Hamiləlik testinin qiyməti

17 Oktyabr 2019 Kateqoriya: Hamiləlik testi Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 24246
Hamiləlik testinin qiyməti foto
3.7/5 - (7 votes)

Müasir hamiləlik testləri milyonlarla qadının həm vaxtına, həm də emosional enerjisinə qənaət edir. Belə ki, hamiləlik analizi üçün xəstəxanaya gedənə qədər heç olmasa 1-2 dəfə test yoxlayıb, şübhələrini təsdiq və ya inkar edə bilirlər.

Hamiləlik testinin iş prinsipi

Mexanizm əslində çox sadədir. Testin zolağına reagent hopdurulur. Bu maddə sidikdəki insan xorionik qonadotropini (XQ) ilə reaksiyaya girdikdə 2 xətt və ya rəng dəyişikliyi müşahidə olunur. Əgər xətt 1 dənədirsə, deməli hamilə deyilsiniz. Heç xətt yoxdursa, test keyfiyyətsiz və ya yararsızdır.

Hamiləlik testlərini gecikmənin 2-ci və növbəti günlərində apteklərdən əldə etmək mümkündür. Aşağıda ekspertlərin rəyinə əsasən ən yaxşı, keyfiyyətli və dəqiq göstərən testləri sıralamışıq.

Frautest express

Hamiləlik testinin qiyməti sərfəlidir. Təxminən 3.0 AZN təşkil edir. Aybaşı gecikməsinin 2-ci günü yoxlamaq olar. Düzgünlük faizi 99%-dir. İstifadə qaydası hər testdə olduğu kimidir. Sidiklə dolu qabın içinə salın və gözləyin. 3-5 dəqiqə ərzində göstərdiyi nəticə doğru sayılır.

Üstünlükləri

  • Qiyməti sərfəlidir;
  • Həssaslığı yüksəkdir və düzgün göstərir;
  • İstifadəsi asandır;
  • Hər yerdə tapmaq mümkündür.

Çatışmazlığı

Sadəcə ev şəraitində yoxlamaq mümkündür.

Hamiləlik testinin qiyməti şəkil 1

Evitest one

Həssaslığı Frautest-ə nisbətən azdır. Lakin düzgün göstərir. İstifadə qaydası Frautest ilə eynidir. Aybaşı gecikməsinin 2-ci günü yoxlamaq olar. İlk 10 dəqiqə ərzində göstərdiyi nəticə doğrudur. Hamiləlik testinin qiyməti təqribən 3.5 AZN-dir.

Üstün cəhətləri

  • Qiyməti sərfəlidir;
  • Asan tapılır;
  • Düzgün nəticə verir;
  • İstifadəsi rahatdır.

Çatışmayan cəhətləri

  • Təkcə ev şəraitində yoxlamaq olar;
  • Nəticənin düzgün göstərməsi üçün yalnız səhər sidiyi ilə yoxlamaq lazımdır.

Hamiləlik testinin qiyməti şəkil 5

Frau test double control

Müsbət xüsusiyyətləri

  • Həssaslığı çox yüksək olduğundan aybaşı gecikməsinə qədər, mayalanmanın 8-9-cu günü yoxlamaq olar;
  • Komplektdə 2 ədəd zolaq (çubuq) mövcuddur. Əgər ilkin istifadədən sonra şübhələriniz qalarsa, yenisini almadan 2-ci ilə yoxlaya bilərsiniz;
  • Nəticənin dəqiqliyi 97%-dir. 3-5 dəqiqə ərzində göstərir;
  • İstifadəsi çox rahatdır, qutusu kiçikdir. Cibdə və ya kiçik çantaya yerləş Əsasən səhər sidiyi ilə yoxlamaq tövsiyə olunur.

Hamiləlik testinin qiyməti təqribən 4.5 AZN-dir.

Evitest plus

Üstünlükləri

  • Çox keyfiyyətlidir, Almaniya istehsalıdır. Həssaslığı yüksəkdir;
  • Orqanizmdə xorionik qonadotropinin miqdarı 20mmv/ml –dən yüksək olduqda nəticəni göstərir. Bu səviyyə mayalanmanın 6-9-cu günü üçün xarakterikdir;
  • Qutuda 2 ədəd test olur;
  • Nəticəni 3 dəqiqədən sonra görmək mümkündür;
  • İstifadə qaydası asandır.

Hamiləlik testinin qiyməti təxmini olaraq 5-6 AZN-dir;

Hamiləlik testinin qiyməti foto 2

Evitest perfect

Üstün cəhətləri

  • 1 aylığa qədər hamiləlik müddətini təyin edir;
  • Sidiyi qab və ya konteynerə yığmağa ehtiyac yoxdur. Sidik ifrazı ərəfəsində altına tutaraq, nəticəni 2-5 dəqiqəyə görmək olar;
  • Bir çox analoqlarından daha dəqiqliyi ilə seçilir. Mayalanmadan 1-1.5 həftə sonra nəticəni bəlli edir. Test qanda XQ-nin səviyyəsi 20 mmv/ml-dən bir qədər yüksək olmasına həssasdır;
  • Əldə tutmaq asandır. Şəffaf pəncərəsi vardır, nəticəni ordan görmək mümkündür;
  • Almaniya istehsalıdır. Düzgünlük payı 97%-dir.

Hamiləlik testinin qiyməti 8-9 AZN civarındadır.

Clear blue easy

Müsbət tərəfləri

  • Düzgünlüyü 96%-dir;
  • İstifadəsi çox rahatdır;
  • Gecikmənin 2-3 cü günü hamiləlik olduqda dərhal təsdiqləyir.

Hamiləlik testinin qiyməti 3 AZN-dir.

Clear blue digital

Üstünlükləri 

Hamilə olduğunuzu öyrənməklə yanaşı mayalanmadan neçə həftə keçdiyini də göstərəcəkdir. Aybaşı gecikməsinin 5 –ci günündə nəticəni öyrənmək mümkündür.

2 variantda test etmək olar: ucluğunu sidik ifrazı zamanı şırnağın altına tutaraq və ya sidiyi bir qaba yığıb testi ora batıraraq.

3 dəqiqəyə nəticəni görmək mümkündür. Həssaslıq faizi 96%-dir. Hamiləlik testinin qiyməti 10-12 AZN arasında dəyişir.

Hamiləlik testinin qiyməti foto 7

Hamiləlik testinin qiyməti ilə keyfiyyəti arasındakı əlaqə

Ucuz və ya bahalı test almalı? Hansını seçməli? Məhsulun qiyməti onun tipindən və markasından asılıdır. Yeni rəqəmsal testlər hamiləlik həftəsini də göstərir. Ancaq mahiyyət etibarilə hamısı eyni prinsipə əsaslanır.

Yuxarıda sadaladığımız testlər ən keyfiyyətli məhsullar arasından seçilmişdir. Ancaq farmakoloji bazarda qiymət və marka baxımından digər məhsullar da mövcuddur. Hamiləlik testi alarkən fərqli markalardan bir neçə test seçməyiniz daha güvənli olacaqdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.7/5 - (7 votes)