Hamiləlik zamanı cinsi əlaqə

07 Oktyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 5819
Hamiləlik zamanı cinsi əlaqə şəkil
4.1/5 - (22 votes)

Ekspertlərə verilən suallardan biri də hamiləlikdə intim yaxınlığın icazəli olub-olmamasıdır.

Hamilə qadının dəyişkən halları

Hamilə qadın çox həssasdır. Onun əhvalı, dad hissiyatı istəkləri tez-tez dəyişir. Bu, güclü hormonal çevrilişlə əlaqəlidir. Əlbəttə ki, hər bir hal fərdi xarakter daşıyır. Bəzi qadınlarda libido (cinsi həvəs) artır, digərlərində isə azalır.

Hamiləlik zamanı cinsi əlaqə barədə

Hamiləlik dövründə qadın partnyoruna (həyat yoldaşına) qarşı cinsi həvəs hiss edir. Lakin səhər saatlarında ürəkbulanma, baş ağrıları, diskomfort kimi hamiləlik əlamətləri, həmçinin gələcək körpəsinə görə keçirdiyi narahatlıq onu seksdən uzaqlaşdıra bilər. Statistikaya görə qadınların 45%-i bu vəziyyəti yaşayır. Hamilələrin 25%-də libido tamamən enir, 20%-də isə normadan çox yüksəlir.

Hamiləlik zamanı cinsi əlaqə şəkil 1

12 həftəyə qədər hamiləlik zamanı cinsi əlaqə

Hamiləliyin ilk trimestrində (3 aylıq) yuxululuq, yorğunluq müşahidə olunur. Hormonların yaratdığı psixo-emosional qarışıqlıq nəticəsində qadın intim arzuları və istəkləri barədə qərarsız olur. Bir tərəfdən süd vəziləri şişir, böyüyür, ağrılı və həssas olur. Digər tərəfdən isə uşaqlıq yolunun mikroflorası dəyişir, sekret ifraz artır və bu kontakt əsnasında sürüşməni asanlaşdırır. Yəni mövcud vəziyyət həm fiziki yaxınlığın lehinə, həm də əleyhinədir

13-24 həftəlik hamiləlik zamanı cinsi əlaqə

Hamiləliyin bu dövründə hormonal fonda dəyişikliklər davam edir. Cinsiyyət orqanlarının qanla təminatı yüksəlir – həssaslıq artır. 13-24-cü həftələrdə dölün ölçüləri bir o qədər də böyük olmur və partnyorlar ona zərər verməkdən narahatlıq duymurlar.

Hamiləlik zamanı cinsi əlaqə şəkil 2

25-40 həftəlik hamiləlik zamanı cinsi əlaqə

Bu dövrdə demək olar ki, hər gün hamilə qadının qarnı böyüyür. O, nəinki cinsi əlaqə, hətta yatmaq üçün normal pozanı almaqda çətinlik çəkir. Buna görə də qadınların bir çoxunu intim yaxınlıq qətiyyən maraqlandırmır.

Hamiləlik dövründə intim yaxınlıq nə zaman arzuolunmazdır?

4, 8, 12-ci hamiləlik həftəsi ərzində cinsi əlaqə döl üçün təhlükə kəsb edir. Əgər qadında spontan abort (düşük), vaxtından əvvəl doğuş riski, tonusun yüksəlməsi, uşaqlıq qanaxmaları, ciftin bir qədər soyulması, uşaqlıq boynunun daxili dəliyinin tam qapanmaması kimi patologiyalar varsa, hamiləliyin bütün dövrlərində intim əlaqə əks-göstərişdir. Həmçinin çoxdöllü hamiləlik zamanı da cinsi yaxınlıq arzuolunmazdır.

Xülasə   

Hamiləlik dövrünü təqib edən ginekoloqun icazəsi olduqda intim yaxınlıqdan dölə ziyan gəlmir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.1/5 - (22 votes)