Cinsi infeksiyaların müalicəsi

07 Oktyabr 2019 Kateqoriya: Cinsi infeksiyalar Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 2656
Cinsi infeksiyaların müalicəsi şəkil
5/5 - (2 votes)

Cinsi yolla keçən infeksiyaların müalicəsində müxtəlif növ preparatlardan istifadə olunur. Dünya səhiyyə təşkilatında cinsi infeksiyaların müalicəsi üçün nəzərdə tutulmuş dərmanlara aşağıdakı tələblər qoyulur:

  • Effektivliyin 95%-dən az olmaması;
  • Toksiklik və orqanizmdə toplanma faizinin aşağı olması;
  • Birdəfəlik istifadə imkanı;
  • Peroral (ağızdan) qəbul edilməsi;
  • Münasib qiymət;
  • Hamiləlikdə əks-göstərişin olmaması.

Müalicə sxeminin əsas bəndi preparatın effektivliyidir.

İnfeksiyaların müalicə prinsipi nədən ibarətdir?

Cinsi infeksiyaların müalicəsi 2 sxem üzrə həyata keçirilir: əsas və alternativ (əlavə) preparatlar.

Cinsi infeksiyaların müalicəsi – dərman qrupları

Müalicə məqsədilə əsasən antibiotiklər, virus, göbələk və ibtidailər əleyhinə dərmanlar təyin olunur.

Antibiotiklərdən penisillin, makrolid, sefalosparin, linkozamid, aminoqlikozid qrupları daha geniş istifadə olunur.

Cinsi infeksiyaların müalicəsi foto

Cinsi infeksiyaların – sifilisin müalicəsi

Sifilis xroniki və sistem şəklində infeksion xəstlikdir. Onun müalicəsində əsas preparat – penisillin qrupundan olan antibiotiklərdir.

Birincili sifilis

Seçim preparatları: benzatin benzilpenisillin, benzilpenisillin prokain, bisillin-3, bisillin-5.

Alternativ preparatlar: doksisiklin, seftriakson, ampisillin, eritromisin.

İkincili və erkən gizli sifilis   

Əsas seçim – benzatin benzilpenisillin, bisillin-1, benzilpenisillin, bisillin-3, bisillin-5

Alternativ seçim: doksisiklin, seftriakson.

Gecikmiş sifilis

Əsas seçim: benzatin benzilpenisillin.

Cinsi infeksiyaların müalicəsi şəkil 2

Cinsi infeksiyaların – qonoreyanın müalicəsi

Seçim dərmanları: seftriakson, siprofloksasin, ofloksasin

Alternativ seçim: spektinomisin, sefotaksim, sefuroksim aksetil, lomefloksasin, norfloksasin

Alternativ dərmanlar: azitromisin, doksisiklin

Qonoreyanın ağırlaşmaları, sidik-cinsiyyət yollarının yuxarı şöbələrinin qonokokk infeksiyası

Seçim antibiotiklər: seftriakson, sefotaksim, spektinomisin, siprofloksasin, sefiksim

Cinsi infeksiyaların – xlamidiozun müalicəsi

Qadınlarda cinsiyyət orqanı xəstəlikləri arasında ən çox yayılanı xlamidiozdur.

Müalicə üçün seçilən əsas preparatlar – azitromisin, doksisiklin

Alternativ dərmanlar: eritromisin, ofloksasin, roksitromisin, spiramisin

Cinsi infeksiyaların müalicəsi şəkil 4

Cinsi infeksiayaların müalicəsi – zöhrəvi limfoqranuloma

Əsas dərmanlar: doksisiklin

Alternativ dərmanlar: eritromisin

Yumşaq şankr

Seçim preparatları: eritromisin, seftriakson, siprofloksasin, azitromisin

Cinsi infeksiyaların müalicəsi – donovanoz

Qasıq qranuloması da adlanır.

Əsas dərmanlar: ko-trimaksazol, doksisiklin

Alternativ seçim: siprofloksasin, eritromisin, gentamisin

Urogenital trixomoniaz

Əsas preparatlar: metronidazol

Alternativ dərmanlar: tinidazol, ornidazol

HİV –insan immunoçatışmazlıq virusu

İnfeksion xəstəliklərin müalicəsi mövzüsunda alimlərin ortaq məxrəcə gəlmədiyi mövzulardan biri də budur. Təəssüf ki, farmakoloji texnologiyanın, gen mühəndisliyinin bu qədər irəlilədiyi dövrdə belə bir virusa qarşı preparat kəşf edilməyib. Daha doğrusu bəzi mənbələrdə preparatların artıq hazırlanma mərhələsində olması barədə məlumatlar vardır.

Xülasə

Nəzərinizə çatdıraq ki, bəzi cinsi infeksiyalar (məsələn, sifilis) müalicə olunsa da, onun antigeni təxminən 30 il ərzində orqanizmdə qalır. Hər nə qədər mükəmməl müalicə olunsanız belə, hər dəfə sifilisə qarşı laborator test (RW-Vasserman reaksiyası) qoyulduğunda qanda sifilis zəif pozitiv və ya pozitiv göstərəcəkdir. Buna görə də, ən yaxşısı özünü qorumaq, təsadüfi cinsi əlaqələrdən çəkinmək və mütləq qoruyucu vasitələrdən (prezervativ) istifadə etməkdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (2 votes)