Cinsi infeksiyalar hansılardır?

07 Oktyabr 2019 Kateqoriya: Cinsi infeksiyalar Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1320
Cinsi infeksiyalar hansılardır? şəkil
5/5 - (1 vote)

Cinsi infeksiyalar qrupuna yalnız zöhrəvi xəstəliklər deyil, həmçinin şərti-patogen mikroorqanizmlərin törətdiyi infeksiyalar da aiddir. Şərti-patogen öz mühitində patoloji xassəsi olmayan, ancaq kənar mühitə və ya toxumaya düşdükdə xəstəlik yaratmaq mənasını daşıyır.

Məsələn, bağırsaq çöpü normalda yoğun bağırsağın florasında mövcuddur. Lakin o, sidik-uşaqlıq yolu və ya bağırsaqdan kənar hər hansı orqan və yaxud toxumaya düşdükdə patoloji dəyişikliklərin yaranmasına səbəb olur.

Orta əsrlərdə yayılmış və ölümcül cinsi infeksiyalar hansılardır?

XIX əsrdə həkimlər cinsi yolla keçən infeksiyalar cərgəsində ancaq 2 xəstəlik tanıyırdılar: sifilis və qonoreya. Bu xəstəlikləri romantik olaraq antik yunan sevgi tanrısı Zöhrənin (Venera) şərəfinə zöhrəvi xəstəliklər adlandırırdılar. Günümüzdə isə bu xəstəliklər hədsiz dərəcədə geniş yayılmışdır.

Cinsi infeksiyalar hansılardır – onlar haqqında nələri bilməliyik?

  • Ümumiyyətlə, təhlükəsiz cinsi əlaqə yoxdur;
  • Nisbi olaraq risksiz əlaqə – daimi, güvənli partnyorla olan intim yaxınlıqdır.
  • Nisbi təhlükəsiz intim əlaqə – prezervativdən istifadə ilədir.
  • Təhlükəli intim yaxınlıq – təsadüfi partnyorla qorunmadan baş verən əlaqədir.

Cinsi infeksiyalar hansılardır? foto 1

Cinsi infeksiyalar hansılardır – onların növləri

  • Sifilis – klassik zöhrəvi xəstəlikdir. Törədicisi Solğun triponemadır (Triponema pallidum). Bu xəstəlik XV əsrdən məlumdur. Həmin dövrlərdə onun epidemiyası Avropada çoxsaylı ölümlərə səbəb olmuşdu.
  • Qonoreya (tripper) – törədici Neyseriya qonokokklarıdır. Son zamanlara qədər ən geniş yayılmış cinsi infeksiyalar sırasında idi.
  • Zöhrəvi limfoqranulomatoz – adətən ekzotik və Asiya ölkələrində rast gəlinir. Xəstəlik xlamidiyanın L-1, L-2, L-3 serotipləri tərəfindən törədilir. Serotip – eyni antigen strukturuna malik mikroorqanizmlərə deyilir.
  • Yumşaq şankr və ya şankroid – törədici Dukreyi-kreftinq-unna streptobasilləridir. Xəstəliyin yayılmasında Taylandda tüfeyli (əxlaqsız) həyat tərzi keçirən qadınlar böyük rol oynayır.
  • Donovanoz – tropik ölkələrdə geniş yayılmışdır. Donovan cisimcikləri tərəfindən törədilir. Xəstə insanla cinsi əlaqədən sonra infeksiyaya yoluxma ehtimalı 50%-ə çatır.
  • Xlamidioz – ən sıx rast gəlinən formadır. Törədicisi: hüceyrədaxili parazit Chlamydia trachomatis.

Keçid mövqe tutan cinsi infeksiyalar hansılardır?

  • Ureaplazmoz – son araşdırmalara görə xəstəliyin törədicisi şərti-patogen hesab edilir. Ancaq bu mikroorqanizm onlarla müqayisədə ölçü baxımından daha böyükdür. Ureaplazma cinsi əlaqədən başqa, xəstə insanın paltarlarından, hətta bəzən çirkli sudan da yoluxa bilər. Ancaq ən çox intim yaxınlıqdan sonra müşahidə olunduğundan xəstəlik cinsi infeksiyalar sırasında sadalanır.
  • Mikoplazmoz – bakteriya, göbələk və viruslar arasında keçid mövqe tutan mikroorqanizmlər tərəfindən törədilir. Bəzi alimlər onları şərti-patogen hesab edirlər.

Cinsi infeksiyalar hansılardır? foto 2

Cinsi yolla keçən infeksiyalar hansılardır?

  • Sitomeqalovirus infeksiyası – ilk dəfə 1956-cı ildə aşkar edilmişdir. Adətən xəstəlik simptomsuz keçir. Ancaq immuniteti zəif olan insanlarda temperaturun yüksəlməsi və baş ağrıları müşahidə edilir.
  • Trixomoniaz – vaginal trixomonada adlanan armudvari formalı və bığcıqlı ibtidai tərəfindən törədilir.
  • Kandidozqadınlarda göbələk xəstəliyi kimi tanınır. Kandidoz qadınlardan fərqli olaraq, kişilərdə simptomsuz keçir. Xəstəlik maya göbələyinə bənzər şərti-patogen göbələklər tərəfindən əmələ gəlir.
  • Qardnerelyoz – uşaqlıq yolunun normal florasının pozulması zamanı oradakı Qardnerella bakteriyaları sürətlə çoxalır. Tez-tez cinsi partnyorları dəyişən qadınlar bu xəstəliyə meylli olur.
  • Herpes (yunan dilindən tərcümədə “herpo” – sürünmək mənasındadır). Cinsi orqanların herpesi ətraf mühitdə mövcud olan herpes virusları tərəfindən törədilir. Yetkin yaşda olan insanların 20%-də bu infeksiya qeydə alınır.
  • Papilloma virus infeksiyası – itiuclu kandiloma şəklində təzahür edir. Hippokrat onu cinsi ziyil adlandırmışdı.
  • HİV-infeksiyası – immun sistemin cinsi və qanla yoluxan virus xəstəliyidir. İnfeksiya illərlə latent (gizli) qala bilər. İmmun sistemin tamamən zəifləməsi ilə nəticələnən son mərhələsi QİÇS adlanır.

Cinsi infeksiyalar ilə adətən intim əlaqə əsnasında insanı yoluxdurur. Əlaqənin hansı yolla olmasının (vaginal, oral və ya anal) heç bir önəmi yoxdur. İnfeksiyanın ötürülməsi üçün mikroorqanizmin selikli qişaya düşməsi kifayətdir.

İntim qorunma qaydalarına düzgün əməl edilməməsi və təsadüfi partnyorlarla əlaqə yoluxma riskini xeyli artırır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (1 vote)