Aybaşı əlamətləri

28 Sentyabr 2019 Kateqoriya: Aybaşı Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 24563
Aybaşı əlamətləri şəkil
4.6/5 - (78 votes)

Menstruasiya tsikli bir neçə dövrə bölünür. Hər bir mərhələnin özünəməxsus simptomları vardır. Aybaşı əlamətlərinə əsasən kritik günlərin nə vaxt başlayacağını öyrənmək mümkündür. Məsələn, tsikl follikulun əmələ gəlməsi ilə başlayır. Bu, aybaşı tsiklinin 1-ci gününə təsadüf edir. 11-14 gün sonra follikul partlayaraq, yumurtahüceyrəni xaric edir. Həmin faza ovulyasiya adlanır.

 

Ovulyasiya əlamətləri

Bu simptomlar aybaşı öncəsi təzahür etdiyindən  ilk əvvəl onlar haqqında danışmaq məqsədəuyğundur. Kritik günlərdən qabaq aşağıdakı əlamətlər müşahidə olunur:

  • iştahın artması;
  • əhval-ruhiyyənin dəyişməsi;
  • şirniyyata meyllik;
  • yuxusuzluq;
  • emosional gərginlik.

Aybaşı əlamətləri şəkil 1

Aybaşı əlamətləri – predmenstrual sindrom

Predmenstrual sindrom aybaşıdan əvvəl rast gəlinir. Onun əlamətləri:

  • bel və ya qarnın aşağı hissəsində ağrılar;
  • iştahın artması;
  • temperaturun yüksəlməsi;
  • yorğunluq;
  • yuxululuq.

Bundan başqa döş ağrıları meydana çıxır. Çünki süd vəziləri bu dövrdə həssaslaşır və bir qədər böyüyür. Adi günlərdə geyinilən büstqalterin diskomfort yaratması böyük ehtimalla ilkin aybaşı əlamətləri, yəni premenstrual sindroma işarədir.

Ümumi aybaşı əlamətləri

Tezliklə menstruasiyanın başlanacağını anlamaq üçün axıntılara fikir vermək məsləhətdir. Belə ki, aybaşı yaxınlaşdıqca axıntı ağ və ya açıq-sarımtıl rəngdə, turş qoxulu olur. Miqdarı bir qədər artır. Ancaq axıntılarla yanaşı  uşaqlıq yolunun qaşınması və ya göynəmə varsa, bu, normal əlamət deyil, mikrofloranın pozulmasından xəbər verir. Belə vəziyyətlərdə ginekoloqa getmək tövsiyə olunur. Ümumi aybaşı əlamətləri aşağıdakılardır:

  • ürəkbulanma;
  • başgicəllənmə;
  • yorğunluq;
  • yuxululuq;
  • qıcıqlanma, gərginlik.

Aybaşı əlamətləri şəkil 2

Aybaşının başlamasını öncədən necə təyin etmək olar?

Bəzən ilkin aybaşı əlamətləri aldadıcı olur. Məsələn, vitamin çatışmazlığı, xroniki yuxusuzluq zamanı qadında sadaladığımız simptomlar təzahür edə bilər. Həmçinin aybaşı yenicə bitdikdə həmin əlamətlərlə qarşılaşmaq olar. Bu çaşqınlığı aradan qaldırmaq üçün apteklərdə ovulyasiya testi satılır.

Onu menstruasiya başladıqdan 11-14 gün sonra alıb istifadə etmək mümkündür. Test pozitiv göstərdikdə, bu tarixin üzərinə 2 həftə əlavə edib, növbəti aybaşı hesablana bilər. Əgər menstruasiya 2-5 gün geciksə, narahat olmağa dəyməz. Orqanizmin vəziyyətinə bir çox faktorlar təsir edir. Onlara stress, aclıq, ağır pəhrizlər, hətta iqlim dəyişiklikyi aiddir.

İlkin aybaşı əlamətləri, predmenstrual sindromdan necə qurtulmaq olar?

Orqanizmdə hormonal sıçrayışlar səbəbindən bu əlamətləri idarə etmək mümkün olmasa da, həkimlər qıcıqlanma və emosional gərginliyi azaltmaq üçün qadınlara efir yağları əlavə edilmiş köpüklü vanna qəbul etməyi tövsiyə edirlər. Çiməcəyiniz suya portağal, yasəmən, berqamot yağlarından 2-3 damcı qata bilərsiniz. Çox kəskin və ya şirin ətirlər ürəkbulanma verdiyindən belə efirlərdən istifadə etməyin.

Aybaşı əlamətləri – ağrını necə azaltmalı

Qarnın aşağı hissəsində dartılmalar və sancı olduqda otağı havalandırmaq, yatmazdan əvvəl 1 çay qaşığı bal əlavə edilmiş isti süd, çobanyastığı çayı içmək məsləhətdir. Ağrıkəsicilər (No-şpa, Spazmalqon və s.) əvəzinə qeyri-steroid iltihabəleyhinə dərmanlar (Naproksen, İbuprofen) daha effektivdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.6/5 - (78 votes)