə25.07.2026 |
|
32-ci həftə01.08.2026 |
Körpə ətrafda baş verənləri çox gözəl eşidir. O, Sizin ürək döyüntülərinizi duyur. Axşamlar uşağınıza mahnı oxuyun, nağıl danışın. O, artıq hər şeyi başa düşür. |
33-cü həftə08.08.2026 |
Döldə doğuşdan sonra ona rahat nəfəs almağa kömək edəcək xüsusi maddə – surfaktant əmələ gəlir. Bu dövrdə körpə artıq başı aşağı dayanaraq, doğulmağa hazırlaşır. |
34-cü həftə15.08.2026 |
Körpə yediyiniz qidaların dadına alışır. Onun dad hissiyatı kifayət qədər inkişaf edib. Sizin qarın nahiyənizdə arabir tutmaşəkilli sancılar başlayır. |
35-ci həftə22.08.2026 |
|
36-cı həftə29.08.2026 |
Körpənin üzü ovaldır. Toppuş yanaqları əmələ gəlib. Döl barmaqlarını sorur. Sizdə isə ara-sıra sancılar artır. |
37-ci həftə05.09.2026 |
Körpənin başı çanağa enir. O, tənəffüs hərəkətlərini edə bilir. Çəkisi 2 kq 400 qrama çatır. |
38-ci həftə12.09.2026 |
Axırıncı həftələrdə körpənin bağırsaqlarında qaramtıl-yaşıl rəngli nəcis yığılır. |
39-cu həftə19.09.2026 |
Uşaqlıq boynu qısalır və genişlənir. Sidik kisəsinə təzyiq artır. Körpə hər gün 28-30 qram artır. Doğuş vaxtının yaxınlaşması ilə əlaqədar Sizdə nevroz yarana bilər. |
40-cı həftə26.09.2026 |
Doğuş vaxtını gözləyərkən əsla həyəcanlanmayın. Tutmalar başladıqda düzgün tərzdə nəfəs alıb-verin. Doğuş çantanızı yoxlayın. |
41-ci həftə03.10.2026 |
Əgər körpə hələ də doğulmayıbsa bu artıq onun bətndə normadan çox qaldığının əlamətidir. |
42-ci həftə 10.10.2026 |
Hamilələrin yalnız 10%-i bu həftəyə qalır. Ola bilər ki, hamiləlik müddətiniz düzgün hesablanmayıb. Həkiminizlə danışın, doğuşu stimulyasiya etdirin. |
43-cü həftə17.10.2026 |
Vaxtından keçmiş hamiləlik |
44-cü həftə24.10.2026 |
|