Aybaşı zamanı çimmək

Aybaşı zamanı çimmək olmaz deyənlərin əksinə həkimlər iddia edir ki, menstruasiya vaxtı duş qəbulu təhlükəsizdir, hətta arzuolunandır. Belə olduğu halda Siz özünüzü həmişəki kimi təravətli və təmiz hiss edəcəksiniz. Aybaşı zamanı duş qəbul etdikdə aşağıdakı qaydalara əməl edin.
Aybaşı zamanı çimmək – 6 addım
1-ci addım
Bezi və ya tamponu çıxarın. Başlanğıcda isti suyun təsirindən qan axını güclənsə də tez bir zamanda vəziyyət normallaşır. Bez və tamponlar bakterial infeksiya toplamağa meylli olduğundan duşa girməzdən əvvəl onları xaric edin.
Əgər Siz aybaşı zamanı idman məşqlərindən sonra və ya digər ictimai yerlərdə çimmək istəsəniz, tampon və ya bezi çıxartmaq narahatlıq törədə bilər. Belə halda duş qəbul etməyin.
2-ci addım
Cinsi orqanlarınızı yaxşıca yuyun və qan qalıqlarından təmizləyin.
3-cü addım
Sabundan istifadə etdikdə onun uşaqlıq yolunun selikli qişasına düşməməsinə diqqət yetirin. Normada uşaqlıq yolunun pH-ı bədən tərəfindən tənzimlənir. Optimal mühit vaginal infeksiyaların inkişafının qarşısını alır.
Sabun daxilə keçdikdə bu balansı pozmaqla, uşaqlıq yolunu infeksiyalara qarşı zəiflədir. Belə hallara yol verməmək üçün cinsiyyət orqanlarının ətrafındakı dərini yuyun, uşaqlıq yolunun daxilini isə sabunlamayın.
4-cu addım
Əgər əhvalınız korlanıbsa, qarında şişkinlik, dərinizdə isə yapışqanlıq hiss edirsinizsə, çimmək köməyinizə gələcək. İsti su bu hissiyatların zəifləməsinə kömək edir. Həmçinin su aybaşı ağrıları zamanı sakitləşdirici təsir göstərir. Əgər aybaşı qanaxması güclüdürsə, isti duş qəbulu qadağandır.
5-cı addım
Qadınlar üçün nəzərdə tutulan gigiyenik vasitələrdən istifadə
- bez: bədəninizi quruladıqdan, intim nahiyəni isə salfetlə sildikdən sonra yeni bezdən istifadə edin. Bezi əvvəlcədən alt paltarınıza yapışdırın ki, duşdan sonra dərhal geyinə biləsiniz.
- tampon: ən sadə üsul duş kabinasında oturub, vasitəni uşaqlıq yoluna daxil etməkdir. Lakin prosesdən əvvəl qurulanmağı unutmayın.
6-ci addım
Əllərinizi, eləcə də hamam otağını təmizləyin. Aybaşı zamanı laxtalanma olduqda, duş kabinasında qan izləri qala bilər. Bu da Sizdən sonra duşa girən insan üçün heç də xoş görüntü olmaz.
Aybaşı zamanı çimmək – tövsiyələr
- Bez və tamponları tez-tez dəyişin. Bu yolla Siz özünüzü təravətli hiss etməklə yanaşı, həm də pis qoxunun qarşısını alacaqsınız;
- İntim nahiyəni qurulamaq üçün yumşaq dəsmal və ya xüsusi salfetlərdən istifadə edin;
- Aybaşı zamanı təbii parçalardan tikilən alt paltarı geyinin.
Aybaşı zamanı xəbərdarlıq
- Vaginal (uşaqlıq yolu üçün) spreyləri aybaşı dövründə istifadə etməyin;
- Ətirli bez və tamponlardan imtina edin.
Yekun olaraq bildiririk ki, aybaşı zamanı çimmək qadağan deyil. Yuxarıdakı tövsiyələrə əməl etsəniz, düş qəbulu Sizin üçün təhlükəsiz və faydalı prosesə çevriləcək.