Aybaşı olmadan hamilə qalmaq olarmı?

07 Oktyabr 2019 Kateqoriya: Aybaşı Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 8845
Aybaşı olmadan hamilə qalmaq olarmı? şəkil
2.5/5 - (11 votes)

Bəzi qadın cinsiyyət orqanı xəstəlikləri amenoreyaya (uzun müddət menstruasiyanın baş verməməsi) səbəb olur. Ancaq bu halda orqanizm mayalanma və hamilə qalma qabiliyyətini müəyyən müddət itirmir.

Hamiləlik barədə yalnış fikirlər

  • Ən çox rast gəlinən yalnış fikirlərdən biri qadının artıq hamilə olduğu vaxtda yenidən hamiləlik baş verməsinin mümkünsüzlüyüdür. Çox nadir də olsa belə hallar qeydə alınmışdır. Tibbdə buna “müxtəlif yaşlı döl fenomeni” deyilir.
  • Qadınların çoxu əmindir ki, doğuşdan sonra aybaşı tsiklinin bərpasına qədər yenidən hamiləlik baş verə bilməz. Ancaq bu səhv fikirdir. Orqanizm doğuşdan 2 həftə sonra yenidən mayalanmaya hazır vəziyyətə gəlir və bu dövrdə növbəti hamiləlik riski yüksək olur.

Südvermə dövründə hamilə qalmaq olarmı?

Düzgün olmayan fikirlərdən biri də laktasiya dövründə hamiləliyin baş verməməsidir. Qadınlar fikirləşir ki, aybaşı olmadan hamilə qalmaq olmaz. Ancaq laktasiya (südvermə) yumurtahüceyrənin yetişməsinə təsir etmir. Ona görə də südverən ana yenidən hamilə qala bilər.

Aybaşı olmadan hamilə qalmaq olarmı? şəkil 1

Yeniyetməlikdə aybaşı olmadan hamilə qalmaq olarmı?

9-12 yaş qızlarda menarxe (ilkin aybaşı) başlamadan hamiləlik halları tarixdə öz əksini tapmışdır. Əslində yumurtahüceyrələr uşaq doğulduğu andan etibarən yumurtalıqlarda mövcud olur. Yəni onlar sonradan peyda olmur. Sadəcə normadan tez yetişməsi nadir haldır.

Süni klimaksda aybaşı olmadan hamilə qalmaq olarmı?

Bəzi xəstəliklərin müalicəsində pasientlərə menstruasiyanı kəsən preparatlar təyin olunur. Bu zaman menstruasiyasız hamilə qalmaq da təbii ki, mümkün deyil. Lakin tibbdə istisna halları mövcuddur. Bu qadının reproduktiv sisteminin xüsusiyyətlərindən asılıdır.

aybaşı olmadan hamilə qalmaq olarmı? şəkil 2

Menopauza dövründə menstruasiya olmadan hamilə qalmaq olarmı?

Qadınlarda 49-52 yaş arasında (bəzilərində daha tez) klimaks başlayır. Aybaşı tədricən azalaraq kəsilir. Menstruasiyanın kəsilməsinə baxmayaraq, yumurtalıq və yumurtahüceyrələr funksional aktivliyini 2 il müddətində saxlayır. Yəni menopauza dövründə menstruasiya olmadan yenidən hamiləlik mümkündür.

Xülasə

Təbiət bəzən tibbin və elmin qanunlarına zidd çıxır. Və bu bizim misallarımızdakı kimi gözlənilməyən, düşünülməyən bir vaxtda mayalanmanın baş verməsinə gətirib çıxarır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
2.5/5 - (11 votes)