Hamiləlik belirtileri

07 Oktyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 1657
Hamiləlik belirtileri şəkil
Rate this post

Hər bir qadın bilir ki, səhər saatlarında ürəkbulanma, başgicəllənmə, menstruasiya gecikməsi hamiləliyin əlamətidir. Bəs aybaşı gecikməsinə qədər hamiləlik belirtileri olurmu? Bu suala məqalədə geniş cavab verilmişdir.

İlkin hamiləlik belirtileri

Normada 2 həftəlik aybaşı gecikməsi, əhvalın qəflətən və tez-tez dəyişməsi, iştahın artması ilkin həftələrdə hamiləlik belirtileri kimi dəyərləndirilir. Tibbi nöqtəyi nəzərdən qrafikdən 10 gün gecikmə hamiləliyin göstəricisi sayılmır. Bu interval uzandıqda, ginekoloqun konsultasiyası və kompleks müayinə zəruri hesab olunur. Məsələ burasındadır ki, düşüklər ən çox 4-6-cı həftədə baş verir. Həmçinin uzunmüddətli gecikmə qadın cinsiyyət orqanı xəstəliklərinin əlamətlərindən biridir. Bütün bunları bir-birindən ayırd etmək üçün ginekoloji müayinə şərtdir.

İlk ayda hamiləlik belirtileri

  1. Süd vəzilərində ağrı

Adətən aybaşıdan əvvəl süd vəzilərində ağrı və yüksək həssaslıq olur. Ancaq hamiləliyin ilk həftəsindən etibarən süd vəzilərində şişkinlik diqqəti çəkir. Bunun səbəbi orqanizmin yüksək miqdarda estrogen və progesteron sintez etməsidir. O üzdən yalnız süd vəziləri deyil, digər yumşaq toxumalar da şişir. Süd vəzi həssaslaşır və bəzən sıxdıqda az miqdarda maye axır.

Hamiləlik belirtileri şəkil 1

  1. Qarın və bel nahiyəsində ağrılar

Hormonal dəyişikliklər, uşaqlığın böyüməsi fonunda qarın və bel hissədə ağrılar meydana gəlir. Mayalanmış yumurtahüceyrə uşaqlığın divarına yapışdıqda onun genişlənməsi ağrı törədir.

  1. Yaxmaşəkilli axıntı

Yumurtahüceyrənin uşaqlıq divarına implantasiyası cüzi qanaxma ilə nəticələnir. Qanlı ifrazat adətən mayalanmadan 6-12 gün sonra əmələ gəlir. Belə hallarda mütləq ginekoloqa müraciət edilməlidir. Çünki qanaxma düşük, uşaqlıqdan kənar hamiləlik və ya infeksiyanın belirtileri ola bilər.

  1. Yorğunluq

İlkin dövrdə hamiləlik belirtileri arasında yorğunluq ön sıralarda dayanır. Mayalanmadan sonra qadın orqanizmi sürətlə fəaliyyət göstərir. O, bütün enerjisini hamiləliyi dəstəkləmək üçün sərf edir. Ürək uşaqlığı daha çox oksigenlə təmin etmək məqsədilə ikiqat çalışır. Yorğunluq orqanizmin əlavə gərginliyə verdiyi reaksiyadır. Onunla mübarizə aparmaq üçün sağlam qidalanmaq, bol miqdarda maye və vitamin qəbul etmək lazımdır. Ən önəmlisi isə istirahət rejimini düzgün seçməkdir.

  1. Döş gilələrinin rənginin dəyişməsi

Hamiləlik zamanı ifraz olunan hormonlar melanositlərin fəaliyyətinə təsir göstərir. Melanosit – rəng piqmentinə cavabdeh hüceyrələrdir. Nəticədə süd vəzilərinin gilələri tündləşir, bəzən isə qızarır. Lakin gilələr hamiləlikdən əvvəlki rəngini doğuşdan sonra da bərpa etmir, yəni gilələr bundan sonra hər zaman tünd qalır.

  1. Ürəkbulanma

Toksikoz erkən əlamətlərdən olub, gecikməyə qədər müşahidə edilə bilər. O, erkən hamiləlik belirtileri arasında ən xoşagəlməz hissiyyat olub, qadınların 85%-də rast gəlinir. Bəzən maşında və ya təyyarədə əvvəllər müşahidə edilməyən, dəniz xəstəliyinə bənzər ürəkbulanmalar yaranır. Bunun səbəbi progesteronun həzm proseslərini ləngitməsidir. Əlavə olaraq, qanda xorionik qonadotropin hormonunun səviyyəsi yüksəldikcə vəziyyət daha da pisləşir.

Hamiləlik belirtileri foto 2

  1. Meteorizm (köp)

Qarında şişkinlik predmenstrual (aybaşı öncəsi) sindroma da xas olan əlamətdir. Ancaq menstruasiya başlandıqdan sonra meteorizm itir, hamiləlik zamanı isə bu əlamət davam edir.

  1. Hamiləlik belirtileri – poliuriya (tez-tez sidiyə getmə)

Tezləşmiş sidik ifrazı ancaq III trimestrdə döl tərəfindən sidik kisəsinin sıxılması zamanı deyil, həm də hamiləliyin ilk belirtileri kimi təzahür edir. Buna səbəb isə uşaqlığın böyüməyə başlaması və sidik kisəsinə təzyiq göstərməsidir.

  1. İştahın artması

Yuxarıda qeyd etdiyimiz kimi hamiləlik dövründə orqanizmin enerji sərfiyyatı artır. Və təbii olaraq iştah yüksəlir. Əksər qadınlar fastfud, eləcə də asan parçalanan karbohidratlarla qidalanmaya üstünlük verir.

  1. Baş ağrıları

Hamiləlik zamanı qan dövranının artması müsbət haldır. Lakin birdən-birə baş verən bu vəziyyət baş ağrıları yaradır. Orqanizmdə maye çatışmadıqda ağrı hissi güclənir. Baş ağrısı hamiləliyin ilk həftə belirtileri arasında ən sıx rast gəlinən simptomlardandır. Hamiləlik həftəsi irəlilədikcə baş ağrıları azalır və itir.

  1. Hamiləlik belirtileri – qəbizlik

Həzm proseslərinin ləngiməsi, köp halları nəcis ifrazını çətinləşdirir. Baş ağrılarından fərqli olaraq, qəbizlik hamiləlik irəlilədikcə nəinki azalmır, hətta daha da ağırlaşır. Bəzən babasil və anal çata da səbəb olur.

Hamiləlik belirtileri şəkil 4

  1. Əhvalın dəyişməsi

Əhval ruhiyyənin tez-tez və kəskin şəkildə dəyişməsi kimi hamiləlik belirtileri ilk ay ərzində özünü daha parlaq biruzə verir. Emosional gərginlik, depressiv sıxıntılar bu dövrdə qanda xorionik qonadotropin hormonun sürətlə artmasının nəticəsidir.

  1. Hamiləlik belirtileri – bazal temperatur

Qadınların çox az hissəsi bazal temperaturu yoxlayır. Ovulyasiya zamanı bazal temperatur bir qədər yüksəlir. Ancaq bu yüksəliş 3 gün davam edir. 1 həftədən çox sürdükdə, bu hamiləlik əlamətidir.

  1. Burun tutulması

Hamiləliyin ilk belirtileri sırasına burun tıxanıqlığı, burundan selik ifrazı və bəzən cüzi qanaxma da daxil edilir. Bu estrogen hormonunun burnun selikli qişasında ödem yaratması, artan qan dövranının isə burundaxili kiçik kapilyarlara təzyiqi və onların partlaması ilə əlaqəlidir.

İlk ayda hamiləlik belirtilerinə daha nə aiddir?

– yuxudan oyandıqdan sonra ağızda acılıq hissi;

– dad hissiyatının və qida seçiminin dəyişməsi;

– cinsi həvəsin azalması;

– bəzi qoxulara qarşı ikrah hissinin yaranması;

– səbəbsiz qızdırma halları;

– çanaqda ağırlıq hissi.

Ümumiyyətlə, hamiləlik belirtileri hər kəsdə fərqli şəkildə təzahür edir. Bu əlamətlərdən bir neçəsinə rast gəlindikdə, ginekoloqla əlaqə saxlamaq və ya ən azından klinikaya gedib, hamiləlik analizi vermək tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post