Hamiləlik haqqında
Hamiləlik – qadının yalnız fiziki vəziyyətinə deyil, daxili aləminə də təsir edən dövrdür. Bu məqalədə hamiləlik haqqında daha öncə bilmədiyiniz ən maraqlı, qeyri-adi faktları toplamışıq.
Hamiləlik haqqında faktlar
- Hamiləlik müddəti orta hesabla 280 sutkadır. Bu 10 mamalıq ayına bərabərdir.
- Cinci əlaqəyə girdikdən sonra ilk menstrual tsikldə hamilə qalma ehtimalı yalnız 25%-dir.
- Hamiləlik hallarının 10%-i spontan abortla (düşüklə) nəticələnir. Ancaq qadınların bir çoxu bunu menstruasiya gecikməsindən sonra baş verən normadan çox qanaxma kimi qəbul edir, düşükdən şübhələnmir.
- 38 həftədən tez doğulan uşaqlar sağlam olsalar da natamam inkişaf etmiş sayılırlar.
Hamiləlik haqqında qeyri-adi məlumatlar
- Tarixdə ən uzun hamiləlik 375 sutka davam etmişdi. Bununla belə uşağın çəkisi normal idi.
- Tarixdə rast gəlinən hamiləlikdlərdən ən qısası 23 həftə sürmüşdü. Körpənin əlləri boyuna nisbətən bir qədər uzun olsa da o, sağlam doğulmuşdu.
- Hamiləliyin başlanğıcı təxmini mayalanma tarixindən deyil, axırıncı menstruasiyanın 1-ci günündən hesablanır.
- Çoxdöllü hamiləliklər tək və ya çoxsaylı yumurtahüceyrənin mayalanması nəticəsində yaranır.
- Eyni yumurtahüceyrə əkizlərinin xarici görünüşü oxşar olur. Bu da genotiplərin eyni olması ilə izah edilir.
- Üçəmlər eyni və müxtləif cinsli doğula bilər. Onların xarici görünüşləri heç də həmişə oxşar olmur.
Hamiləlik haqqında fakt №11-15
- Tarixdə hamilə qadında yenidən ovulyasiya nəticəsində aralarında 2 ay intervalla uşaqlar doğulub.
- Hamilə qadınların 80%-də erkən dövrlər toksikozla, 20%-də isə simptomsuz keçir.
- Erkən toksikoz normal sayılsa da, axırıncı trimestrdə gecikmiş toksikoz doğuşun stimulyasiyası və ya Qeysəriyyə əməliyyatı üçün əsasdır.
- I və II trimestrdə saçların uzanması sürətlənir. Bu da hormonal dəyişikliklərlə bağlı olur.
- 5-6 mamalıq həftəsində embrionun ürək döyüntüsünün sayı 1 dəqiqədə 130-140 olur.
Hamiləlik haqqında maraqlı faktlar
- Başlanğıcda insan embrionu quyruğa malik olur, ancaq 10-cu həftədə o itir.
- Hamilə qadın 2 nəfərin əvəzinə deyil, 2 nəfər üçün qidalanmalıdır. Yəni yediklərinin kəmiyyəti yox, keyfiyyəti önəmlidir. Qida rasionu vitamin, zülal və faydalı karbohidratlarla zəngin olmalıdır.
- Körpə ilk dəfə 8-ci həftədə hərəkət edir. Lakin ana bu tərpənişləri 18-20 həftələrdə hiss edir.
- İkinci və sonrakı hamiləlikdə ana dölün hərəkətini 2-3 həftə daha tez hiss edir.
- Körpə ana bətnində fırlana, hoppana, uşaqlığın bir divarından o birinə itələnə, göbək ciyəsini əli ilə tutaraq oynaya bilir. Həmçinin gülümsəmə, dil çıxarma kimi mimikalar göstərə bilir.
Hamiləlik haqqında fakt №21-25
- Qız və oğlan uşaqlarının cinsi orqanları 12 həftəyə qədər eyni görünür, bu müddətdən başlayaraq differensiasiyalaşır.
- Uşağın cinsini 16-cı həftədə ultrasəs müayinəsi ilə aydın seçmək mümkündür.
- Qarnın forması, toksikoz və digər hamiləlik əlamətləri dölün cinsi ilə əlaqəli deyil.
- Hamiləliyin 20-21-ci həftəsindən döldə dad hissiyatı əmələ gəlir. Dölyanı mayenin dadı ananın qidalanmasından asılı olaraq dəyişir.
- Döl 24-25-ci həftədən xarici mühitdəki səsləri eşidir, musiqini fərqləndirir.
Hamiləlik haqqında gerçəklər №26-30
- Amniotik mayenin tərkibindəki duzun miqdarı dəniz suyu ilə eynidir.
- Hamilə qadının qarını 20 həftəyə qədər bəlli olmur, yəni ətraf insanlar tərəfindən seçilmir.
- İlkin hamiləlik zamanı qarnın ölçüsü daha ləng böyüyür.
- Doğuşa yaxın uşaqlığın çəkisi 10-20 dəfə (50-100 qramdan 1 kiloqrama qədər) artır.
- II-III trimestrdə qadının ayaqqabı ölçüsü 1 vahid böyüyür. Bu, ödem və şişkinliklə əlaqəlidir.
Hamiləlik haqqında fakt №31-35
- Hamilə qadınlar orta hesabla 10-15 kq çəki artırır.
- Hamilələrdə dərman qəbuluna təkcə həkim tərəfindən icazə verilir.
- Dölün çəkisi ananın qidalanmasından o qədər də asılı deyil. Çox vaxt kök qadınların 3 kq-dan az çəkili körpələri doğulur. Bəzən isə arıq qadınların körpələri 4 kq-dan ağır olur.
- Ən iri körpənin doğulma faktı İtaliyada qeydə alınmışdır. Onun boyu 77 sm, çəkisi isə 11 kq təşkil edirdi.
- Koreyada belə bir maraqlı adət var. Orada insanın yaşına ana bətnində olduğu müddəti də əlavə edilir. Ona görə də koreyalılar digər ölkələrdəki yaşıdlarından 1 il böyük olur.
Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Oxşar mövzuları oxuyun: