Aybaşı olmaq üçün təbii yollar
Normada menstruasiya tsikli 28 təqvim günü və ya 1 ay davam edir. Ancaq hər qadında tsikl fərdi xüsusiyyət daşıyaraq, orta hesabla 28-35 gün sürür. Xalq təbabətində qeyri-müntəzəm tsikl və aybaşı gecikməsi zamanı nə etməli olduğunuzu təsvir edən üsullar vardır.
Aybaşı tsiklini normallaşdırmaq üçün təbii yollar
Aybaşı gecikməsinin ilkin səbəbini ginekoloq və ya endokrinoloq aydınlaşdırmalıdır. Həkiminizlə məsləhətləşdikdən sonra xalq təbabəti vasitələrindən istifadə edə bilərsiniz.
Aybaşı olmaq üçün təbii yollar hansılardır?
Gərginlik və stress vəziyyətlərindən sonra gözlədiyiniz tarixdə menstruasiya baş vermədikdə aşağıdakı reseptlərin tətbiqi fayda verir:
- 6 xörək qaşığı adi yovşan (polın);
- 2 xörək qaşığı çətiryarpaq (yasmennik);
- 1 xörək qaşığı yuxu otu.
Bütün otları qarışdırın, üzərinə 0,5 litr qaynar su əlavə edin. 1 saat gözləyin. Daha sonra gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/2 stəkan həcmində için. Bu çayı aybaşı başlayana qədər içməlisiniz.
Gecikmə hallarında aybaşı olmaq üçün digər təbii resept
İnqrediyentlər:
- 1 xörək qaşığı qaraqınıq;
- 0,5 litr su.
Quru otu qaynar su ilə qarışdırıb, 30-40 dəqiqə su hamamında saxlayın. Daha sonra çayı soyudun. Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 stəkan qəbul edin.
Aybaşı olmaq üçün təbii yollar – cəfəri toxumları
1/2 stəkan cəfəri toxumlarını xırdalayın, üzərinə otaq temperaturlu 2 stəkan su əlavə edin. 8 saat saxlayın. Çay hazır olduqdan sonra onu 1/2 stəkan olmaqla gündə 4 dəfə qəbul edin. Əgər çay hazırlamaq istəmirsinizsə, yarım stəkan cəfəri toxumunu gündə 3-4 dəfə yeməyə qataraq yeyin. Və ya 5 sap cəfərini çeynəyin, üstündən bol miqdarda su için.
Çayların hazırlanmasında termosdan istifadə etməyiniz məsləhətdir.
Aybaşı olmaq üçün növbəti təbii yollar
Menstruasiyanın tənzimlənməsində əkin güləvəri (vasilyok) çox faydalıdır. Vasitənin hazırlanması üçün 1 xörək qaşığı əkin güləvəri çiçəklərinin 1 stəkan qaynadılmış su ilə qarışdırın. 1 saat gözləyin. 3 həftə ərzində gündə 3 dəfə ⅓ stəkan için. 1 həftə fasilədən sonra kursu yenidən təkrarlayın.
Amenoreya (6 ay və daha çox aybaşı olmaması) zamanı şaxduran vannası
Qarışığı hazırlamaq üçün şaxduran (manjetka) köklərini xırdalayın. Ondan 2 xörək qaşığı götürüb, 1 litr qaynar su ilə qarışdırın. 2 saat saxlayın. Bundan sonra çayı 20-25 dəqiqə qaynadıb, soyudun. 36-37°C su ilə doldurulmuş vannaya tökün. 2 həftə ərzində yatmazdan öncə vanna qəbul edin. Əgər prosedur müddətində aybaşı başlamazsa, kursu 1 həftə sonra təkrarlayın.
Aybaşı olmaq üçün təbii yollar – soğan suyu
Effektiv vasitələrdən biri də soğan qabığıdır. 2 kiloqram soğan qabığını 3 litr suya töküb, 40-60 dəqiqə qaynadın. Bankada saxlayın. Gündə 2 dəfə acqarnına ⅓ stəkan için.
Xülasə
Yuxarıda da qeyd etdiyimiz kimi aybaşı olmaq üçün hər hansı təbii vasitənin tətbiqindən öncə mütləq diaqnozunuzu dəqiqləşdirməli, hamiləliyi inkar etməli və ginekoloqla məsləhətləşməlisiniz.