Hamiləlik ləkəsi

20 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1770
Hamiləlik ləkəsi şəkil
Rate this post

Hamiləlik ləkəsi hormonal dəyişiklik fonunda əmələ gəlir. Adətən sarı-qəhvəyi və ya tünd rəngdə olur. Onun elmi adı “xloazma” və ya “melazma”-dır. Hamiləlik ləkəsi hormonal fonun normallaşması və menstruasiya tsiklinin stabilləşməsi ilə keçib gedir. 

Hamiləlik ləkəsi nə zaman əmələ gəlir? 

Xloazmalar II trimestrdə formalaşır. Onları melanomadan – dərinin piqment hüceyrələri olan melanositlərdən inkişaf edən dəri xərçəngindən fərqləndirmək vacibdir. Çünki hamiləlik ləkəsi görünüşcə bir qədər melanomaya bənzəyir. 

Xloazmaların xarakterik əlamətləri 

  • Sarı-qəhvəyi və tünd qəhvəyi rəngə malik olur;
  • Dəqiq sərhədləri olur; 
  • Qeyri-düzgün forması ilə seçilir; 
  • Dəri səthindən yüksəlmir; 
  • Qaşınma və qıcıqlanma ilə müşayiət edilmir. 

Hamiləlik ləkəsi şəkil 1

Hamiləlik ləkəsinin əmələ gəlmə ehtimalını artıran faktorlar    

  • Hipofiz, qaraciyər, qalxanabənzər vəz və yumurtalıqların disfunksiyası; 
  • Hamiləlik əleyhinə dərman qəbulu;     
  • Fol turşusu və C vitamini çatışmazlığı;  
  • Dəmir, sink, mis defisiti;
  • Antibiotiklərdən mütəmadi istifadə; 
  • Benzonal, depakin və digər epilepsiya əleyhinə dərmanların qəbulu; 
  • Şəkərli diabet;   
  • İrsi meyllik;
  • Stress;  
  • Keyfiyyətsiz kosmetik vasitələrdən istifadə; 
  • Bəzi kosmetik prosedurlar, solariy. 

Hamiləlik ləkəsi zamanı krem seçimi 

  • Hamilələr üçün ağardıcı krem;
  • Sink mazı. Dərini qurudur, toksinləri təmizləyir, iltihabəleyhinə təsir göstərir; 
  • Sintomisin mazı. Piqment ləkələrini ağardır, iltihabı aradan qaldırır, dərini mikroblardan təmizləyir;  
  • Salisil turşusu. İltihabəleyhinə xüsusiyyətə malikdir. Dərinin üst qatının hamiləlik ləkəsi ilə birlikdə soyulmasına səbəb olur;
  • Retin mazı. İltihabı azaldır, mikrobları məhv edir, melanositlərin funksiyasını normallaşdırır; 
  • Kükürd mazı. Mikrob və parazitlərə qarşıdır. İstifadə zamanı dərinin üst qatı piqment ləkəsi ilə birlikdə soyulur;
  • Melanativ. Ağardıcı təsirli aktiv maddəsi alfa-arbutindir. Həmçinin tərkibində E vitamini və qlikol turşusu vardır. Krem melanositlərin aktivliyini xeyli zəiflədir. 
  • Skinoren mazı. Əsas komponenti azalin turşusudur. Maz iltihabəleyhinə və antibakterial təsir göstərir. 

Hamiləlik ləkəsi şəkil 3

Üzdə hamiləlik ləkəsi 

Hamiləlik dövründə xloazmalar bədənin istənilən nahiyəsində əmələ gələ bilər. Lakin qadınları adətən bu ləkələrin üzdə olması narahat edir. Ləkələrə həmçinin alın, gözətrafı, yanaq, çənə altında rast gəlmək mümkündür.   

Hamiləlik ləkəsi təhlükə kəsb etmir. Həkimlər bu ləkələrə qarşı heç bir tədbir görmədən, sadəcə gözləməyi tövsiyə edirlər. Çünki doğuşdan sonra onlar ağarır və zamanla tamamən yox olurlar. 

Onu da yadda saxlamaq lazımdır ki, bəzi ağardıcı preparatların tərkibindəki hidroxinon maddəsi dölün inkişafına mənfi təsir göstərir. 

O üzdən təbii üsullarla maskalar daha təhlükəsiz variantdır. Məsələn, yaşıl çay ilə islaq kompress də müsbət nəticə verir. 

Hamiləlik ləkəsi şəkil 5

Hamiləlik ləkəsi ilə mübarizədə daha effektiv vasitələr 

  • Fol turşusu və C vitamini qəbul etmək; 
  • Ultrabənövşəyi şualardan qorunma, yay aylarında 11.00-14.00 radələrində küçədə geniş şlyapalarda gəzmək; 
  • Fitnes, gimnastika, üzgüçülüklə məşğul olmaq;
  • Sağlam qidalanmaq, meyvə və tərəvəzlərdən bol istifadə etmək; 
  • Düzgün yuxu rejiminə riayət etmək. 

Bədəndə hamiləlik ləkəsi 

Xloazmalar II trimestrdə süd vəziləri, qarın, çiyin və baldır nahiyəsində əmələ gələ bilər. Bədəndəki bu ləkələr yuxarıda sadalanan vasitələrlə aradan qaldırıla bilər.

Daha öncə qeyd etdiyimiz kimi həkimlər hamiləlik ləkəsi üçün müxtəlif ağardıcı vasitələrdən istifadə etmək əvəzinə, bu periodun keçməsini gözləməyi məsləhət görürlər. Əgər ləkə ilə yanaşı dəridə qaşınma və qıcıqlanma varsa, bu, dəri xəstəliyinin simptomu ola bilər. Belə hallarda dermatoloqun müayinəsi lazımdır.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post