Hamiləlik necə baş verir?
Gələcək valideynlərin hamiləlik barədə maariflənməsi üçün müasir dövrdə müxtəlif proqramlar və kurslar təşkil edilir. Lakin hamiləlik necə baş verir? Bu haqda informasiya azdır.
Ailə planlaması
Ailə planlamasında hər 2 tərəf aktiv şəkildə iştirak etməlidir. Planlama zamanı mütəxəssis tərəfindən suallara ətraflı cavab verilir. Xarici ölkələrin bəzi məktəblərində bu prosesin necə getməsi izah edilir.
Hamiləlik necə baş verir – ovulyasiya
Mayalanma prosesi qadının menstruasiya tsiklindən asılıdır. Döllənmə haqqında yayılan bəzi fikirlərin (mayalanma tsiklin başında və sonunda olur) əksinə, həmin an tsiklin ortalarına təsadüf edir. Bu zaman yumurtalıqlardan mayalanmaya hazır yumurtahüceyrə xaric olur – ovulyasiya baş verir.
Spermatozoidlərlə birləşməyə hazır olan yumurtahüceyrə 12-36 saat yaşayır. O üzdən tsikli əvvəlcədən hesablamaq çox önəmlidir. Cinsi əlaqə bu 36 saat ərzində olmalıdır ki, mayalanma prosesi gerçəkləşsin. Əks təqdirdə yumurtahüceyrə məhv olaraq, aybaşı qanı ilə orqanizmdən kənarlaşır.
Ovulyasiya prosesində 2 və ya 3 yumurtahüceyrə formalaşırsa, mayalanmadan sonra ayrı yumurta əkizləri dünyaya gəlir. Həmçinin mayalanmış 1 ədəd yumurtahüceyrə bir neçə dəfə bölünərsə, eyni yumurta əkizləri doğulur.
Hamiləlik necə baş verir – ovulyasiyadan öncə və sonra
- Follikulun partlaması nəticəsində yumurtahüceyrə uşaqlıq borusunun kirpikcikləri tərəfindən tutularaq, boruya atılır. Bu kirpikciklər ovulyasiyadan 2 saat əvvəl hazır vəziyyətə gəlir.
- Yumurtahüceyrə yaxınlaşarkən kirpikciklər açılıb yığılır.
- Güclü qan dövranı və estrogen hormonu uşaqlıq borusunun dəliyini (ağzını) açır.
- Qadın orqanizmində baş verən hormonal sıçrayış libidonu (cinsi istəyi) artırır.
- Uşaqlıq boynuna spermanın keçməsinin qarşısını alan mühit dəyişir. Mayalanma üçün spermatozoidlərə şərait yaranır.
Hamiləlik prosesi necə baş verir?
Eyakulyasiyadan (sperma ifrazı) sonra 500 000 000 spermatozoid qadının uşaqlıq boynuna çataraq,uşaqlıq yolunun arxa divarında toplanır.
Mayalanma üçün onlar yumurtahüceyrənin yerləşdiyi boşluğa düşməlidirlər. Spermatozoidlərin bu yolu 5 mərhələdən ibarətdir:
- Uşaqlıq boynunun keçilməsi – 2 sm;
- Uşaqlıq boşluğunun qət edilməsi – 5 sm;
- Uşaqlıq borusunun keçilməsi – 12 sm;
- Borunun ampulyar hissəsinə düşmə;
- Yumurtahüceyrə ilə birləşmə.
Bu proses 3 saat davam edə bilər. Ümumilikdə qadın orqanizminin daxili mühiti spermatozoid üçün müxtəlif maneələr törədir. Bu mühit çox aqressiv olduqda spermatozoidin yumurtahüceyrəni mayalandırması qeyri-mümkündür.
Hamiləlik necə baş verir – spermatozoidin yolu
Döllənmə kişi cinsi hüceyrələri üçün mürəkkəb prosesdir. Uşaqlıq yolunun daxili mühiti onlar üçün əlverişsizdir. Spermatozoidlərin 80-90%-i uşaqlıq yolunundan irəli keçə bilmir.
Bu spermatozoidlər mühitin pH-ı tərəfindən 2 saat ərzində məhv edilir. Uşaqlığa 10 000 000 spermatozoid daxil olur. Onlar aktiv şəkildə borulara doğru irəliləyirlər. Uşaqlıq borularını qət etdikdən sonra prosesin final mərhələsinə keçirlər.
Spermatozoidlərin bir hissəsi boruların daxili səthini örtən epitel qatda ilişib qalaraq, 5 gün ərzində məhv olur. Əlverişli şərait olduqda isə mayalanma baş verir.
Hamiləlik necə baş verir – mayalanma
Yumurtahüceyrəyə çatmış spermatozoid onun qoruyucu membranını keçməlidir. Hər spermatozoidin başcığında yumurtahüceyrənin qoruyucu qılafını əridən fermentlər mövcuddur. Qoruyucu membranı əritdikdən sonra mayalanma gerşəkləşir. Digər spermatozoidlər 2 sutka ərzində tələf olur.
Hamiləlik necə baş verir – ziqota
Ziqota spermatozoid və yumurtahüceyrənin eyni qılaf altında olmasıdır. 1,5 gün ərzində ziqota bölünməyə başlayır. 2-ci sutkanın sonunda ziqota 2 blastomerə bölünür. Daha sonrakı bölünmələr nisbətən sürətli gedir. Hər bir blastomer 2 hüceyrəyə, onların hər biri də 2 hüceyrəyə bölünür. Ümumilikdə ziqotanın ölçüsü eyni qalır.
3 –cü gün
Bu mərhələdə embrion 6-8 blastomerdən ibarətdir. Döl öz genotipini əldə edir.
4-cü gün
Embrion 12-16 hüceyrədən ibarət olub,uşaqlıq borularından uşaqlığa doğru hərəkət etməyə başlayır. Bu mərhələdə əgər embrion borunun divarında fiksasiya olunarsa, uşaqlıqdan kənar hamiləlik baş verir.
5-7-ci gün
Bu 2 gün ərzində embrion uşaqlığın dibinə çatır. Orda bir müddət dolandıqdan sonra divarlardan birinə yapışır. Bu proses implantasiya adlanır. İmplantasiya bitdiyi an qana xorionik qonadotropin ifraz olunur.
Hamiləlik necə baş verir – 10-cu gün
Embrion artıq formalaşmış olur. O, tədricən böyüyür. Bu periodda hamiləlik testi pozitiv göstərə bilər.
Materialı oxuduqdan sonra hamiləlik necə baş verir sualına ətraflı cavab tapdığınıza ümid edirik.