Süni mayalanma qiyməti

17 Oktyabr 2019 Kateqoriya: Süni mayalanma Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 3691
Süni mayalanma qiyməti foto
5/5 - (1 vote)

Valideynlik həsrətində olan bir çox cütlük süni mayalanma qiyməti yüksək olduqda ciddi problem yaşayır. Bəzi insanların süni mayalanma prosesi haqqında anlayışı məhduddur. Buna görə də əksər cütlüklər bu prosedurun həddindən artıq ucuz edilməsi haqqında yalan vədlərə inanıb, həm vaxtlarını, həm də pullarını boş-boşuna xərcləyirlər. Bəs süni mayalanma qiyməti əslində nə qədərdir? Bu məsələyə açıqlıq gətirək.

Süni mayalanmada qiymət fərqi təxminən nə qədərdir?

Paytaxtımızda bu proqramla işləyən bir neçə tibb müəssisəsi vardır. Onların 50%-i dövlət, digər yarısı isə özəl xəstəxanalardır. Qiymət baxımından aralarında təqribən 700-1000 azn fərq vardır. Çünki reproduktiv texnologiyanın müxtəlif protokolları, dəstəklləyici və əlavə üsulları mövcuddur. Hər klinika ümumi protokolla yanaşı, özünəməxsus texnika ilə bu prosesi həyata keçirir.

Süni mayalanma qiyməti foto 1

Süni mayalanma qiyməti – ödənişə nələr daxildir?

Əslində uşağı olmayan hər bir cütlük süni mayalanma etdirmək qərarına gəlmir. Və eləcə də bu proses hər hamilə qalmayan qadına göstəriş olmur. İlk öncə cütlük ginekoloqun konsultasiyasında olur. Daha sonra əgər ailə ilk dəfə müraciət edirsə, hər iki tərəf bir sıra müayinələrdən keçir. Sonsuzluğun səbəbi aydınlaşdırırılır.

Həkim sonsuzluq və onun müalicəsi üçün uyğun tədbirlər seçir. Bu mərhələyə qədərki addımlar özəl tibb müəssisələrində ödənişli əsaslarla yerinə yetirilir. Çünki onlar birbaşa proqrama daxil deyildir.

Süni mayalanma qiyməti təxminən nə qədər olur?

Cütlüyün yaş ortalaması 36-dan çoxdursa və bir neçə dəfə müalicə fonunda hamiləlik uğursuz olubsa, artıq süni mayalanma göstəriş sayılır. Cütlük süni yolla mayalanma məqsədilə həkimə müraciət etdikdə bundan sonrakı xidmətlər standart proqrama daxildir və qiymət əksər klinikalarda ümumi prays listə görə müəyyənləşdirilir. Belə ki,  standart protokola aşağıdakılar aiddir:

  • Laborator analizlər;
  • Follikulometriya (follikulların ölçülərinin izlənilməsi);
  • Yumurtalıqların stimulyasiyası;
  • Yumurtahüceyrələrin toplanması;
  • Laborator şəraitdə embrionların alınması;
  • Seçilmiş embrionların qadının uşaqlığına köçürülməsi;
  • 2 həftə sonra hamiləlik analizi və ginekoloji USM.

Bütün bu prosedurlar orta hesabla 3500-7000 AZN arasında dəyişir.

Süni mayalanma qiyməti foto 2

Süni mayalanma qiyməti nə vaxt qalxa bilər?

Bəzən süni mayalanma qiyməti standartlardan kənara çıxır. Adi proqrama daxil olmayan manipulyasiyalara aşağıdakılar aiddir:

  • Kişi spermasının prosedur üçün kifayət etmədiyi hallarda, əməliyyatla birbaşa toxum kisəciyindən hüceyrələr əldə olunduqda;
  • Anamnezdə genetik və irsi xəstəliklərə rast gəlindikdə, həmçinin cütlüyün yaş ortalaması 37-dən çox olduqda embrionları uşaqlığa köçürməzdən əvvəl preimplantasion diaqnostika lazım gəlir. Bu üsullun köməyilə ən sağlam və genetik cəhətdən keyfiyyətli embrionlar təyin edilir.
  • Cütlüyün doğulacaq uşağın cinsiyyəti barədə xüsusi istəyi olduqda. Məsələn, əgər ailə qız və ya oğlan övladı istəyirsə, bu halda da preimplantasion diaqnostikaya ehtiyac duyulur. Nəticədə prosedurun qiyməti dəfələrlə artır.
  • Normada süni mayalanma zamanı laborator şəraitdə xüsusi qidalı mühitə yerləşdirilmiş yumurtahüceyrələr və spermatozoidlər özbaşına mayalanır. Daha sonra alınmış embrionlar yetişdirilir. Lakin bəzən spermatozoidlərin hərəkəti çox zəif və xaotik olur. Belə vəziyyətlərdə intrasitoplazmotik inyeksiya ilə süni mayalanma həyata keçirilir: embrioloq xüsusi iynə başlıqlı kateterlə spermatozoidi yumurtahüceyrəyə birləşdirir. Bu da qiyməti artıran manipulyasiyalardan sayılır.

Sonda isə bir tövsiyəmiz olacaq. Ucuz süni mayalanma qiyməti vəd edən müəssisələrə deyil, prosedurun mərhələlərini keyfiyyətli şəkildə yerinə yetirən qurumlara müraciət edin. Boş-boşuna maddi vəsaitinizi və səhhətinizi təhlükəyə atmayın. Çünki önəmli olan kəmiyyət deyil, keyfiyyətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (1 vote)