Abortdan sonra aybaşı gecikməsi

24 Sentyabr 2019 Kateqoriya: Aybaşı gecikməsi Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 26252
Abortdan sonra aybaşı gecikməsi şəkil
4.1/5 - (11 votes)

Hamiləliyini süni və planlı şəkildə sonlandıran qadınların əksəriyyəti menstrual tsiklin pozulması ilə qarşılaşırlar. Abortdan sonra aybaşı gecikməsi tez-tez rast gəlinən şikayətlərdən sayılır.

Abortdan sonrakı ilk aybaşı

Abort növündən asılı olaraq menstruasiya gecikməsi fərqli intervalla özünü büruzə verir. Ümumiyyətlə, hamiləliyin pozulmasından sonra 10 gün ərzində qanlı axıntı ola bilər. Belə ifrazatlar menstruasiya ilə qarışdırılmamalıdır. Normada aybaşı tsikli 1 aydan sonra qaydasına düşür.

 

Abortdan sonra aybaşı gecikməsi barədə daha ətraflı

Süni yolla hamiləliyini dayandıran qadınları növbəti aybaşı axıntılarının nə zaman baş verəcəyi maraqlandırır. Bu isə abortun aparılma üsulundan asılıdır. Belə ki, abort nə qədər travmatik keçərsə, uşaqlığın daxili qatı – endometriumun bərpası bir o qədər uzun və çətin başa gələr. Abort tarixindən orta hesabla 30-35 gün keçdikdə menstruasiya müşahidə edilir.

Abortdan sonra aybaşı gecikməsi şəkil 11

Abortdan sonra menstruasiya neçə müddət davam edir?

Adətən hamiləliyin sonlandırılmasından sonra menstruasiya 3-5 gün olur.

Abortdan sonra 25-35 günlük aybaşı gecikməsi

Bunun əsas səbəbləri aşağıdakılardır:

  • Hormonal pozğunluq. Əsasən medikamentoz yolla abort edildikdə müşahidə olunur. Bu halda hormonal sistemin işini tənzimləyən preparatlar təyin edilir.
  • İltihabi proseslər. Abortun aparılma qaydalasının və tibbi alətlərin sterilliyinin pozulması reproduktiv sistemdə iltihabi proseslərin inkişafına gətirib çıxarır. Nəticədə abortdan sonra aybaşı gecikməsi müşahidə edilir. Belə vəziyyətdə ətraflı müayinə və müalicə tələb olunur.
  • Uşaqlığın daxili qatının həddindən artıq zədələnməsi. Bu zaman tsiklin bərpa edilməsi üçün 3-5 ay vaxt lazım gəlir.

Medikamentoz abortdan sonra aybaşı gecikməsi

Dərman qəbulu ilə hamiləliyin sonlandırılmasından sonra uzun müddət menstruasiya gecikməsi müşahidə olunur. Hamiləliyin erkən dövrlərində progesteron və prolaktin hormonunun konsentrasiyası yüksəlir. Bu isə ovulyasiya və menstruasiyanı tormozlayır.

Süni yolla hamiləlik sonlandırıldıqda aybaşı tsiklinin bərpası üçün müəyyən zaman intevalı tələb olunur. Abortdan 1-1.5 ay sonra tsikl bərpa olunur. Bəzi hallarda anovulyator (ovulyasiyasız) tsikl müşahidə edilir.

Abortdan sonra aybaşı gecikməsi şəkil 1

Vakuum üsulu ilə abortdan sonrakı aybaşı gecikməsi

Bu manipulyasiya sonrası menstrual tsikllə əlaqəsi olmayan qanlı axıntı gəlir. İfrazatlar 10 günə qədər davam edir. Qan ilə birlikdə zədələnmiş uşaqlıq toxumasının hissəcikləri xaric olur. Mini abortdan sonra növbəti aybaşı barədə ginekoloqların fikri birmənalı deyil.

Məlumatlara əsasən doğmamış qadınlarda 6 aylıq, doğuş keçirtmiş qadınlarda isə 3-4 aylıq amenoreyadan (aybaşının baş verməməsi) sonra tsikl bərpa olunur.

Cərrahi abortdan sonra aybaşı gecikməsi

Ən ağır hamiləlik sonlandırma metodudur. Buna görə də onu ancaq 2 və yaxud 3 cü trimestrdə, xüsusi göstəriş olduqda tətbiq edirlər. Bu əməliyyatdan sonra menstrual qanın xarakterinə və ölçüsünə nəzarət etmək lazımdır.

Cərrahi abort sonrası aybaşı gecikməsi hematometriyaya – uşaqlıq boynunun spazmı nəticəsində qanın uşaqlıqda yığılmasına işarədir. Belə qadınlarda orta hesabla 2-4 aylıq amenoreya qeydə alınır. Cərrahi müdaxilə keçirən qadınlar ginekoloqun göstərişlərinə ciddi şəkildə əməl etməli, 1 ay ərzində intim yaxınlıqdan uzaq durmalıdırlar.

Abortdan sonra aybaşı gecikməsi şəkil 2

Aybaşı gecikməsi zamanı nə etməli?

Burada önəmli olan gecikmə faktı deyil, onun müddətidir. İnterval 35 gündən çox davam etdikdə, aşağıdakı müayinələrdən keçmək məsləhət görülür:

  • Ginekoloji kresloda baxış;
  • Kiçik çanağın ultrasəs müayinəsi;
  • Qanda hormonların təyini;
  • Uşaqlıq yolundan yaxma götürülməsi və cinsi yolla keçən infeksiyaların yoxlanılması.

Müayinənin nəticələrinə əsasən ginekoloq tərəfindən uyğun müalicə üsulu tətbiq edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.1/5 - (11 votes)