Hamiləliyin pozulması üçün nə etməli? 

18 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 43078
Hamiləliyin pozulması üçün nə etməli şəkil
4.5/5 - (4 votes)

Hamiləlik hər bir qadının arzuladığı dövrdür. Lakin bəzi hallarda hamiləlik sonlandırma mütləq sayılır. Bəs hamiləliyin pozulması üçün nə etməli? Bu məqsədlə bir neçə üsuldan istifadə olunur. 

Medikamentoz abort 

Medikamentoz abort hamiləlik pozan dərmanlar vasitəsilə həyata keçirilir. Son zamanlar bu metod alternativ abort üsulu kimi çox yayılmışdır. Yalnız burada bir problem var. Dərmanlarla hamiləlik sonlandırma zamanı döl yumurtası və onu əhatə edən kisə uşaqlığı tam tərk etmir. Nəticədə natamam medikamentoz abort baş verir ki, bu da qanaxmaya səbəb olur.

Belə vəziyyətlərdə döl yumurtası qalıqlarını uşaqlıqdan təmizləmək üçün cərrahi abort etmək, sadə dillə desək uşaqlığı qaşımaq lazım gəlir. Bu səbəbdən arzuolunmaz hamiləlik baş verdikdə özbaşına dərman qəbul etmək əvəzinə, mütləq həkimə müraciət edin.

Hamiləliyin pozulması üçün nə etməli şəkil 1

Hamiləliyin pozulması üçün nə etməli – aborta hazırlıq  

Hamiləlik sonlandırma cərrahi ginekoloji şöbədə həkim-ginekoloq tərəfindən aparılır. Lakin abortdan əvvəl qadın bəzi müayinələrdən keçir: 

  • Anamnezin toplanması və ginekoloji kresloda müayinə. Anamnez – pasiyentin özü, xəstəliyi, şikayətləri barədə məlumatların yığılmasıdır.  
  • Analizlər. Qanda XQ (xorionik qonadotropin), RW(sifilis), HIV (SPİD), Hepatit B və C analizləri təyin olunur. O cümlədən yaxmanın ümumi analizi aparılır. 
  • Ultrasəs müayinəsi. USM vasitəsilə döl yumurtasının uşaqlıqda olub-olmaması, uşaqlıq və yumurtalıqların ümumi vəziyyəti, hamiləliyin müddəti dəqiqləşdirilir.  

Bütün bu müayinələr hamiləlik sonlandırma üçün tibbi göstərişləri dəqiqləşdirir. 

 

Hamiləlik sonlandırma üçün tibbi göstərişlər                       

  • İnkişafdan qalmış hamiləlik və yanaşı gedən ginekoloji patologiya; 
  • Qeysəriyyə əməliyyatından sonra uşaqlıqda çapığın qalması; 
  • Molar (yalançı) hamiləlik. Uşaqlıqda üzüm salxımına bənzər və daxilində döl olmayan kisəvari strukturlarla xarakterizə edilir;
  • Uşaqlıqda iri ölçülü mioma; 
  • Uşaqlıq və uşaqlıq yolunun inkişaf qüsurları; 
  • Anamnezdə uşaqlıq boynunun amputasiyası;
  • Natamam medikamentoz abort; 
  • Natamam spontan (özbaşına) abort – düşük.

Hamiləliyin pozulması üçün nə etməli şəkil 2

Hamiləliyin pozulması üçün nə etməli – növbəti addım 

  • Tibbi və sosial göstərişlər olmadıqda hamiləlik müddəti 12 həftəyə çatmamış abort edilə bilər. 
  • Tibbi və sosial göstərişlərin olmadığı təqdirdə 22-ci həftəyə qədər hamiləlik sonlandırma icra edilə bilər.  

Hamiləlik sonlandırma üçün sosial göstərişlər

  • Ailədə 3 və daha çox uşağın olması;
  • Ailənin dünyaya gələcək körpəni böyütmək üçün maddi imkanının olmaması; 
  • Ailənin yaşayış şəraitinin əlverişsiz olması;
  • Qadının həyat yoldaşının 1 və ya 2-ci qrup əlil olması;
  • Rəsmi qeydiyyatdan keçmiş nigahın olmaması;
  • Qadın hamilə olarkən həyat yoldaşının vəfat etməsi;     
  • Hamilə qadının və ya həyat yoldaşının həbsdə olması; 
  • Təcavüz nəticəsində baş verən hamiləlik. 

Hamiləliyin pozulması üçün nə etməli –  cərrahi üsul 

Cərrahi müdaxilə zamanı döl yumurtası uşaqlıq boşluğundan xaric edilir. Daha sonra uşaqlığın divarları qaşınır. Qadının ağrı hiss etməməsi üçün narkoz verilir. Əməliyyatdan sonra pasiyent bir neçə saat ərzində həkim nəzarəti altında saxlanılır. Heç bir ağırlaşma olmadıqda evə buraxılır.  

Hamiləliyin pozulması üçün nə etməli şəkil 3

İnkişafdan qalmış hamiləliyin pozulması üçün nə etməli?     

USM nəticələrinə əsasən 2 tip inkişafdan qalmış hamiləlik ayırd edilir: anembrional (embrionsuz) və embrionun tələf olması. 

Vakuum-aspirasiya metodu 

6-7 həftəlik inkişafdan qalmış hamiləlik sonlandırma manual vakuum-aspirasiya metodu ilə aparılır. Döl yumurtası vakuum-şpris vasitəsilə uşaqlıq boşluğundan sorulur. 

Hamiləliyin pozulması üçün nə etməli – küretaj üsulu

Uşaqlıq boşluğu qaşınır, tələf olmuş döl hissələri çıxarılır. Toxuma nümunəsi histoloji və sitogenetik müayinəyə göndərilir. Prosedurdan 1-2 həftə sonra qadına USM təyin edilir, uşaqlıqda dölün hissələrinin qalmaması dəqiqləşdirilr. Bu prosedur bəzi hallarda ikincili sonsuzluq riskini artırır.

Hamiləliyin pozulması üçün nə etməli şəkil 4

Uşaqlığın mioması zamanı hamiləliyin pozulması üçün nə etməli?

Mioma – uşaqlığın xoşxassəli şişidir. Hamiləlik zamanı uşaqlıq divarları və miomatoz düyünlər ödemli olur. Artıq I trimestrdə qarnın aşağı hissəsində şiddətli ağrılar yarana bilər. Hamiləliyin irəliləmiş dövrlərində şişin ölçüləri böyüdükdə, prostaqlandinlərin səviyyəsinin artması ilə uşaqlığın yığılma funksiyası sürətlənir.

Prostaqlandinlər – yüksək bioloji aktivliyə malik hormonabənzər maddələrdir. Baş verən dəyişikliklər uşaqlıqda tonusun yüksəlməsi, ciftin inkişafdan qalması, döl yumurtasının uşaqlıqdan soyulması, özbaşına abort və dölün ölümü ilə nəticələnə bilər.  

Uşaqlığın anatomik anomaliyaları zamanı hamiləliyin pozulması üçün nə etməli?  

Bu tip inkişaf qüsurlarına uşaqlıqdaxili arakəsmələr, ikibuynuzlu, ikiləşmiş, yəhərəbənzər uşaqlıq və s. aiddir. Anomaliyalar zamanı uşaqlıq əksər hallarda hamiləliyin daşınması və dölün gələcək inkişafı üçün əlverişsiz forma, uzunluq və quruluşda olur. Belə hallarda döl yumurtasının qeyri-düzgün implantasiyası (yerləşməsi), uşaqlığın daxili qatının – endometriumun kifayət qədər qalınlaşması, lütein fazada hormonal pozulmalar abort ilə sonlanır.

Hamiləliyin pozulması üçün nə etməli şəkil 11

Molar (yalançı) hamiləlik zamanı hamiləliyin pozulması üçün nə etməli? 

Molar hamiləliyin tək müalicəsi embrionun uşaqlıq boşluğundan xaric edilməsidir. Servikal kanalı 18-20 №li Qeqar genişləndiricisi ilə böyüdərək, vakuum-aspiratorla molar kisə uşaqlıqdan çıxarılır. Uşaqlıq divarları isə ehtiyatla qaşınır. Xaric edilmiş material histoloji müayinəyə göndərilir.

Əməliyyatdan sonrakı dövrdə xəstəyə yataq rejimi təyin edilir. Genişlənmiş uşaqlığın yığılaraq, öz normal ölçülərinə qayıtması üçün xüsusi dərmanlar tətbiq edilir. 12 həftədən artıq molar hamiləlik zamanı abort üçün oksitosin ilə yanaşı, E2 və ya F2 prostaqlandinlərindən istifadə edilir. Molar hamiləlik keçirtmiş bütün xəstələr 2-6 il ərzində dispanser nəzarətində olmalıdır.

Qeysəriyyə əməliyyatından sonra dərhal baş verən hamiləliyin pozulması üçün nə etməli? 

Qeysəriyyə əməliyyatından sonra 2 il müddətində hamiləlik və abort icazəli deyil. Çünki bu ağır fəsadlara gətirib çıxara bilər. Ona görə də Qeysəriyyə kəsiyi ilə doğuş keçirən qadınlar hamiləlik əleyhinə vasitələrdən istifadə etməlidir.  

Natamam medikamentoz və spontan (özbaşına) abort 

Natamam abort qadının hamiləlik sonlandırma üçün müəyyən dərmanlar qəbul etməsi nəticəsində baş verir. Spontan abort (düşük) isə orqanizmdə gedən müxtəlif dəyişikliklərlə əlaqədar yaranır. Bu zaman döl kisəsi hissəcikləri uşaqlıqda qaldıqda infeksiyalaşma və qanaxma müşahidə edilir. Abortun hər 2 forması təcili cərrahi müdaxilə (küretaj) tələb edən təhlükəli hal hesab olunur. 

Ümumiyyətlə, abort – qadının səhhətində əks olunan riskli prosedurdur. Bu prosesdən sonra hormonal pozğunluq, ikincili sonsuzluğun yaranma ehtimalı artır. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.5/5 - (4 votes)