Hamiləlikdə tonus

18 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 25552
Hamiləlikdə tonus 2 şəkil
3.3/5 - (3 votes)

Hamiləlikdə qadinlar bir çox problemlə üzləşir. Bunlardan biri də uşaqlıqda tonus olmasıdır. Erkən hamiləlikdə tonus sıx rast gəlinən haldır. Lakin o asanlıqla müalicə oluna bilər.

Tonus nədən yaranır?

Hamiləlikdə tonus dedikdə uşaqlıqda yaranan gərilmələr nəzərdə tutulur. Uşaqlıqda tonus nə olduğunu anlamaq üçün əvvəlcə uşaqlığın quruluşu ilə tanış olaq.

Uşaqlıq

Uşaqlıq bir neçə qatdan ibarət boşluqlu qadın cinsiyyət orqanıdır. Onun əzələ qatı – miometrium yüksək elastiklikli əzələ liflərindən və birləşdirici toxumadan təşkil olunmuşdur. Əzələ lifləri də öz növbəsində yığılıb–açılma qabiliyyətinə malikdir.

Hamiləlikdə dölün böyüməsi ilə əlaqədar uşaqlıq genişlənir – miometriumun əzələ lifləri maksimal dərəcədə dartılır və uzanır. Doğuşa yaxın yalançı və hazırlayıcı sancılar, həmçinin həqiqi doğuş sancısı miometriumun təbii yığılmaları nəticəsində baş verir.

 

Hamiləlikdə tonus problemi

Bu problemdən əziyyət çəkən qadınlarda uşaqlıq əzələləri periodik olaraq yığılır və uzun müddət gərgin vəziyyətdə qalır. Nəticədə uşaqlıq boşluğunda təzyiq artır. Vaxtında müalicə aparılmadıqda ağır fəsadlara gətirib çıxara bilər.

Hamiləlikdə tonus 1 şəkil

Tonusun dərəcələri

Hipotonus – uşaqlığın əzələ qatının həddindən artıq boşalmış (relaks) vəziyyətidir. Bu hal patologiya sayılır. Doğuşdan sonrakı bir neçə gün ərzində kütləvi qanaxmaya səbəb ola bilər.
Normatonus – uşaqlığın əzələ qatının normal relaks vəziyyətdə olmasıdır.
Tonusun yüksəlməsi – miometriumun periodik və daimi gərginliyi ilə xarakterizə edilir. Uşaqlıqda tonusun yüksəlməsi “+” və ya “++” kimi işarə olunur. Bu patologiya hissəvi və total ola bilər. Hissəvi tonus orqanın müəyyən bir hissəsini, total tonus isə onu bütövlükdə əhatə edir.
Hipertonus – hamiləlikdə və doğuş zamanı patoloji olaraq tonus yüksəlməsidir.

Hamiləlikdə tonus fəsadları

Hamiləlikdə tonus yüksəlməsi döl üçün təhlükəli amil sayılır. Onun ən ağır fəsadı spontan abort, sadə dillə desək düşükdür. III trimestrdə son həftələrdə tonus yüksəlməsi vaxtından əvvəl doğuşa səbəb olur.
Tonusun digər ağırlaşması dölün boğulmasıdır. Belə ki, döl böyümək və inkişaf etmək üçün oksigeni, eləcə də digər qida maddələrini cift vasitəsilə ananın qan damarlarından alır. Tonus nəticəsində bu maddələrin dövranı azala, hətta dayana bilər. Bu isə döldə hipoksiya, yəni oksigen çatışmazlığı törədir. Ağır hallarda dölün bətndaxili ölümü baş verir.

Hamiləlikdə tonus 2 şəkil

Hamiləlikdə tonus: səbəbləri və təzahürü          

  • Hamiləliyin normal gedişatını tənzimləyən hormon progesterondur. Bu hormon hamiləlikdə sarı cisim tərəfindən sintez olunur. Progesteron uşaqlığın daxili qişasını embrionun ona yapışması üçün hazırlayır və miometriumu relaksasiya edir. Bir sıra hallarda hamiləlikdə progesteron çatışmazlığı halları baş verir. Nəticədə ananın orqanizmi dölü yad cisim kimi qəbul etdiyindən uşaqlıq əzələsi gərginləşir, tez-tez yığılaraq bu yad cismi (dölü) orqanizmdən kənarlaşdırmağa çalışır. Belə vəziyyətlər adətən düşüklə (spontan abort) sonlanır.
  • Hamiləlikdə toksikozlar – tez-tez təkrarlanan qusma refleksləri qarın əzələlərini gərginləşdirir. Onunla əlaqədar daxili orqanlar, o cümlədən uşaqlıq da gərilir.  
  • Hamiləlikdə tonus yüksəlməsinin digər səbəbi isə ana ilə gələcək körpə arasında rezus faktor uyğunsuzluğudur. Bu halda orqanizm dölü yad cisim hesab etdiyindən onu özündən uzaqlaşdırmağa çalışır. Rezus faktor – eritrositlərin səthində olan spesifik qan zülalıdır. Bu zülal aşkar edildikdə rezus müsbət (+), əks halda isə rezus mənfi (-) adlanır. Hamiləlikdə tərəflərdən biri (ana və ya döl) müsbət, digəri mənfi olduqda uyğunsuzluq yaranır. 
  • Sidik-ifrazat orqanlarında olan iltihabi xəstəliklər
  • Çoxdöllü hamiləlikdə uşaqlıq əzələlərinin güclü dartılması
  • Dölün böyük olması
  • Hamiləlikdə qidalanma normal gedişat üçün çox önəmlidir. Qeyri-düzgün və sağlam olmayan qida məhsulları bağırsaq pozğunluqlarına gətirib çıxarır. Bu da öz növbəsində qəbizlik, meteorizm (qaz) və digər əlamətlərlə özünü büruzə verir. Belə hallarda bağırsağın uşaqlığa təzyiqi tonus yarada bilər. 

Hamiləlikdə tonus: əlamətlər 

Trimestrdən asılı olmayaraq, yuxarıda sadalanan hallarla qarşılaşdıqda vaxt itirmədən həkim-ginekoloqa müraciət edin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.3/5 - (3 votes)