Hamiləlik üçün çin təqvimi

Hamiləlik planlaşdırdıqda və ya artıq mayalanma baş verdikdə insanları maraqlandıran məqamlardan biri də uşağın cinsiyyətidir. Əgər ailədə bir uşaq varsa, maraq daha da artır. Bu səbəbdən valideynlər onlara məlum olan hamiləlikdə cinsiyyət hesablama üsullarından istifadə edərək, uşağın cinsini öncədən planlaşdırmağa çalışırlar.
Hamiləlik üçün çin təqvimi gələcək övladınızın cinsini təxmin etməkdə sınanmış metodlardandır.
Çin təqvimi barədə nəyi bilmək lazımdır?
Çinlilər uşağın cinsinin qadından asılı olduğunu hesab etdirdilər. Həmin fikrə əsaslanaraq, onlar bu sistemi icad etmişlər. Ananın yaşı və hamilə qaldığı ay dəqiq məlum olduqda, oğlan və ya qız uşağının doğulacağı haqda fikir yürütmək mümkündür.
Cədvəldə sol tərəfdə ananın yaşı, yuxarı hissədə isə mayalanmanın baş verdiyi ay qeyd edilmişdir.
- Ananın yaşını şaquli cərgədə tapın;
- Mayalanma ayına baxın;
- Onların kəsişməsinə xəyali xətt çəkərək, oradakı sözü oxuyun.
Bu təqvimi istifadə edən insanların bəziləri göstəricilərin üst-üstə düşmədiyini iddia edirlər. Bunun 2 səbəbi vardır:
- Ananın yaşına 9 ayı əlavə etməmisiniz. Çinli filosoflar iddia edirdilər ki, doğum tarixinə görə yaşı müəyyən etmək olmaz. Belə ki, uşaq ana bətnində də müəyyən qədər ömür yaşayır.
- Mayalanma periodunu düzgün təyin etməmisiniz. Mayalanma ayını çin təqvimi əsasında təyin edin. Çünki bu ölkədə yeni il fevral ayının əvvəlindən başlayır. Müəyyən məlumatlara əsasən hamiləlik üçün çin təqvimi uşağın cinsini 90% dəqiqliklə müəyyən edir.
Çin təqvimi necə aşkar olunub?
Çinlilərin 7000 il əvvəl istifadə etdiyi təqvim Pekində qazıntılar zamanı tapılmışdır. O, imperatorlardan birinin qəbirində (sarkofaqda) aşkar edilmişdir. Çin imperiyasının süqutundan sonra bu təqvim daha sıx istifadə olunmuşdur.
Hamiləlik üçün təqvimin əsli (originalı) Pekin universitetində saxlanılır. Təəssüflər olsun ki, bu metodun müəllifinin kim olduğu hələ də məlum deyil.
Hamiləlik üçün çin təqvimi hansı səbəblərdən tərtib olunmuşdur?
Qədim Çində kişilər öz varislərinin doğulmasına çox önəm verirdirlər. Çünki ölkəyə ilk növbədə döyüşçü yetişdirmək lazım idi. Həm də oğlan uşaqları artıq 8 yaşında işləməyə başlayıb, evə qazanc gətirirdi.
Qızlarla bağlı məsələ bir qədər qəliz idi. Valideynlər 17 yaşa qədər onların ehtiyaclarını təmin etməyə məcbur qalırdı. Bu yaşa qədər qızların heç bir hüququ yox idi. Hətta yanlarında kişi olmadan küçəyə belə çıxa bilməzdilər. Qızları kiçik yaşlardan ailə həyatına hazırlayırdılar.
Hazırda hamiləlik üçün çin təqvimi bütün dünyada məşhurdur. Ancaq onu ciddi qəbul etmək olmaz. Əslində heç bir təqvim uşağın cinsiyyətini 100% dəqiqliklə təyin edə bilmir.