Süni mayalanmadan sonra nə etməli?

29 Sentyabr 2019 Kateqoriya: Süni mayalanma Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 4357
Süni mayalanmadan sonra nə etməli? şəkil
3.9/5 - (14 votes)

Süni mayalanma proseduru bir neçə mərhələdən ibarətdir. Embrionların köçürülməsi ən son və qadın üçün ən həyəcanlı mərhələdir. Həkim hər bir pasiyentə süni mayalanmadan sonra nə etməli olduğunu ətraflı şəkildə izah etməlidir.

Embrion köçürülməsindən sonra nə etməli?

Embrionlar köçürüldükdən sonra 14 gün ərzində hamiləliyin baş verməsinə dair heç bir obyektiv göstərici olmur. Yalnız 2 həftədən sonra hamiləlik analizi, test, ultrasəs müayinəsi informativ ola bilər. Buna görə də ilk öncə səbirli olmaq lazımdır.

Süni mayalanmadan sonra nə etməli – qadağalar

  • Ciddi yataq rejiminə əməl etmək zəruri deyil. Hərəkət etməkdən qorxmayın. Əksinə hipodinamiya (az hərəkətlilik) nəticəsində kiçik çanaq orqanlarının qan təchizatı pozulduğundan süni mayalanmadan sonra müsbət nəticə əldə etmənizə mane ola bilər. Eyni zamanda həddindən artıq ağır fiziki məşqlər də arzuolunmazdır. Qadınlara yüngül fitnes hərəkətləri və ya gəzinti tövsiyə ediir. Qaçış isə qadağandır.
  • Paxlalı, acılı xörəklər, tünd qəhvə və ya çay, alkoqol qəbulundan imtina edin. Qəbizliyin olmamasına diqqət yetirin. Əgər meteorizm (köp) və qəbizliyiniz varsa, ginekoloqla əlaqə saxlayın.
  • Stress faktorlarından qaçın. Stressdən uzaqlaşmağın yollarından biri də həkimin dediyi tarixdən öncə hamiləlik testi etməməkdir. Test hamilə olsanız belə səhvən neqativ göstərərək, əhvalınızın korlanmasına, depressiyaya səbəb ola bilər. Nəticədə uşaqlığın tonusu artacaq, embrionun implantasiyası və inkişafı çətinləşəcəkdir.

Süni mayalanmadan sonra nə etməli? şəkil 1

  • İsti su prosedurlarından (sauna, vanna və s.) uzaq durun.
  • Əgər qarnın aşağı hissəsində ağrılar, cinsi yollardan qanlı axıntı, qarında şişkinlik, ürəkbulanma, qusma və səhhətinizdə digər problemlər meydana gələrsə, vaxt itirmədən müalicə həkiminizlə əlaqə saxlayın.
  • Tütün məhsullarından istifadə etməyin.
  • Qazlı içkilər içməyin.
  • İntim yaxınlıqdan çəkinin.
  • Süni mayalanmadan sonra 3 gün ərzində uzaq səyahətləri təxirə salın.
  • Ağırlıq qaldırmayın.
  • Həkimlə məsləhətləşmədən heç bir dərman preparatı, hətta ağrıkəsici belə qəbul etməyin.
  • Soyuq məkanda çox qalmayın.
  • İctimai nəqliyyatdan istifadə etməməyə çalışın. Xüsusilə qış aylarında qripə yoluxma baxımından bu daha təhlükəlidir.

Süni mayalanmadan sonra nə etməli – qidalanma qaydası

– sutkada ən az 2 litr maye qəbul edin;

– göyərti, meyvə və tərəvəzlərə üstünlük verin;

– qidalanma rasionunun balanslaşdırılmış və çeşidli olmasına çalışın.

Süni mayalanmadan sonra nə etməli olduğunuz barədə həkimdən soruşmaqla, eləcə də yuxarıdakı qadağa və tövsiyələrə əməl etməklə, hamiləliyinizin normal keçməsinə şərait yarada bilərsiniz.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.9/5 - (14 votes)