Hamiləlik zamanı qəhvəyi axıntı 

20 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 13834
Hamiləlik zamanı qəhvəyi axıntı 6 şəkil
2.3/5 - (6 votes)

Hamiləlik zamanı qəhvəyi rəngli axıntı hər zaman narahatlıq və qorxuya səbəb olur. Çünki bu hal qanaxmadan, o isə öz növbəsində dölün ölümündən xəbər verə bilər. Həqiqətən də bu belədirmi? Gəlin məsələni aydınlaşdıraq.  

I trimestrdə qəhvəyi ifrazat 

  • Mayalanma tarixindən təxminən 7-14 gün sonra döl yumurtası uşaqlığın selikli qişasına nüfuz etməyə çalışdığından bəzən xırda damarlar zədələnir. Nəticədə az miqdarda qoxusuz, kremşəkilli, açıq-qəhvəyi, çəhrayı vaginal axıntılar müşahidə edilir. 
  • Əvvəlcə qəhvəyi, daha sonra isə qan rəngində axıntı, qarnın aşağı hissəsində sakitləşməyən ağrılar, ürəkbulanma progesteron çatışmazlığı fonunda döl yumurtasının soyulmasının əlamətidir. Belə halda təcili yardım çağırıb, həkim gələnə qədər gözləmək lazımdır.
  • Tünd rəngli, qanlı axıntı, şiddətli ağrılar uşaqlıqdan kənar hamiləlik zamanı orqanın cırılmasının əlaməti ola bilər. 
  • Müşahidə edilən qəhvəyi ifrazatın daxilində köpük və qovuqşəkilli strukturların olması, arterial təzyiqin yüksəlməsi, ürəkbulanma, baş ağrıları molar hamiləliyə işarədir. Molar (yalançı) hamiləlik – xromosom patologiyası olub, uşaqlığın divarında cift əvəzinə, şişin formalaşması deməkdir.

Hamiləlik zamanı qəhvəyi axıntı şəkil 1

Hamiləlik zamanı qəhvəyi axıntı – II trimestrdə ifrazatın səbəbləri

  • Ciftin soyulması. Hamiləlik zamanı qarında ağrılar və gərginliklə müşahidə olunur. Axıntı başlanğıcda az miqdarda olsa da, tədricən artır. 
  • Cift damarlarının zədələnməsi. Böyüyən dölün ciftə təzyiqi nəticəsində baş verir.  
  • Uşaqlıq yolu divarlarının cüzi zədələnməsi. Cinsi əlaqədən sonra yaranır.
  • Uşaqlıq boynunun eroziyası
  • Cinsi yolla keçən infeksiyalar. Sidik ifrazı zamanı yanğı və diskomfort, həmçinin iyli axıntı əmələ gəlir.
  • Dölün bətndaxili ölümü. Qadın adətən bu haqda gec xəbərdar olduğundan həyat üçün təhlükəli hal yaranır.

Tələf olmuş döl uşaqlıqda bir neçə gün, həftə, bəzən bir ay qala bilər. Dölün ölümünü aşağıdakı əlamətlərə görə müəyyən etmək mümkündür:

  • uşaqlıq böyümür, aşağı enir;
  • döl hərəkət etmir, ürəkdöyüntüsü qeydə alınmır;
  • çoxlu miqdarda qəhvəyi axıntı əmələ gəlir; 
  • qadının səhhəti pisləşir, ürəkbulanma, qusma, davamlı ağrılar meydana çıxır.

Hamiləlik zamanı qəhvəyi axıntı şəkil 3

Hamiləlik zamanı qəhvəyi axıntı – qadağalar 

Hamiləlik zamanı qəhvəyi axıntı gördükdə ilk növbədə ginekoloqla əlaqə saxlayın. Müayinəyə gedənə qədər qəti şəkildə aşağıda sadalananları etməyin:

  • Dərman qəbulu. Hər hansı bir preparatın qadın və döl orqanizminə təsirini təxmin etmək çox çətindir. 
  • Tampon istifadəsi. Uşaqlıq yolu və boynunun selikli qişası zədələnə bilər. İnfeksiyalaşma və artan qanaxma diaqnostikanı xeyli çətinləşdirir. 
  • Uşaqlıq yolunun dərindən yuyulması. Bu zaman mikrofloranın pozulması, patogen bakteriyaların inkişaf riski artır.  

Hamiləlik zamanı qəhvəyi axıntı ginekoloqa getmək üçün ciddi səbəbdir. İfrazatın səbəbini üzə çıxarmaq məqsədilə qadın bir sıra müayinələrdən keçməlidir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
2.3/5 - (6 votes)