Hamiləlikdə aybaşı ağrıları

07 Oktyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 14670
Hamiləlikdə aybaşı ağrıları şəkil
2.3/5 - (3 votes)

İlkin trimestrdə qadınlar qarnın aşağı hissəsində menstruasiya ağrılarına bənzər dartılan hissiyyat keçirir. Bu əlamət əksər hallarda fizioloji, bəzən də patoloji səbəblərdən meydana gəlir.

Hamiləlikdə aybaşı ağrıları – mümkün səbəblər

Hamilə qadınlarda aybaşı ağrıları kimi hissiyat aşağıdakı səbəblərdən müşahidə oluna bilər:

  • Mayalanmış yumurtahüceyrə uşaqlıq borusu ilə irəliləyərək, uşaqlığa keçir. Embrion uşaqlığın divarına yapışdıqda selikli qişadakı kiçik damarların zədələnməsi qarnın aşağı hissəsində sancı, qanaxma ilə nəticələnir.
  • Progesteronun aktiv şəkildə sintezi yüngül ağrı törədir.
  • Hamiləlikdə uşaqlıq bağlarının tədricən dartılması və genişlənməsi ilə əlaqədar periodik sancılar xarakterikdir.

Hamiləlikdə aybaşı ağrıları foto 1

Hamiləlikdə aybaşı ağrıları nədən yaranır?

Hamiləlikdə menstruasiya sancılarına bənzər əlamətlərə aşağıdakı patoloji hallarda rast gəlinir:

  • Dölün inkişafdan qalması və donması. Erkən trimestrdə inkişafdan qalmış dölün uşaqlıq tərəfindən qovulması şiddətli sancı və qanaxma ilə müşayiət olunur.
  • Uşaqlıqdan kənar hamiləlik. Döl yumurtasının uşaqlıq borusuna yapışması şiddətli tutmaşəkilli ağrılar, ürəkbulanma, qanaxma, qusma kimi əlamətlərlə təzahür edir. Belə hallarda təcili əməliyyatla dölün yapışdığı uşaqlıq borusu kəsilir. Cərrahi müdaxilə gecikdirildikdə boru partlayaraq, daxili qanaxma, peritonit, hətta ölümlə sonlana bilər.
  • Spontan abort təhlükəsi. Erkən həftələrdə döl yumurtasının, II-III trimestrdə isə ciftin soyulması qarnın aşağı hissəsində tədricən artan sancılarla özünü büruzə verir. Yüngül və ya orta dərəcəli qanaxma getdikcə güclənir.
  • Sarı cismin kistası. Hamiləlikdə sarı cisim progesteron ifrazına cavab verir. Bəzən onun tərkibində mayenin miqdarı çoxalır, kista formalaşır. Hamiləlikdə aybaşı ağrıları – dartılmalar müşahidə olunur.

Hamiləlikdə aybaşı ağrıları şəkil 2

Hamiləlikdə aybaşı ağrıları kimi hisslər yarandıqda hansı hallarda təcili yardım tələb olunur?

  • Sancı azalmadıqda, əksinə daha da kəskinləşdikdə;
  • Ağrı onurğanın bel şöbəsinə yayıldıqda;
  • Sancı qarnın ancaq bir hissəsində, sağ və ya sol qalça-qasıq nahiyəsində əmələ gəldikdə, qanaxma ilə müşayiət edildikdə.

Sonda onu da qeyd edək ki, tibb tarixində hamilə olmasına baxmayaraq, gerçək aybaşı keçirən qadınlara rast gəlinsə də, əslində normada hamiləlik boyu menstruasiya baş verməməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
2.3/5 - (3 votes)