Aybaşı olmaq üçün soğan suyu
45 yaşına qədər qadınlarda aybaşı tsikli orta hesabla 24-28 gün davam edir. 5 günə qədər kənaraçıxmalar patoloji sayılmır. Belə hallar iqlim və yaşayış yerinin dəyişməsi, stress vəziyyətlərlə əlaqəli ola bilər.
Əgər gecikmə 5 gündən çox çəkərsə, axıntının başlaması üçün xalq təbabətində bəzi üsullardan istifadə edilir. Onlar arasında soğan suyu, daha doğrusu soğan qabığının suyu daha geniş yayılmışdır.
Aybaşı olmaq üçün soğan suyu – faydaları
Bu tərəvəzin suyu qədim dövrlərdə kosmetik məqsədlə içilirdi. Daha sonralar isə insanlar onu aşağıdakı xəstəliklərin müalicəsində qəbul etməyə başladılar:
- allergiya;
- dermatit, göbələk xəstəlikləri;
- venaların varikoz genişlənməsi;
- bronxit, zökəm, plevrit;
- qida zəhərlənmələri.
Soğan suyunun tərkibi
Soğan qabığının suyu bir çox faydalı maddələrlə zəngindir:
- askorbin turşusu (C vitamini);
- A, B və E qrup vitaminlər;
- flavonoid – kversetin. Bu hissəcik təbii antioksidant sayılır. Yəni o orqanizmdə olan zərərli hissəcikləri – sərbəst radikalları neytrallaşdırır. Kvarsetin həm də immunostimuləedici və iltihabəleyhinə təsir göstərir;
- karotin – yaşlanma ilə mübarizədə effektiv vasitədir;
- dəmir, kalsium, kalium, natrium-xlorid;
- fitonsidlər – zərərli göbələk və bakteriyaların inkişafının qarşısını alan bitki mənşəli bioloji aktiv maddələrdir.
Aybaşı olmaq üçün soğan suyu aşağıdakı hallarda istifadə edilir:
- aybaşı gecikməsi;
- menstrual tsiklin qeyri-müntəzəmliyi;
- amenoreya – aybaşının olmaması.
Tsikli normallaşdırmaq üçün içilən soğan suyu menstrual axıntıların periodikliyini tənzim edir, aybaşı pozulmalarını aradan qaldırır.
Aybaşı olmaq üçün soğan suyu – təsirləri
Soğan suyu aybaşı pozulmalarından əziyyət çəkən qadınlarda uşaqlıq divarının intensiv yığılıb-açılmasını stimulə edir. Nəticədə 1 sutka ərzində menstrual axıntı müşahidə edilir.
Aybaşı olmaq üçün soğan suyunun düzgün hazırlanma qaydası
- 3-4 ədəd iri ölçülü baş soğanın qabıqlarını soyun;
- xırdalanmış qabıqlardan 3 xörək qaşığı götürüb, 1 litr suya əlavə edin;
- qarışığı qaynadın;
- 20 dəqiqə müddətində soyudun.
Hazır qarışıq tünd-qəhvəyi və ya qonur rəngdə olmalıdır. Soğanın suyu yeməkdən 20 dəqiqə əvvəl 100 qram olmaqla içilməli, sutkalıq doza 1 stəkanı aşmamalıdır. O, adətən istifadədən 1 gün sonra öz təsirini göstərir.
Aybaşı olmaq məqsədilə soğan suyunun istifadəsinə əks göstərişlər
- hamiləlik dövrü. Bu içkini qadın hamilə qalmadığına tam əmin olduqdan sonra qəbul etməyə başlamalıdır.
- həzm sistemi xəstəlikləri: qastrit, mədə xorası və s.
- qanın laxtalanma prosesinin pozulması
- tromblaşmaya meyllik
- soğana qarşı allergiya
Əgər Siz hər hansı dərman preparatı qəbul edirsinizsə, soğan suyu içməzdən əvvəl həkimlə məsləhətləşməyiniz tövsiyə olunur. Sonda onu da qeyd edək ki, bəzi qadınlarda bu içkinin yan təsiri – güclü aybaşı qanaxması baş verə bilər. Ona görə aybaşı olmaq üçün ginekoloqun müayinəsi mütləqdir.