Hamiləlik testi nə vaxt göstərir?
Hamiləlik hər bir qadının həyatında əlamətdar hadisədir. Belə hallar bəzən arzuolunmaz sayılsa da, ana olacağını təsdiqləmək çox vacibdir. Bunu öyrənməyin ən sadə üsulu hamiləlik testi almaqdır.
Məlumdur ki, testlərin düzgün göstərməsi üçün müəyyən qaydalara əməl etmək lazımdır. Hamiləlik testi nə vaxt göstərir? Yəni testləri hansı intervalda yoxlamaq lazımdır ki, dəqiq məlumat alınsın? Bu sualın cavabını ətraflı izah edək.
Hamiləlik testi nə vaxt edilməlidir?
Əksər hallarda qadınlar aybaşı gecikməsini gözləmədən çox erkən müddətdə test etməyə tələsirlər. Bu səhv addımdır. Bəzi testlərin istehsalçıları mayalanma baş verdikdən 6 gün sonra nəticənin göründüyünü iddia etsələr də, ən yaxşısı cinsi əlaqədən 2 həftə sonra yoxlamaqdır. O vaxta qədər qadın orqanizmində hormonal dəyişikliklər baş verir. Test bu dəyişikliyi üzə çıxarır.
Hamiləlik testləri hansı prinsipə tabedir?
Bütün testlərə sidikdə xorionik qonadotropin hormonuna həssas reaktiv maddə hopdurulmuşdur. Hormonla təmasa girdikdə bu indikatorun rəngi dəyişir. XQ xalq arasında hamiləlik hormonu da adlandırılır. Orqanizmdə bu hormonun səviyyəsi yüksək olduqda hamiləlik testi pozitiv göstərir.
Hamiləlik testdə nə vaxt bilinir?
Əslində mayalanma baş tutduqdan dərhal sonra test müsbət göstərə bilməz. Çünki mayalanma uşaqlıq borusunda gedir və yaranmış ziqota irəliləyərək, uşaqlığa çatmalı, daha sonra isə onun divarına yapışmalıdır.
Ziqota uşaqlıq borusunda olduğu müddətdə test zəif pozitiv və ya pozitiv göstərə bilər. Embrion uşaqlıq divarına yapışdıqdan sonra isə XQ-nin sintezi sürətlənir. Testin nəticəsi daha düzgün olur.
Hamiləlik testi nə vaxt göstərir – yalnış pozitiv cavab
Nadir hallarda hamilə qalmayan qadında test pozitiv göstərə bilər. Bunun bir neçə səbəbi var: məsələn, sidikdə qan və ya zülalın olması, trankvilizator, qıcolma əleyhinə preparat, yuxu dərmanlarının qəbulu yalnış pozitiv nəticə verə bilər.
Bəzən isə test səhvən neqativ göstərir. Belə vəziyyətlər testin istifadə tarixinin bitməsi, instruksiyaya əməl edilməməsi, sidiyin həddindən artıq duru olması, sidikqovucu və antihistamin preparatların istifadəsi ilə əlaqəli ola bilər.
Hamiləlik testi nə vaxt göstərir?
Testləri vaxtından çox tez yoxlamaq düzgün nəticə verməyəcəkdir. İnstruksiyada sutkanın hansı saatında həmin testin yoxlanılmasına baxın. Adətən testlər səhər yuxudan durduqdan sonra edilir.
Hamiləlikdə test nə vaxt düzgün göstərir?
Mayalanmadan təqribən 2-3 həftə sonra test vasitəsilə hamiləliyi təsdiqləmək və ya inkar etmək mümkündür. Ola bilər ki, qadın hamilə qalsın, lakin test zəif pozitiv göstərsin, qanda xorionik qonadotropin hormonunun səviyyəsi aşağı olsun. Donmuş və inkişafdan qalmış hamiləlik zamanı da test zəif pozitiv nəticə göstərir.
Test müsbət göstərsə və ya göstərməsə də, aybaşı gecikməsi 10 gündən çox olduqda, mütləq ginekoloqa getməyiniz məsləhətdir.