Sonsuzluq əlamətləri 

29 Sentyabr 2019 Kateqoriya: Sonsuzluq Müəllif:
Oxuma vaxtı: 2 dəq Oxunma sayı: 838
Sonsuzluq əlamətləri şəkil
Rate this post

Adətən hamilə qalmaqda çətinlik çəkən qadınlar heç bir klinik əlamətdən şikayət etmir. Bu əlamətləri aydınlaşdırmaq üçün laborator və instrumental müayinələr yardımçı olur.

Qadınlarda sonsuzluq əlamətləri

  • hamilə qalmağın mümkünsüzlüyü. Qadınlarda əsas sonsuzluq əlaməti requlyar cinsi həyatın olmasına, 1 il ərzində heç bir kontrasepsiyadan istifadə etməməsinə baxmayaraq, hamiləliyin baş verməməsidir.
  • tsiklin pozulması. Menstruasiya tsikli qadının səhhəti ilə birbaşa əlaqəlidir. Reproduktiv sistemdə yaranan problemlər aybaşının müntəzəmliyinin pozulması, menstrual qanın miqdarının dəyişməsi ilə özünü büruzə verir. Ağrılı menstruasiya (dismenoreya) da pozğunluq sayılır. Aybaşı qanaxması 7 gündən çox davam edərsə, bu narahatlığa əsasdır.
  • amenoreya. Aybaşının 6 aydan çox olmamasıdır. Bu əlamət orqanizmi hamiləliyə hazırlayan tsiklik dəyişikliklərin baş verməməsindən xəbər verir.
  • ovulyasiya əlamətinin olmaması. Bu, bazal temperaturu yoxlamaqla təyin edilir. Belə ki, ovulyasiya günlərində bazal temperatur yarım dərəcə yüksəlir.

Sonsuzluq əlamətləri şəkil 1

  • endokrin sistemdə problemlər. Tüklənmə kişi cinsi hormonları olan androgenlərin qadın orqanizmində artmasının təzahürüdür. Həmçinin bu hormonlar baş və üz dərisinin yağlılığnın artmasına səbəb olur.
  • sarı cismin çatışmazlığı. Ovulyasiya zamanı partlayan follikulun yerində yaranan sarı cisim embrionun uşaqlığa yapışmasını təmin edir. Onun çatışmazlığı zamanı vaxtından əvvəl düşük müşahidə edilir və ya ümumiyyətlə, embrion yumurtasının uşaqlığa implantasiyası (yapışması) mümkün olmur.
  • süd vəzilərinin natamam inkişafı. Orqanizmdə gen patologiyalarından və həmçinin hormonal disbalansdan xəbər verir.
  • psixogen faktor. Sonsuzluq əlamətləri arasında stress situasiyaları, depressiya mühüm yer tutur.

Qadında sonsuzluq əlamətləri aşkarlandıqda ətraflı diaqnostika tələb olunur. Nəticələrə əsasən isə uyğun müalicə sxemi seçilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post