Hamiləlik yastığı

Hamiləlik zamanı həkimlər qadına qarnı üstə yatmağı məsləhət görmürlər. Çünki belə vəziyyətlərdə döl zədələnə bilər. Xüsusilə II-III trimestrdə mədə yanması zamanı arxası üstə uzandıqda bu əlamət daha da kəskinləşir. Hamiləlik zamanı qadınların rahat yatması üçün müxtəlif forma, material və ölçüyə malik hamiləlik yastığı istehsal olunur.
Hamiləlik yastığı üçün tələblər
- Təhlükəsizlik. Hamiləlik yastığı ilə yatmaq qadın üçün faydalıdır. Yastıq istehsalında istifadə olunan materiallar narahatlıq törətməməlidir. Yastıq üzü yalnız təbii materiallardan (adətən pambıq) tikilməlidir.
- Rahat istifadə. Hamiləlik yastığı seçimində komfort əsas meyardır. Yastıq kifayət qədər yumşaq olmalı, lazımi formanı almalı, qadının çəkisini saxlaya bilməlidir.
- Universallıq. Bəzi yastıqlar formalarını dəyişir. Onları doğuşdan sonra da istifadə etmək mümkün olur.
- Ölçülər. Adətən yastıqlar standart ölçüdə (160-170sm) hazırlanır. Hündür qadınlar üçün 250-320 sm, alçaq boylu insanlar üçün isə 120-160 sm ölçüdə hamiləlik yastığı tapmaq mümkündür.
Hamiləlik yastığı – növləri
Analıq yastığı
Yuxu zamanı əzələ gərginliyini azaltmağa kömək edir. Yastıq 2 hərəkətli hissədən ibarətdir. Hər detalda olan dəstək aksessuarın formasını dəyişdirməyə imkan verir. Ondan istifadə etməklə yan tərəfdə (böyrü üstə) rahat yatmaq, istirahət saatlarında isə qarnın altına qoyub, münasib vəziyyət almaq mümkündür.
Dik formalı yastıq
Yan böyrü üstə yatmağı xoşlayan qadınlar üçün nəzərdə tutulmuşdur. Belə formalı yastıqlar qarnı dəstəkləyir, beldəki gərginliyi azaldır. Oturaq vəziyyətdə yastığı belin aşağı hissəsinə qoyaraq, onurğada yaranan gərginliyi aradan qaldırmaq, bədənin rahat vəziyyətini təmin etmək olur.
Hamiləlik yastığı – formaları
U-şəkilli. Uzun at nalına bənzəyir. Yastıq bel və qarın nahiyəsini bərabər şəkildə nizamlayır. Bu forma yataqda çox yer tutduğundan kiçik çarpayılar üçün əlverişsizdir.
«Kruasan» formalı. Demək olar ki, bütün bədəni əhatə edir. Orta ölçülü çarpayılara uyğun gəlir. Baş, bel və qarın nahiyəsinə rahatlıq verir. Bu formalı yastıqlardan südvermə zamanı da istifadə edilir.
G-şəkilli. Bədənin bütün büküşlərini əhatə edən böyük ölçülü, universal yastıqdır. Gündüz saatlarında istirahət üçün də uyğundur.
С-şəkilli. Orta və kiçik həcmli yataqlar üçün optimal variantdır. Onu səyahətə gedərkən də götürmək olar. Lakin bu yastıqla yan tərəfə dönmək bir qədər çətindir. Həm də o, yuxu zamanı öz-özünə fırlana bilər.
Г-şəkilli. U şəkilli yastığın qısaldılmış formasıdır. Kompaktdır, az yer tutur, dar yataqlar üçün uyğundur. Çatışmazlığı ondan ibarətdir ki, bədəni ancaq bir tərəfdən dəstəkləyir.
I-şəkilli. Bu yastıqları qarnın altına qoymaq olmur. Onlar onurğa və beldəki gərginliyi azaltmaq üçün əlverişlidir.
Bumeranq formalı. Kompakt ölçüyə malik olur. Bu formalı rahat yastıqlar səyahət üçün də götürülə bilər. Onlar bədəni bir tərəfdən dəstəkləyirlər.
Hamiləlik yastığı hansı materialdan hazırlanmalıdır?
Təbii materiallar hər zaman yaxşı seçim sayılmır. Belə ki, yun tez dağılır. Lələk və tük bəzi qadınlarda allergiya törədir. Bir çox istehsalçılar yastıqlara gənənin düşməyəcəyini iddia edirlər. Bu hal yalnız yastıq kimyəvi dərmanlamadan keçdikdə mümkün olur. Belə addım isə təbiiliyə şübhə doğurur.
Yastıq içi üçün daha təhlükəsiz material: sintepon, süni qu tükü, penopolistirol topalar, komforel hesab olunur.
Sintepon həm komfortludur, həm də yuyula bilir. Deformasiyadan sonra əvvəlki formasını bərpa edir. Ondan uzun müddət istifadə etmək mümkündür.
Süni qu tüklü hamiləlik yastığı hipoallergendir, kif və həşəratlarla dolmur. Təri və nəmi hopdurur, düyünlər əmələ gətirmir.
Düzgün seçilmiş yastıq hamilə və döl üçün əhəmiyyət kəsb edir. Məhz buna görə də yastıq alarkən maksimal dərəcədə əlverişli forma seçmək tövsiyə edilir.